Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / QURUDA NEFTQAZÇIXARMA KOMPLEKSİNDƏ İSLAHATLARIN TƏKMİLLƏŞDİRİLMƏSİNİN PRİORİTET İSTİQAMƏTLƏRİ
Azərbaycan Dövlət İqtisad Universiteti, E.M.Hacızadə
Mütəxəssis hesablamalara görə respublika ərazisinin yarıdan çoxunda neft-qaz ehtiyatlarının olduğu güman edilir. Hazırda aşkar olunmuş 42 neftli-qazlı yataqda 132 milyon ton neftin, 30 milyard kubmetr qazın olması təsdiqini almış faktdır. Bu isə indiki istismar templəri ilə 70-80 illik mərhələni əhatə edə bilər. Geoloji araşdırma nəticələrinə görə isə qurudakı ehtiyatların kommulyativ həcmi 700-800 milyon və hətta 1 milyard tona bərabər olması ehtimal edilir. Resurslar faktoru qurudakı ərazilərdə istismarın daha da genişlənərək intensivləşəyəcəyini və uzunmüddətli olacağını şərtləndirir. Lakin buradakı hazırkı iqtisadi-texnoloji durumu qənaətbəxş hesab etmək olmaz. Layların enerjisinin tükənməsi, çətin geoloji dağ-mədən şəraiti, istehsalat kompleksinin əzəli maliyyə dayanıqlığının, ödənişqabiliyyətinin itirilməsi renovasiya prosesinə, mal-material təminatına və ümumilikdə stabil fəaliyyətə ciddi təsir etmişdir. İstehsalın normallaşması, hasilatın artırılması respublika neft sənayesinin flaqmanı olmuş quruda neftqazçıxarma kompleksində çağdaş zamanda bazar prinsiplərinə transformasiya olunan yeni islahatlar strategiyasının formalaşdırılması zərurətlərini artmışdır.
İslahat prosesinin dərinləşməsi və təkmilləşməsi dövlətin apardığı siyasətin bir hissəsini təşkil edir. İndi Xəzərdə böyük neft affekti fonunda öz nizamı ilə addımlayan köhnə neft sektoruna geniş miqyaslı xarici investisiyaların cəlb edilməsi nəzəri baxımdan və eyni zamanda praktiki dəyərlənmədə o qədər də əlverişli görünmür. Bununla belə, dövlət optimal mümkün əlverişli şərtlərlə köhnə yataqlarda islahatların daxili imkanlar və nisbi xarici investisiyalar hesabına irəliləyişinin kompleks həllini aramalıdır. Fikrimizcə, quruda neftqazçıxarma kompleksində islahatların yeni mərhələsində reabilitasiya prosesinin aparılmasını, istehsal artımını və səmərəliliyin təminatını konkret olaraq aşağıdakı strateji prioritetlər əhatə etməlidir.
I İnformasiyon təminat
ehtiyatların bir daha dəqiqləşməsi;
bütün vəsaitlərin, əmlakın, bitməmiş istehsalın, borcların və digər aktivlərin geniş inventarizasiyası;
beynəlxalq bazardakı meyilləri, dünya neft industriyası aparıcı şirkətlərinin təcrübəsi, durumu və ümumi inkişaf ssenarisinin öyrənilməsi.
II Normativ-hüquqi baza
real bazar prinsiplərinə müvafiq hüquqi bazanın təkmilləşdirilməsi və möhkəmləndirilməsi;
dəyişkənliyə, manevrliyə, davamlı inkişafa qarantlar verən müvafiq status və səlahiyyətlərin əldə edilməsi və təminatı.
III Normativlərin təyinatı
iqtisadi-texniki və insani resursların qiymətləndirilməsi və yerləşdirilməsi;
istehsal gücünün müəyyən edilməsi;
yaxın və uzunmüddətli perspektiv üçün hasilat tempinin təyinatı;
istehsal faktorlarının, maya dəyəri komponentlərinin, müvafiq məsrəf elementlərinin proporsiyalarının, norma və normativlərinin standartlaşdırılması;
ayrı-ayrı yataqlar üzrə neft və qazın istehsal xərclərinin optimal elastik diapazonda təyinatı və differensiasiyası
IV Texnoloji modernizasiya
texnoloji yeniləşmə, çevik amortizasiya siyasətinin aparırması;
qazma strategiyasının müəyyənləşdirilməsi;
neft istehsalını böyük dövriyyədə təmin edən yeni infrastrukturun formalaşdırılması;
istehsal prosesinin innovasion nailiyyətlər kontekstində rekonstruksiyası;
V Menecment strategiysı
struktur islahatları;
yeni idarəetmə şəbəkəsinin formalaşdırılması;
əməyin rasional təşkili, personalın vəzifə və öhdəliklərinin qəti müəyyənləşdirilməsi, intizam sisteminin möhkəmləndirilməsi və erqonomik təminat;
istehsalın prosesinin monitorinqi, daxili audit və çevik nəzarət sisteminin təşkili;
VI Maliyyə dayanıqlığı
investisiya strategiyasının işlənməsi;
xarici bazarlara birbaşa çıxışın lisenziyalaşdırılması;
ödəniş qabiliyyətinin artırılması və möhkəmləndirilməsi, hesablaşmalarda akkreditiv sistemə keçid;
ödəməmələri təcrid edən mexanizmlərin işlənməsi, vaxtı keçmiş borcların restrukturizasiyası;
vergi tətilləri və vergi imtiyazlarının əldə edilməsi;
səmərəli uçot siyasəti;
fondyaratma sisteminə keçid, yığım, istehlak və ehtiyat fondalrın təşkili.
VII İnteqrasiya və sosial səmərəlilik
səhmdar əməkdaşlığın tətbiqi və genişləndirilməsi;
biznesin inkişafı və kommersiyalaşma;
marginal strukturlarda milli sahibkarların cəlb edilməsi ilə pilot müəssisələrinin təşkili, lisenziya-konsessiya sisteminin tətbiqi;
səmərəli servis xidmətinin təşkili;
sosial təminatların yüksəldilməsi;
ekoloji intizamın və təhlükəsizliyin möhkəmləndirilməsi.
38.Quruda neftqazçıxarma kompleksində islahatların təkmilləşdirilməsinin prioritet istiqamətləri. «Аzərbaycan iqtisadiyyatının strateji problemləri». Respublika elmi-praktiki konfransı. Аzərbaycan Dövlət Neft Аkademiyası. Bakı. 2002. 0,1 ç.v.