gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / SOSİALLAŞAN BAZAR İQTİSADİYYATI VƏ DÖVLƏTİN TƏNZİMLƏYİCİ FUNKSİYALARI

10.02.2012

 i.e.n. Hacızadə E.M

Fövqündə bəşəri dəyərlər və haqlar inkişaf etmiş ölkələrə geniş təcəssümlü sığorta və ictimai təminatları ifadə edən sosial bazar iqtisadiyyatı xasdır. Bazar iqtisadiyyatının yüksək fazası kimi, servis təyinatlı yeni sferanın hakimliyi ilə xarakterik olan sosial iqtisadiyyatın diqqət mərkəzində tələb və qiyməti ilə insan varlığı durur. Burada təsərrüfatın bazar metodları iqtisadiyyatın sosialyönümlü dövlət tənzimlənməsi ilə uzlaşır. Səhiyyə, elm, təhsil, incəsənət, mədəniyyət, bədən tərbiyəsi və idmanın da daxil olduğu sosial bazar iqtisadiyyatının predmetini də bazar və sosial tərəqqiyə köklənən iqtisadiyyat təşkil edir. Sosial təyinatlı bazar iqtisadi modeli iqtisadi azadlıq, iqtisadi artım, iqtisadi təhlükəsizliyə istinad olunan tam məşğulluq, qiymət stabilliyi, sosial stabillik və ədalətli vergiqoyma kimi mühüm komponentlərdən ibarətdir. Sosial bazar iqtisadiyyatı geniş təzahürünü sosial səmərəlilikdə tapır. Həyatı keyfiyyəti ehtiva edən sosial səmərəlilik cəmiyyətin xidmət və sosial sferasında tələblərin dolğun ödənilməsini səciyyələndirir. Məhsulun keyfiyyəti, əmək məhsuldarlığı, əməyin fond təminatı, fondhəcmi, fondverimi, mənfəət və zərərlər, aktivlərin rentabelliyi, həyat səviyyəsi göstəricilərini xarakterizə edən sosial səmərəlilik iqtisadi səmərəliliklə qarşılıqlı rabitə, təmas və asılıqdadır.
Sosial siyasət dövlətin digər iqtisadi subyektlərinin həyat və əmək şəraitinin dolğun təminatına yönəldilmiş fəaliyyətidir. Sosial bazalı iqtisadiyyatda sosial siyasət mühüm yer tutur. Sosial siyasət sosial infrastrukturun yaradılmasını, müvafiq iqtisadi resursların bölgüsünü tələb edir. Sosial siyasətin ayrılmaz həlqəsini əhalinin sosial müdafiəsini dolğun əks etdirən, vətəndaşların təyin olunmuş həyat səviyyəsinə qarantlar verən kompleks tədbirlər və institutlar təşkil edir. İslahatların sosial yönümlüyünün təmin olunması, əhalinin sosial müdafiəsi məsələləri dövlətmizin də iqtisadi siyasətinin ilk prioritetləri sırasındadır. Bu baxımdan fikrimizcə, dövlətin sosial-iqtisadi funksiyaları aşağıdakı təsbit olunmuş formaya uyğun təzahürdə daha məqsədyönlü səciyyə daşıyır.
Bazar şəraitində hərəkət edənlər üçün dolğun qanuni hüquqi mühitin formalaşması;
    ictimai xidmət və rifahın yüksəldilməsi;
    xarici effektlərin tənzimlənməsi;
    rəqabətin qorunması;
    bazarın qeyri-təkmilliyindən əhalinin sosial müdafiəsi;
    gəlirlərin yenidən təkrar bölgüsünə rəğmən sosial-transfert funksiyası;
    məşğulluq şəraitinin təmin mexanizminin tənzimlənməsi;
    minimum yaşayış həddinin ölkə üzrə təyinatı;
    fundamental elmin müdafiəsi, ümumi elmi-texniki, innovasion siyasətin aparılması;
    ekoloji funksiyaların reallaşdırılması.


37.Sosiallaşan bazar iqtisadiyyatı və dövlətin tənzimləyici funksiyaları. 2001-ci ildə Аzərbaycan Dövlət İqtisad Universitetinin büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktiki konfrans. (R.Ə.Аbbasova ilə müştərək). Bakı. 2002. 0,1 ç.v.