gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / VERGİ SİYASƏTİNƏ DAİR DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

28.03.2011

i.e.d., prof. Hacızadə Elşən Mahmud oğlu

Vergi siyasətinə dair dəyərli tədqiqat əsəri

                         İqtisad elmləri doktoru Yaşar Kəlbiyevin “Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri” monoqrafiyası bu yaxınlarda “Elm” nəşriyyatında çapdan çıxmışdır. Beş fəsildən ibarət olan bu mühüm tədqiqat əsərində vergi siyasəti və vergitutmanın əsas prinsipləri, vergi siyasətinin ümumi konsepsiyası və problemləri, daxili istehlaka və istehsala vergilər, gəlir və mlak vergiləri, vergitutma və açıq iqtisadiyyat kimi mühüm elmi və praktik əhəmiyyət kəsb edən məsələlər geniş şəkildə şərh və təhlil edilmişdir.

Monoqrafik tədqiqatda vergitutma sahəsində ümumi anlayışlar, prinsiplər, daha geniş yayılmış əsas problemlərin kompleks icmalı verilmiş, vergi siyasətinin nəzəri əsasları və praktiki əhəmiyyəti nəzərə alınmaqla seçilən mühüm problemlər sistemli şəkildə təqdim olunmuşdur. Burada oxucu, həmçinin, vergi siyasəti üzrə nəzəri ədəbiyyatın ayrı-ayrı yeni nailiyyətləri ilə tanış olmaq imkanı da əldə edəcəkdir.

Tədqiqatın əsas vəzifəsi vergitutma məsələləri üzrə müxtəlif səpkili materiallar ısasında ayrı-ayrı nəzəri kateqoriyaları aydınlaşdırmaq, dəqiqləşdirmək və ümumiləşdirməkdir. Burada, xüsusilə, adi mənbələrdə izahının aydınlaşdırılması çətin olan müxtəlif problemlərin həlli istiqamətdində müəllif araşdırmaları da əksini tapmışdır.

Çoxaspektliyi ilə fərqlənıən tədqiqat əsərinin giriş hissəsində bu və digər mövzunun seçilməsinin səbəblərinin konseptual səviyyədə aydınlaşdırılması əsaslandırılır, vergi siyasətinin daha vacib olan aktual problemlərinə xüsusi diqqət yetirilir və həmçinin, işin strukturu üzrə müxtəlif fəsillərin ümumi məzmununun qısa şəkildə izahı verilir.

Tədqiqatın birinci fəslində vergi siyasəti, onun həyata keçirilməsi mexanizmləri və müasir şəraitdə vergitutma prinsiplərinin modifikasiyaları nəzərdən keçirilir, xarici ölkələrin vergi siyasətinin tiplərinin və inkişaf etmiş ölkələrin vergi siyasətinin əsasları araşdırılır və Avropa İttifaqına daxil olan ölkələrin vergi siyasəti və mütərəqqi vergi sisteminin əsas prinsipləri, bu məkanda vergitutma və vergilərlə bağlı ümumi tələblər tədqiq edilir.

İkinci fəsildə vergilərin tətbiqi nəticəsində yaranan nəzəri məsələlərə baxılır. Xüsusilə də, vergitutmanın effektliliyə, ədalətliliyə, zamanlararası aspektlər nəzərə alınmaqla qərarların qəbul edilməsi məsələlərinə və s. təsiri araşdırılır.

Sonrakı fəsillərdə konkret vergilər konstektində daha texniki xarakterli məsələlər nəzərdən keçirilir. Belə ki, tədqiqatın üçüncü fəslində istehlakın və istehsalın vergitutma məsələlərinə baxılır və bu zaman təkcə əlavə dəyər vergisi, satış vergisi və aksizlər kimi əsas vergilər arasında prinsipial müxtəlifliklər xarakterizə edilmir, eyni zamanda, həm də onların tətbiqi prosesində yaranan müxtəlif texniki mürəkkəbliklər barədə geniş məlumatlara yer ayrılır.

Dördüncü fəsildə gəlirlərə və mülkiyyətə vergilərin təhlili verilir. Daha geniş ifadədə bu fəsildə direktiv orqanlara texniki xidmətlərin göstərilməsi prosesində yaranan məsələlərə öz əksini tapır.

Ənənəvi yanaşmalar struktur məsələlərinə və vergilərin beynəlxalq ticarətə təsirinə də aid edilir. Lakin beynəlxalq ticarət və beynəlxalq maliyyə vasitəsi ilə ölkələr arasındakı əlaqələrin inkişafı beynəlxalq iqtisadi inteqrasiyanın genişlənməsinə şərait yaratmış və bununla yanaşı olaraq vergitutma metodlarının mürəkkəbləşməsi də baş vermişdir. Mövcud problemlərdən biri verginin gəlir mənbəyinin yerləşdiyi, yaxud vergi ödəyicisinin rezident olduğu ölkədə tutulmalı olması ilə bağlı seçimin edilməsinin zəruriliyi ilə bağlıdır. Bundan irəli gələrək də tədqiqatın beşinci fəslində açıq iqtisadiyyat şəraitində vergitutmanın müxtəlif aspektlərinə baxılır.

Tədqiqatda həmçinin praktik iqtisadçılar tərəfindən vergi siyasəti məsələləri üzrə real tövsiyələrin təqdim edilməsi tələb olunan hallarda vergitutma prinsiplərinin tətbiqi istifadəsinə əhəmiyyətli diqqət yetirilmişdir. Mövzular onların nəzəri qarşılıqlı əlaqəsi formasında deyil, müvafiq problemlərin yarana bilməsi qaydasında qruplaşdırılmışdır. Materillar elə formada təqdim edilmişdir ki, praktik iqtisadçılar tərəfindən məlumat kitabçası kimi də istifadə üçün əlverişli ola bilsin.

Hesab olunur ki, oxucular bu tədqiqat işindən vergi sahəsində faydalı informasiyalar əldə edəcəklər.

Bu tədqiqat əsəri həmçinin iqtisadiyyatın müxtəlif sahələrində çalışan mütəxəssislər, elmi işçilər, ali məktəb müəllimləri, magistaranlar və doktorantlar üçün də geniş istifadə imkanları yaradacaqdır.

  

171.Vergi siyasətinə dair dəyərli tədqiqat əsəri (i.e.d Y.Kəlbiyevin “Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri” monoqrafiyasına resenziya). Azərbaycanın vergi jurnalı. Bakı: № 6, 2012, 0,2 ç.v.