Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Məqalələr / MİLLİ ENERJİ TƏHLÜKƏSİZLİYİNİN DAVAMLI TƏMİNAT STRATEGİYASI
AMEA, İqtisadiyyat İnstitutu,
i.e.d., prof. Elşən Mahmud oğlu Hacızadə
Milli enerji müstəqilliyini dolğunlaşdırmaq və enerji təhlükəsizliyini daha təminatlı etmək üçün real bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda da enerji strategiyasının hazırlanması və tətbiqi olduqca zəruri və mühümdür. Geoloji əsaslandırmalar göstərir ki, Azərbaycanda 2-3 milyard ton neft, 1,5-2,0 trilyon m3 qaz, 25-27 milyon ton kömür, 400-450 milyon ton yanar şist ehtiyatı olmasına baxmayaraq, bu resurslar tükənən aspektlidir. Hazırda ümumi qoyuluş gücü 6,4 min, faktiki gücü isə 4,5 min MVt olan istehsal konfiqurasiyası 83:17 nisbətli 13 İES və 5 SES qismində fəaliyyət göstərərək illik 20-23 milyard kVt/saatlıq elektrik enerjisi istehsal olunması müqabil və perspektivi təmin edən keyfiyyətdə deyildir. Bu güc müqayisədə ümumilikdə Gürcüstan və Ermənistanın elektrik enerji potensialından (ümumi güc 1,7 min MVt) 3-4 dəfə çox olsa da, yenə azdır. Lakin, bu qədər bol təbii enerji resurslarına baxmayaraq respublikanın iqtisadiyyatının və əhalinin yanacaq-enerji resursları ilə fasiləsiz və keyfiyyətli təminatında müəyyən problemlər yaşanmaqdadır. İqtisadiyyatın inkişafı və genişlənən sosial təminatlılıq isə qarşıya artan enerji istehlakı tələbini qoyur. Hesablamalar göstərir ki, yaxın perspektiv üçün respublikanın təbii qaza olan tələbatı artaraq 12-14 milyard m3 təşkil edəcəkdir. Elektrik enerjisinə görə isə bu tələb 8-10 min mVt-a bərabər olacaqdır (http://www. Ilham-Aliev.com) Bütün bunlar isə iqtisadiyyatın aparıcı sahəsi olan enerji sektorunda aparılan islahatların daha da dərinləşməsinə və təkmilləşdirilməsinə əsaslı zəmin yaradır. Araşdırmalar göstərir ki, respublikada iqtisadi artımın davamlı təminatı enerji sektorunda yeni istehsal güclərinin buraxılışı və istehsal aparatının kardinal yeniləşməsını həyata keçirmədən mümkün deyildir. Buna görə də, bütün ümümiqtisadi islahat tədbirləri paralel olaraq Yanacaq Enerji Kompleksinin problemlərinə və artan tələblərə uyğun mütəmadi modernizasiya proseslərinin reallaşması ilə müşayiət edilməlidir.
Enerji təhlükəsizliyi vaxt çərçivəli dövri bir məsələ deyildir. O, çox uzaq zaman hədəflərini əhatə edən milli və dövləti bir problemdir. Buna görə də, enerji resurslarının səmərəli bölgüsü, istifadəsi, artırılması və gələcək nəsillərə transformasiyası çox mühüm və vacibdir. Dünya energetikasının inkişaf ssenarisinə rəğmən aparılan təhlili əsaslandırmalar göstərir ki, Azərbaycanda da postneft epoxasında enerji təhlükəsizliyinin davamlı təminatı baxımından AES yaratmaqla nüvə enerjisindən istifadə daha əhəmiyyətli rol oynayacaqdır. Əslində AES ideyası Azərbaycan üçün yeni bir təzahür deyildir. Məlumdur ki, Azərbaycan güclü SSRİ dövlətinin tərkibində olduğu zamanlarda burada AES tikintisi mərkəzi hökumətin baş planları sırasında qərar tutmuş və yüksək seysmoloji vəziyyətə baxmadan belə, bu strategiya məqbul hesab edilmişdir. Yeni epoxoial mərhələdə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) ekspertləri də 2005-ci ildə qurumun Vyanada keçirilən 49-cu sessiyasında respublikamızda AES tikintisinə müsbət rəy vermişlər. Agentlik bir daha hansı enerji mənbəyinin ölkə üçün əlverişli olub-olmadığını araşdırmaq məqsədilə respublikanın Sənaye və Energetika Nazirliyi ilə «Azərbaycanın enerji balansının hesablanması və perspektiv istiqamətlərin müəyyən olunması» adlı müştərək layihə üzrə əməkdaşlığa başlamışdır. Bu perspektiv yanaşama isə bir daha Azərbaycan energetikasının gələcəyinin üstün olaraq AES strategiyasında formalaşdırılması və reallaşdırılmasını əsaslandırır.
* * *
Aparılan təhlillə əsaslandırılır ki, milli enerji təhlükəsizliyinin davamli təminat strategiyası enerji effektivliyini artıran aşağıdakı prioritetləri nəzərdə tutmalıdır:
uzunmüddətli dövr üçün optimal yanacaq-enerji balansının hazırlanması;
enerji qənaətcilliyinin təşkilati, texnoloji tədbirlərinin və iqtisadiyyatın bütün sahələrində enerji resurslarından rasional istifadənin, enerjiqoruyuculuq prinsiplərinin reallaşdırılması;
etibarlı və perspektivli mineral-xammal bazasının və milli ehtiyat enerji resurslar terminalının yaradılması;
Neft Fondunun resurslarının əhəmiyyətli hissəsini bərpaolunan və nüvə təyinatlı enerji istehsalı sahələrinə yönəltəməklə təbii enerji ehtiyatları varisliyinin təmin edilməsi;
Yanacaq-Enerji Kompleksinin funksionallığının artırılması istiqamətində struktur yenidənqurmasının aparılması və onun ətraf mühitə neqativ təsirinin məhdudlaşdırılması;
enerji sektorunda bazar münasibətlərinin inkişafını və mükəmməl institusional bazanın formalaşdırılması;
alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi və postneft konsepsiyasının işlənməsi.
Milli enerji təhlükəsizliyinin davamli təminat strategiyası ilə bağlı təqdim olunan prioritetləri heç də tamlıqla bütün müvafiq strateji tədbirlər qammasını əhatə etmir. Praktiki tətbiq sferasında bu prioritetlərin daha fundamental iqtisadi əsaslandırmaya məruz qalacaq və dəyişən siyasi-iqtisadi situasiyaya uyğun fərqli və alternativ düzümdə formalaşdırılması daha elmi məntiqi həllini tapacaqdır.
Ədəbiyyat siyahısı
1. Hacızadə E.M., (2002), Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı: Elm
2. Мирзаджанзаде А.Х., Султанов Ч.А.,(1994), Этюды нефтяной концепции Азербайджана, Баку: Элм.
3. Самедзаде З.А. Экономическая безопасность. // Научные труды Международного Союза экономистов и Вольного экономического общества. Том первый. Москва, Санкт-Петербург 1994 г.
4.Тимми Боб., (2005), А есть ли дефицит? Азбука нефтяной экономики, М.: ЗАО «Олимп-Бизнес».
145. Milli enerji təhlükəsizliyinin davamlı təminat strategiyası. Akademik Ziyad Səmədzadənin 70 illik yubileyinə həsr edilmiş «Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli inkişaf modelinin formalaşması problemləri». Respublika elmi-praktiki konfransının materialları. АMEА-nın İqtisadiyyat İnstitutu, Azərbaycan İqtisadçılar İttifaqı, Beynəlxalq İqtisadçılar İttifaqı, Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı: 2010. 0.4 ç.v.