gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Məqalələr / İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN ENERJİ POTENSİALI VƏ YAŞIL İNFRASTRUKTUR STRATEGİYASI

01.01.2022

Xülasə

 

Qlobal çağırışlar Azərbaycanda da yaşıl enerji sistemli keçidə zəmin olur. Bu sırada işğaldan azad edilmiş ərazilərin enerji potensialı da mühüm əhəmiyyət kəsb edir. Respublika Prezidenti cənab İlham Əliyev həmin əraziləri yaşıl enerji zonası elan etmişdir. Hazırda bu sahədə institusionallığı artırmaq üçün ölkədə miqyaslı nəhəng layihələr həyata keçirilir. Bunlardan irəli gələrək, məqalədə yaşıl energetika sektorunda qlobal trendlər, işğaldan azad edilmiş ərazilərin enerji potensialının dəyərləndirilməsi, yaşıl artım strategiyası kimi prioritet məsələlər tədqiqat obyektinə çevrilmişdir. Aparılan təhlil və qiymətləndirmələr əsasında Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaşıl energetika quruculuğunun daha təkmil məcrada inkişafı üçün hədəflər müəyyənləşdirilmiş, müvafiq əməli təkliflər irəli sürülmüşdür. Milli enerji təhlükəsizliyinin, enerji effektivliyinin və ölkənin ixrac potensialının yaşıl konseptlər sistemində möhkəmləndirilməsi, ekoloji iqtisadiyyat prinsiplərinə uyğun olaraq dekarbonizasiya istiqamətində fəaliyyətlərin artırılması və bütün bunlardan irəli gələrək, işğaldan azad edilmiş ərazilərdə yaşıl infrastruktur strategiyasının reallaşdırılması üçün məqsədli dövlət proqramının hazırlanması alınan nəticlər sırasındadır.

Açar sözlər: Heydər Əliyev, işğaldan azad edilmiş ərazilər, enerji potensialı, yaşıl infrastruktur, yaşıl energetika.

JEL Classification Codes: D01, L94, L95, N7, Q42: UOT: 332:338.24:620.98 (479.24)

 

 

Giriş

Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətlər göstərmişdir. Məhz onun nizam verdiyi yolla bu gün Azərbaycan uğurla irəliləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə çıxışında səsləndirdiyi kimi “1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” növbəti bir dönüş nöqtəsi olmuşdur. Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75%-i Azərbaycana gəlir” [9]. Əlbəttə ki, qət edilən bu inkişafın təməlində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı neft strategiyası dayanmışdır. Bu strategiya multiplikativ effektdə prezident İlham Əliyevin əzmkar fəaliyyəti ilə aparılan miqyaslı islahatlarla daha təkmil məcraya yönəlmişdir. Bunun nəticəsidir ki, son 20 ildə iqtisadiyyat 3 dəfədən çox artmış, artım meylləri iqtisadiyyatın bütün sahələrini, o cümlədən elektroenergetikanı da əhatə etmişdir. Müasir dövrdə bu strateji xətt yaşıl enerji ssenarisi ilə uğurla davam edir.

Yaşıl keçidə zəmin olan bir çox əsaslar vardır və bunu təkcə ekosivil sivilizasiyada dərinləşmə prosesləri ilə əlaqələndirmək olmaz. Yaşadığımız çağdaş dünyada baş verən meyllər göstərir ki, enerjiyə olan tələbat yaxın iki onillik ərzində indiki istehsal və istehlak göstəricilərini orta hesabla daha 25-30% üstələyəcəkdir. Müasir dünyanın hazırkı yancaq-enerji balansına diqqət etdikdə görərik ki, onun əksər hissəsi qazıntı yanacağına əsaslanır və bu çevrədə karbohidrogen təyinatlı resurslar yarıdan çox paya malikdirlər. Bu isə o deməkdir ki, proqnoz edilən bu ssenaridə karbon emissiyası da müvafiq olaraq artacaq və bu artım müvafiq hesablamalara görə 2030-cu ilədək təxminən 40-45% təşkil edərək, planetin temperaturunun 6oC-dək yüksəlməsi ilə müşayiət olunacaqdır [4, 11]. Dərinləşən miqyaslı ekoloji problemin kəskinliyini azaltmaq və onu aradan qaldırmaq üçün isə bərpa olunan enerji növlərinin, xüsusən də yaşıl enerjinin geniş təsərrüfat dövriyyəsinə qatılması yeni bəşəri vəzifəyə çevrilmişdir. Bunu nəzərə alaraq da, ayrı-ayrı ölkələr yaşıl iqtisadiyyata keçid istiqamətində strategiyalar qurur, dövlət proqramları hazırlayır, müvafiq institusionallaşmanı genişləndirirlər.

Azərbaycanda da yeni qlobal çağırışlardan irəli gələrək, yaşıl infrastruktur quruculuğu sferasında mühüm addımlar atılır və bu proseslərə yönəlmiş strategiya dövlətin prioritetləri sırasında geniş yer alır. Ölkənin artan enerji gücü sayəsində enerji sektorunda aparılan islahatlar dərinləşir, yaşıl iqtisadi sistemin təşəkkülü dərin konseptual xarakter alır. Yaşıl infrastruktur quruculuğuna işğaldan azad edilmiş ərazilərin enerji potensialı yeni güc qatır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük Qarabağ zəfərindən sonra işğaldan azad edilmiş ərazilərin əksər hissəsini təşkil edən Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarını Yaşıl Enerji Zonası elan etmişdir. Onun “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi inkişaf prioritetləri təsbit olunmuşdur. Qeyd olunmalıdır ki, bu prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, vurğulanmalıdır ki, həmin prioritetlər üzrə müvafiq vəzifələrin icrası “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə” sənədində, onun tərkib hissəsindən biri olaraq “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda və habelə həmin illəri əhatə edən “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı”nda da öz əksini tapmışdır.

Geniş milli maraqları əhatə edən bu dövləti stratejilər elmi sferada da aktual səciyyə daşıyaraq yeni fundamental tədqiqatlara stimullar gətirir. Bu baxımdan məqalədə Azərbaycanın artan enerji gücünün yeni reallıqlar, xüsusən də işğaldan azad edilmiş ərazilərin enerji potensialı çevrəsindən dəyərləndirilməsi və habelə aparılan yaşıl infrastruktur strategiyası kontekstində təhlili tədqiqat obyektinə çevrilmişdir.

 

Niyə yaşıl enerji?

Proqnozlara görә, əhali sayı 8 milyardı ötmüş və enerjidaşıyıcılara tәlәbatı 9 milyard ton neft ekvivalentə çatmış dünyamızda enerjiyə olan ehtiyac daha da artmaqdadır. Enerji tələbatının 90%-i yenə də mәdәn qazıntı ehtiyatları, o cümlәdәn onun 2/3 hissәsi neft vә qaz hesabına qarşılanacaqdır [12]. Bu həm də ona əsas yaradır ki, yaxın 40-50 ildə karbohidrogen resurslarının tükənməsi prosesinin davam etməsinə baxmayaraq neft erası bitmәyәcәkdir. Sıxıntı və məhdudiyyətlər ənənəvi elektroenergetika sahəsini də ələ alacaqdır. Tədqiqatlar göstərir ki, böyük Su Elektrik Stansiyalarının - SES-lərin generasiyası azalmaqdadır. Digər tərəfdən onların ekoloji fəsadlığı genişlənmiş, saxlanılması xərcləri artmış, yenilərinin inşa perspektivliyinin aktuallığı isə məhdudlaşmışdır. Bütün bunlar qlobal istiləşmə fonunda alternativ enerji mənbələrindən istifadəni daha da genişləndirmiş, ənənəvi xətti iqtisadiyyatın dairəvi və yaşıl iqtisadiyyatlarla əvəzlənməsi prosesi güclənmişdir [2]. Eyni zamanda, dünya energetikasının aparıcı dövlətləri əlverişli və rentabelli enerji növü - nüvə enerjisindən istifadəni daha optimallaşdırmada, sahəyə yönələn investisiyaların önəmli hissəsinin problemin ən səmərəli elmi həllinə yönəltmədəki səylərini artırmışlar. Əlbəttə bu sırada qeyri-ənənəvi enerjidaşıyıcıların axtarışı prosesi daha sürətləndirilmiş və yaşıl energetikaya miqyaslı keçid təşəkkül tapmışdır. Bu baxımdan da hazırda bəşəriyyətin enerjidən yüksək asılılığı şəraitində əlavə enerji mənbələrinin imkanlarının öyrənilməsi çox mühüm rol oynayır. Dərk olunan odur ki, ənənəvi enerji mənbələri tükənən xarakterlidir, onların istifadəsi bahalı, ətraf mühitə zərərli təsiri böyükdür. Burada isə çıxış yollarından biri “yaşıl enerji”yə təməlli girişlə bağlıdır.

Ona görə də qətiyyətlə demək olar ki, yaşıl energetika son onillikdə əsl trendə çevrilmişdir. Onun məramında bir çox ölkələri karbohidrogen asılılığından xilas etmək missiyası dayanır. “Yaşıl energetika”nın aidiyyəti komponenti olan yaşıl enerji əsasən altı ən ümumi formanı özündə birləşdirir. Buraya günəş enerjisi, külək energetikası, hidroenergetika, geotermal enerji, biokütlə və bioyanacaq daxildir. Yaşıl enerji mühüm əhəmiyyətlidir. Bu əhəmiyyətlilik bütün bərpaolunan enerji mənbələri - Regenerativ sistemdə olduğu kimi, ətraf mühit üçün vacib şərtlidir [5, 6]. O, qazıntı yanacaqlarının mənfi təsirini daha təmiz alternativlərlə əvəz edir. Təbii ehtiyatlardan əldə olunan yaşıl enerji bərpa olunan və təmizdir. Yəni bu zaman az miqdarda istixana qazları emissiya olunur və ya heç buraxmır.

Yaşıl enerji mənbələri tükənməzlik parametləri ilə də fərqlənir. Bu baxımdan yaşıl enerji mənbələrinin özəlliyindən biri də odur ki, onlar bərpası milyonlarla il çəkə bilən təbii qaz və ya kömür kimi qalıq yanacaq mənbələrindən fərqli olaraq, adətən təbii yolla yenidən yaranırlar. Həmçinin onların istehsal və istehlak zəncirində ekosistemə zərəri minimum olur.

Təkcə günəş enerjisinə baxdıqda görərik ki, hər il yer səthinə təxminən 173 PVt (1015 vatt) günəş enerjisi daxil olur ki, bu da planetimizin ehtiyacından 10 min dəfə çoxdur [8]. Yaşıl enerji həm də iqtisadi, maliyyə və həm də antiböhran effektlidir. O, sabit enerji qiymətlərinə səbəb olur. Onun dövriyyəsi qiymət artımları və ya təchizat zəncirinin pozulması kimi təsirlənmir. Yeni iş yerləri yaradır, məşğulluğun təminatını möhkəmləndirir. Məlumatlara görə, ötən son 2 ildə onun təsisatları ilə dünya miqyasında 20 milyona yaxın iş yeri açılmışdır [5]. Lokal təchizata yönəldiyi üçün onun qlobal təsirləri də az olur, onun geniş istifadəsi belə geosiyasi böhranlara gətirmir. Belə ki, enerji istehsalının yerli xarakterinə görə onun enerji infrastrukturu daha çevik olur. Onu fasilələrə səbəb ola biləcək mərkəzləşdirilmiş mənbələrdən daha az asılılığı daha cəlbedici edir.

Statistik təqdiqatlar göstərir ki, dünyada yaşıl enerji potensialı 2000-ci ildən bəri orta hesabla ildə 3,2% artım əldə etmişdir. Bu dövrdə ənənəvi enerjinin artımı isə 2 dəfə az, təxminən ildə 1,4% olmuşdur. Regenerativ potensialından enerji istehsalının ayrı-ayrı sektorlarında dinamika geniş olmuşdur. 2020-2022-ci illərdə yaşıl enerjinin artım payı 6% təşkil etmişdir. Hazırda müasir dünyada iri SES-lər istisna olunduqda alternativ enerji mənbələrindən istifadənin payı 8% hüdudlarındadır. Bu payda günəş 55%, külək 28%, biokütlə 10%, digərləri isə 7% həcmindədirlər. Bu sahə davamlı investisiyalaşdırılır və onun geri qaytarma müddəti 7-8 il çəkir [12].

“Yaşıl energetika”nın keyfiyyət və əhəmiyyətini vurğulayarkən, onun problemli cəhətlərinə də baxılmalıdır. Həm toplanmış təcrübə və həm də mütəxəssis rəyləri onları sadalamağı imkanlı edir. Bu sırada ilk öncə yaşıl enerjinin ötürülməsi xərclərinin böyük olması göstərilir. Belə ki, istehsal məsafəsindən asılı olaraq onun reallaşdırması üçün əlahiddə infrastruktur təminatı olmalıdır. Günəş batareyalarının, külək qurğularının və həmçinin enerji saxlama cihazlarının utilizasiyasında xərclər böyükdür [7, 8, s. 35-44]. Digər tərəfdən onu da bilməliyik ki, bərpa olunan enerji bu gün mövcud olan bir çox cihazı və prosesləri birbaşa əvəz edə bilməz. Belə ki, biz bu gün qazıntı yanacağı olmadan külək turbinləri, günəş panelləri istehsal edə və ya su elektrik stansiyaları tikə bilmərik. Buna əsaslı nail olmaq üçün ən azı 20 il qazıntı yanacaq sistemlərinə ehtiyac olacaqdır. Təkcə bərpa olunan enerji ilə hazırda edə bilməyəcəyimiz bir sıra digər obyektivlər var. Bu siyahıda polad, sement, asfalt, gübrə, plastik və sairəni nümunələrdirə bilərik. Bütün bunlar onu göstərir ki, yaşıl enerji epoxasına tam keçid azı yarım əsr vaxt aparacaqdır [6, s. 81]. Digər tərəfdən bu enerji növünün geniş aprobasiyası da yaşanmalıdır.

 

Azərbaycanda yaşıl energetika və regenerativ potensialı

Elektroenergetika Azərbaycan iqtisadiyyatının da baza sahəsi kimi əhalinin və cəmiyyət həyatının digər sferalarının inkişafının bilavasitə başlıca amili və zəruri şərti olaraq çıxış edir. Onun Azərbaycanda sənaye yaşı demək olar ki, bir əsr yarıma bərabərdir. Respublikada geniş təsislandırmada elektroenergetika sahəsi 1890-cı illərdən - 9 milyard kVts elektrik enerjisi istehsalı ilə inkişafa qədəm qoymuşdur [1, 3, s. 21-32]. Sahə üzrə böyük sıçrayış 1950-ci ildən başlanğıc almış və böyük tərəqqi yolu keçərək ötən əsrin 70-80-ci illərində adekvat sistemdə formalaşmışdır.

Azәrbaycan elektroenergetikası milli neft strategiyasına əsaslanaraq yenidən qurularaq, daha təkmil sistemdə qurulmuşdur. Son 20 il әrzindә ölkәnin elektrik enerjisi sistemi güclәndirilәrәk 7 min MVt-a yüksәldilmişdir. Hazırda Azәrbaycanda elektrik enerjisi illik istehsalı 30 milyard kVts-a yaxınlaşmaqdadır. Bunun 93,3%-ә qәdәri istilik elektrik stansiyalarında, 5,5%-lik hissәsi su elektrik stansiyalarında və 1,2%-i isə digər bərpa olunan mənbələr hesabına istehsal olunur. Bu sıraya 2011-ci ildәn başlayaraq, hazırda gücü 100 MVt-ı aşan bərpa olunan enerji sistemi dә qoşulmuşdur. Hazırda Azərbaycanın enerji sistemi 33-ü su, 26-sı istilik və 17-si regenerativ (bərpa olunan enerji mənbəli) olmaqla, 76 elektrik stansiyasını, müxtəlif təyinatlı 34 minə yaxın yarımstansiya və 1,9 milyon kilometr uzunluğunda elektrik verilişi xətlərini əhatə edir [10, 13, 14].

Vurğulanmalıdır ki, Azәrbaycan, həm də Ermәnistan istisna olmaqla, elektrik enerjisinin bütün region dövlәtlәrinә ötürülmәsi üzrә tәminatlı infrastruktur imkanlarına malikdir. Aparılan islahatlar nəticəsində Azərbaycan 2003-cü ildən sonra elektroenergetika sahəsində elektrik enerjisi üzrə idxalçı ölkədən ixracatçı ölkəyə çevrilmişdir. İndi hər il respublikadan Gürcüstan və Türkiyəyə 2-3 milyard kVts həcmində elektrik enerjisi ixracı reallaşdırılır. Ölkədə elektrik enerjisinin ixrac potensialı 5 milyard kVts hesablanır [10]. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər sualtı kabelin çəkilişi layihəsi icra olunacağı təqdirdə bu potensialın daha geniş səmərəliliklə reallaşması hədəflənir.

Eyni zamanda, ölkədə elektroenerji təhlükəsizliyinin təminatında regenerativ potensialdan - külək, günəş, biokütlə və s. istifadənin genişləndirilməsinə xüsusi önəm verilir. Bu məqsədlə yeni normativ baza formalaşdırılır, xarici əməkdaşlıq genişləndirilir, inkişafın yeni hədəflərinin direktivləri reallaşdırılır. Bütün bunlar isə əsaslı şəkildə elektroenergetika sektorunda da islahatların yeni mərhələsini şərtli etmiş və milli enerji təhlükəsizliyinin davamlı təminatı üzrə müvafiq strategiyanın formalaşdırılmasına zəmin olmuşdur.

Son hesablamalara görə ölkədə iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün yaşıl enerji potensialı 27 min MVt-a yaxın, o cümlədən, günəş enerjisi 23 min MVt, külək enerjisi 3 min MVt, bioenerji potensialı 400 MVt, dağ çaylarının potensialı 500 MVt-dan çox həcmində qiymətləndirilir. Buraya Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında hesablanan 157 QVt (157 min MVt) külək enerji toplumunu qatdıqda isə daha miqyaslı - 186 min MVt-a yaxın həcmində bir potensial yaranır [13]. Qeyd olunmalıdır ki, həyata keçirilən “yaşıl enerji” siyasətində Xəzər dənizinin enerji potensialından istifadə mühüm yer tutur. Perspektivdə bu potensial ölkədən genişliklə miqyaslı elektrik enerjisinin ixracını təmin edəcək və həmçinin burada “yaşıl hidrogen” istehsalı ilə milli iqtisadiyyat əlavə dəyər əldə edəcəkdir. Bu baxımdan ölkədə yaşıl enerji komponentlərindən biri olan maye hidrogen üzrə ixrac planları işlənməkdədir.

Hazırda ölkədə mövcud regenerativ potensialdan istifadə səviyyəsi energetik balansda 1,2%-ə bərabərdir. Hər il orta hesabla 400 milyon kVts-a yaxın elektrik enerjisi istehsal olunur ki, bunun da 91,5 milyon kVts-ı külək, 55,2 milyon kVts-ı günəş, qalan 193,2 milyon kVts-ı isə bioenerji mənbələrinin payına düşmüşdür. Bundan başqa, qeyri-dövlət sektoru tərəfindən regenerativ potensial hesabına 34,3 mln. kVts elektrik enerjisi istehsal olunmuşdur ki, onun da 59,8%-i KES-nin, 40,2%-i isə digər mənbələrin payına düşmüşdür [10].

Son 15-20 il ərzində Respublikada, paytaxt Bakıda və bölgələrdə çoxsaylı günəş və külək elektrik stansiyaları inşa edilmiş, bir sıra məktəb və tibb məntəqələrində, avtomobil magistrallarında, ev təsərrüfatlarında günəş panelləri quraşdırılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərzisində də gücü 3 MVt olan Günəş elektrik stansiyası istismara verilmişdir və bununla birlikdə muxtar respublikada elektrik enerjisinə olan tələbatın su elektrik stansiyaları da nəzərə alındıqda, 40%-i regenerativ potensialından hesabına ödənilməsi təmin edilir

Regenerativ potensialdan istifadənin genişləndirilməsi ölkə İES-lərində böyük həcmdə qaz yanacağına qənaət etməyə imkan verir. Burada əldə olunmuş qaz həcmləri isə iqtisadiyyatın digər sahələrinin tələbatının ödənilməsinə və ya ölkənin ixrac potensialının artırılmasına zəmin yaradır. O da vurğulanmalıdır ki, hazırda ölkədə yaşıl enerji sahəsində üç iri layihə rellaşmaqdadır. Bu layihələrlə inşa olunacaq günəş və külək elektrik stansiyalarında 700 MVt-dən çox yaşıl enerji istehsal ediləcəkdir. Bununla yanaşı, daha 22 min MVt-a qədər yeni günəş və külək elektrik stansiyalarının tikintisi də nəzərdə tutulur. İri yaşıl enerji layihələri kimi, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti Abşeron və Xızı rayonları ərazisində 240 MVt gücündə külək, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti isə Bakının Qaradağ rayonu ərazisində 230 MVt gücündə günəş, habelə Araz çayı üzərində ümumi gücü 200 MVt olan (Azərbaycan və İran hər birinə 100 MVt olmaqla) “Xudafərin”, gücü 80 MVt olan (Azərbaycan və İran hər birinə 40 MVt olmaqla) “Qız” qalası və 36 MVt gücə malik Ordubad su elektrik stansiyalarının, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çoxsaylı irili-xırdalı SES-lərin tikintisi yer alır [10, 13].

Ölkənin enerji istehsalı strukturunda yaşıl enerjinin payının durmadan artması energetika balansına daha biçimli yanaşmanı və bu istiqamətdə inkişafın müvafiq yeni strateji xəttinin təyin olunmasını tələb etmişdir. Bu baxımdan Azərbaycanın regionlarında yaşıl enerjinin potensialının balanslaşdırılması və ondan istifadənin genişləndirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük Qarabağ zəfərindən sonra işğaldan azad edilmiş ərazilərin əksər hissəni təşkil edən Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarını Yaşıl Enerji Zonası elan etmişdir. Onun “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi inkişaf prioritetləri təsbit olunmuşdur. Qeyd olunmalıdır ki, bu prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, vurğulanmalıdır ki, həmin prioritetlər üzrə müvafiq vəzifələrin icrası “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə” sənədində, onun tərkib hissəsindən biri olaraq “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda, və habelə həmin illəri əhatə edən “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı”nda da öz əksini tapmışdır.

İlkin qiymətləndirmələrə görə, işğaldan azad olunmuş ərazilərdə 7200 MVt günəş, 2000 MVt, külək 457 MVt hidro və 100 MVt bio enerjisi olmaqla ümümi toplumda 10 min MVt-a yaxın potensial vardır. İşləyən, tikilən və layihələndirilən kiçik su elektrik stansiyalarının sayı 30, enerji potensialı isə 350 MVt-a bərabərdir [13].

Aşağıdakı cədvəldə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud və layihələndirilən SES-lər və KSES-lər (Kiçik SES-lər) haqqında məlumatlar təqdim olunur:

Cədvəl

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında

mövcud və layihələndirilən SES və KSES-lər

 

SES / KSES adı

Yerləşdiyi

Su hövzəsi

Gücü, MVt

Turbin sayı, ədəd

İstehsal gücü, mln. kVts

İqtisadi rayon

Ərazi

İstismara verilmiş SES və KSES-lər

1

Füzuli SES

Qarabağ

Füzuli r.

Baş Mil kanalı

25

4

70,0

2

Güləbird KSES

Şərqi Zəngəzur

Laçın r.,Güləbird k.

Həkəri çayı

8,0

2

20,0

3

Suqovuşan-1 KSES

Qarabağ

Tərtər ray.,

Suqovuşan q.

Tərtərçay çayı

4,8

3

13,4

4

Suqovuşan-2 KSES

3,0

3

7,0

5

Kəlbəcər-1 KSES

Şərqi Zəngəzur

Kəlbəcər ray.

Lev çayı

4,4

1

12,3

6

Sus KSES

Laçın r., Sus k.

Həkəri çayı

4,0

1

12,0

7

Zabux KSES

Laçın r., Zabux k.

Zabux çayı

2,5

4

5,0

Cəmi

51,7

-

69,7

Tikintisi davam edən SES və KSES-lər

1

Xüdafərin SES

Şərqi Zəngəzur

Cəbrayıl r., Qumlaq

Araz çayı

*(Azərbaycan payına)

100*

2*

250,0*

2

Qız Qalası SES

Cəbrayıl r., Maşanlı

40*

2*

110,0*

3

Qamışlı KSES

Kəlbəcər

Qamışlı k.

Lev çayı

6,3

2

17,0

4

Meydan KSES

Meydan k.

Meydan çayı

3,4

2

9,5

5

Soyuqbulaq KSES

Soyuqbulaq k

Tərtərçay çayı

5,3

2

14,0

6

Çıraq-1 KSES

Çıraq k.

8,3

2

21,0

7

Çıraq-2 KSES

3,6

1

10,0

Cəmi

166,9

-

703,5

2022-2023-cü illərdə tikilməsi nəzərdə tutulan SES və KSES-lər

2022-ci il üzrə

1

Şayıflı SES

Şərqi Zəngəzur

Zəngilan

Şayıflı k

Oxçuçay çayı

10,5

2

33,8

2

Sarıqışlaq SES

Sarıqışlaq k.

10,5

2

33,1

3

Zəngilan SES

Zəngilan r

10,5

2

32,3

4

Cahangirbəyli SES

Cahangirbəyli k.

10,5

2

31,6

5

Zar KSES

Kəlbəcər r, Zar k.

Zar çayı

3,78

2

10,8

6

Ağbulaq SES

Laçın r., Ağbulaq k.

Hoçazsu çayı

14,25

2

49,9

7

Mişni KSES

Laçın r., Mişni k.

8,24

4

28,8

Cəmi

68,3

-

220,3

2023-cü il üzrə

1

Mirik  KSES

Şərqi Zəngəzur

Laçın

Mirik k.

Hoçazsu çayı

3,2

2

10,2

2

Qarıqışlaq KSES

Qarıqışlaq k.

3,8

2

12,1

3

Şeylanlı KSES

Şeylanlı k.

4,3

2

13,7

4

Alxaslı KSES

Alxaslı k.

6,0

2

19,2

5

Kəlbəcər-2 KSES

Kəlbəcər

Kəlbəcər r.

Lev çayı

1,0

2

3,2

6

Nadirxanlı KSES

Nadirxanlı k.

Tərtərçay çayı

8,2

3

26,1

7

Yuxarı Vəng SES

Yuxarı Vəng k.

12,5

3

40,0

8

Aşağı Vəng SES

Aşağı Vəng k.

19,5

4

62,4

9

Toğanalı KSES

Kəlbəcər-Göygöl r.

Kürəkçay ç.

4,6

2

17,8

Cəmi

63,1

-

204,7

Yekun - 30 ES (o cümlədən: SES-lər -10, KSES-lər-20)

350,0

-

926,2

 

Mənbə: “Azərenerji” ASC-nin [14] materialları əsasında müəllif tərəfindən hazırlanmışdır.

 

Bununla belə, regionun enerji potensialını konsolidə etmək və buradan xaricə ixracı gerçəkləşdirmək, habelə Azərbaycanın eksklavı Naxçıvan Muxtar Respublikasına ötürmək üçün müvafiq infrastruktur quruculuğu işləri də aparılır. Bu istiqamətdə yenidənqurulmuş 330 kV-luq “İmişli və “Ağcabədi” yarımstansiyalarını Naxçıvan Muxtar Respublikası ərazisində tikiləcək 330 və 400 kV-luq yarımstansiyaları ilə birləşdirən 330 kV-luq “Cəbrayıl” enerji qovşağının yaradılması mühüm əhəmiyyət daşıyır. Bu strateji xətt həm də, Azərbaycanın artan elektroenergetika potensialından irəli gələrək, Avropaya, xüsusən də yaşıl enerji kontekstində enerji körpüsünün salınmasına zəmin yaratmışdır. Onu həmçinin Avropa İttifaqı ilə aparılan enerji dialoqu da əsaslı etmişdir [14]. Belə ki, bu enerji dialoqu yalnız təbii qazı deyil, eyni zamanda yaşıl enerji və yaşıl hidrogeni də ehtiva edir.

Göstərilən milli prioritetlər həm də qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq, ekoloji təmiz texnologiyaların tətbiqi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi kimi məsələlər baxımından da mühüm əhəmiyyət daşıyır. Bu çevrədə təsbit olunan strateji dövrdə iqlim dəyişikliklərinə təsiri azaldan yüksək keyfiyyətli ekoloji mühit yaratmaqla yaşıl enerji məkanının effektiv reallaşdırılmasına nail olunmalıdır. Həmçinin bütün sferalarda “yaşıl” texnologiyaların tətbiqi vüsətlənməli, xüsusən də ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə genişləndirilməli və yaşıl iqtisadiyyata rəqəmsallaşmanın, süni intellekt resurslarının və “Sənaye-4” nailiyyətlərinin tətbiqi ilə daha əhatəli keçid təmin olunmalıdır.

 

Nəticə

İşğaldan azad edilmiş ərazilərin enerji potensialı və yaşıl infrastruktur strategiyası istiqamətində apardığımız təhlil və qiymətləndirmələr belə bir nəticəyə gəlməyə əsas verir ki, dünya energetikası böyük transformasiya mərhələsindədir. Resursların məhdudlaşması yeni qlobal çağırışlar kontekstində industrial dövlәtlәrin energetik konsepsiyasına, milli tәhlükәsizlik strategiyalarına korrektələr gətirir. Bu konseptual istiqamәt Azәrbaycan üçün dә istisnasızdır. Ona görə də, ölkədə aparılan enerji siyasəti yaşıl energetika kontekstində təkmilləşir, daha optimal səciyyə daşıyır. Bu baxımdan mövcud reallıqlara və aparılan təhlillərə əsaslanaraq Azərbaycanda yaşıl energetika quruculuğunun daha təkmil məcrada inkişafı üçün hədəflər olaraq aşağıdakılar səciyyələndirilir:

• milli enerji təhlükəsizliyinin və ölkənin ixrac potensialının yaşıl konseptlər sistemində davamlı möhkəmləndirilməsi üzrə daha biçimli enerji strategiyasının işlənməsi və bundan irəli gələrək işğaldan azad edilmiş ərazilərlə bağlı məqsədli dövlət proqramının hazırlanması;

• enerji effektivliyinin artırılması, tələb yüksəlişinə uyğun yaşıl enerji əsaslı daha modern infrastrukturun formalaşdırılması, ev təsərrüfatlarında, inzibati və çoxmənzilli binalarda, fərdi yaşayış evlərində günəş panelləri və kollektorlarından istifadənin proqramlı olaraq genişləndirilməsi, regional (xüsusən böyük şəhərlərdə) bərk məişət tullantıları zavodlarının (BMTZ-lər) yaradılması, bir və ya bir neçə yanaşı kəndin günəş, külək və bioyanacaqdan istifadə əsasında (hibrid və ya ayrı-ayrılıqda) regenerativ təchizatı;

• yaşıl enerjinin geniş tətbiqi ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübənin mütəmadi öyrənilməsi, infrastrukturun idarəedilməsində yüksək texnologiyalardan, o cümlədən milli peyk xidmətlərindən istifadənin genişləndirilməsi, institusionallaşmanın genişləndirilməsi, sahə üzrə normativ-hüquqi bazanın davamlı təkmilləşdirilməsi;

• işğaldan azad edilmiş ərazilərdə, enerji ehtiyatlarının konsolidasiyası, müasir texnologiyalar tətbiq edilməklə onların davamlı inkişaf edən yaşıl enerji zonasına çevrilməsi və ən müasir standartlara cavab verən, innovativ enerji sistemi ilə təchizatı;

• ekoloji effektivlik və emissiyalı iqtisadiyyat prinsiplərinə uyğun olaraq, dekarbonizasiya istiqamətində fəaliyyətlərin artırılması, elektromobillərdən istifadənin genişləndirilməsi və müqabil infrastrukturun qurulması, enerji sektorunda süni intellekt resurslarının və “Sənaye-4” nailiyyətlərinin tətbiqinin genişliklə təminatı.

Bununla belə, respublikada, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaşıl enerjinin geniş tətbiqi ilə əlaqədar mövcud və yeni yaradılacaq regenerativ güclərin ölkənin istehlak qrafikinə texniki və iqtisadi cəhətdən ardıcıl uyğunlaşdırılması da gərəkli hesab olunur.

 

Ədəbiyyat

1.Hacızadə, E.M. Dünya iqtisadiyyatı və Azərbaycan: / – E.M.Hacızadə. – Bakı: “Letterpess”, – 2018. – 912 s.

2.Klaus Şvab. Dördüncü sənaye inqilabı: / – Şvab Klaus. – Bakı: “İqtisad Universiteti” nəşriyyatı, – 2020. – 200 s.

3.Султанов, Ч.A. Электроэнергетика Азербайджана / Ч.A.Султанов. – Баку: Чашыоглы, – 2013. – 223 с.

4.“Yaşıl iqtisadiyyat” / V.Ə.Qasımlı [və b.] – Bakı: “Azprint” nəşriyyatı, – 2022. – 280 s.

5.Allan, Bentley B. and Jonas Meckling. Creative Learning and Policy Ideas: The Global Rise of Green Growth. Forthcoming in Perspectives on Politics: [Electronic resource] / URL: https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3765002.

6.Scott Cato, Molly (2009). Green Economics: An Introduction to Theory, Policy and Practice. USA, Earthscan publishes in association with the International Institute. p 224.

7.Гейтс, Б. Как нам избежать климатической катастрофы. Решения, которые у нас есть. Прорывы, которые нам нужны: / – Б.Гейтс. – Mосква: Манн, Иванов и Фербер (МИФ)”, – 2021. – 336 c.

8.Сидорович, В. Мировая энергетическая революция: Как возобновляемые источники энергии изменят наш мир: / – В.Сидорович. – Mосква: Альпина Паблишер, – 2019. – 208 c.

9.Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı: [Elektron resurs] / – Bakı: URL: https://www.president.az

10.Professor Elşən Hacızadənin saytı: [Elektron resurs] / – Bakı: URL: https://www.hajizada.com

11.Beynəlxalq Enerji Agentliyinin rəsmi saytı: [Elektron resurs] / URL: https://www.iea.org

12.Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi – IRENA rəsmi saytı: [Elektron resurs] / URL: https://www.irena.org

13.Azərbaycan Respublikası Energetika Nazirliyi: [Elektron resurs] / – Bakı: URL: https://www.minenergy.gov.az

14.“Azərenerji” ASC: [Elektron resurs] / – Bakı: URL: https:// www.azerenerji.com

 

233.Yaşıl artım konseptləri və onun multiplikativ effektləri. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Yaşıl energetika: yeni konseptual baxış və multiplikativ effektlər” mövzusunda Dördüncü Beynəlxalq Elmi-Praktik virtual konfransın materialları. Azərbaycan Dövlət İqtisad Universitetinin Enerji İqtisadiyyatı Mərkəzi, Gürcüstanın “Təhsilə Dəstək və İnvestisiya Fondu” (Education Support & Investment Fund), Estoniyanın “Beynəlxalq Elmi-Tədqiqat və Tədris Mərkəzi” (MTÜ International Research, Education & Training Center) Bakı-Tbilisi-Tallin 28-29 aprel 2023-cü il. ENECO Jurnalı. Bakı: № 2 (14) 2023. 0,7 ç.v. s. 25-33.