gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / AZƏRBAYCANDA YAŞIL ENERJI VƏ ONUN INKIŞAF PERSPEKTIVLƏRI

04.01.2022

Xülasə

 

Ənənəvi enerji növlərinin davamlı istifadəsi fonunda elektrik enerjisinə artan tələbat ekoloji problemlər yaradır. Problemin şiddətini azaltmaq və aradan qaldırmaq üçün qeyri-ənənəvi enerji mənbələrini, xüsusən də yaşıl enerjini geniş dövriyyəyə cəlb etmək lazım gəlir. Zəngin enerji resurslarına malik olan Azərbaycanda yaşıl enerji şəbəkəsinin formalaşdırılması da dövlətin prioritetləri sırasında yer alır. Hesablamalara görə, ölkənin yaşıl enerjisinin ümumi potensialı 27 min MVt həcmindədir. Bunu Xəzər dənizinin Azərbaycan sektorunda külək energetikası potensialı daha da genişləndirir. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərdə kifayət qədər yaşıl enerji resurslarının olması burada da müvafiq enerji sisteminin yaradılmasına zəmin olur. Bununla əlaqədar Respublika Prezidenti cənab İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaşıl enerji zonası elan etmişdir. Hazırda ölkədə bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir. Bütün bunlara əsaslanaraq məqalədə yaşıl enerji sektorundakı qlobal meyllər, yaşıl artım və davamlı inkişaf kimi prioritet məsələlərə, eləcə də Azərbaycanda bu sahədə mövcud vəziyyəti əks etdirən reallıqlara diqqət yetirilir. Bu baxımdan da aparılan tədqiqat nəticəsində məqalədə əhəmiyyətli nəticələr müəyyən edilmiş və müvafiq praktiki təkliflər irəli sürülmüşdür.

Açar sözlər: yaşıl enerji, alternativ enerji mənbələri, yaşıl artım.

JEL: D01, N7, Q42: UOT: 338.24:620 (479.24)

 

 

235. Azərbaycanda yaşil enerji və onun inkişaf perspektivləri. ENECO Jurnalı. Bakı: № 3 (15) 2023. s. 37-48. 0,6 ç.v.