gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / NEFT-QAZ SEKTORUNUN İNKİŞAFININ IQTISADI ARTIMA TƏSIRININ QIYMƏTLƏNDIRILMƏSI

20.05.2011

UOT 338.45:338.1:330.356 (479.24)

 

NEFT-QAZ SEKTORUNUN İNKİŞAFININ

IQTISADI ARTIMA TƏSIRININ QIYMƏTLƏNDIRILMƏSI

 

Hacızadə Elşən Mahmud oğlı

i.e.d., prof. Azərbaycan Dövlət İqtisad Universiteti,

Az 1001, İstiqlaliyyət küçəsi, 6,

elshan@hajizadeh.co

 

Xülasə

 

Tədqiqatın məqsədini milli neft-qaz sektorunun potensialının, infrastruktur kompleksinin müasir vəziyyətinin və onun ölkə iqtisadiyyatının inkişafındakı rolu və əhəmiyyətinin təhlilini, habelə ümumilikdə bu sektorun inkişafinın iqtisadi artıma təsirinin qiymətləndirilməsi ifadə edir.

Tədqiqatın metodologiyası trendli və situasiyalı yanaşmada sistemli təhlilin struktur metodlarına əsaslanır. Tədqiqat arasdırmasında korrelyasiya və digər ekonometrik üsullardan da istifadə olunmuşdur.

Tədqiqatın nəticələri - 1988-2011-ci illər ərzində neft-qaz sektorunun ÜDM-in strukturunda rolu və əhəmiyyəti qiymətləndirilmiş, onun yaxın və orta perspektivdə iqtisadi artıma təsirinin proqnozu verilmişdir.

Tədqiqatın məhdudiyyətləri:

1) hesablamaların daha uzun müddətləri əhatə etməsi planında aparılmaması;

2) bir sıra artım göstəriciləri ilə bağlı qəti təyinatların olmaması, daha geniş və dolgun statistik mənbə axtarışı çətinlikləri;

3) hesablamalarda metodoloji yanaşma çoxşaxəliyi.

Tədqiqatın praktiki əhəmiyyəti - neft-qaz sektorunun iqtisadi artıma təsir proqnozlarının hesablanmasında alternativ mənbə kimi istifadə imkanlığı.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - ilk dəfə ümumiqtisad elmi kontekstində «neft-qaz sektoru» anlayışının geniş interpretasiyasının verilməsi, «milli neft strategiyası»nın konseptual təyinatda təqdimatı, neft-qaz sektorunun fəaliyyətini xarakterizə edən əsas göstəricilər sistemi üzrə yeni elmi ümumiləşdirmələrin aparılması, retrospektiv və perspektiv (30 il) dövr ərzində neft-qaz sektorunun ÜDM-in səviyyəsinə təsir istiqamətlərinin qiymətləndirilməsi.

 

Açar sözlər: neft-qaz sektoru, milli neft strategiyası, iqtisadi artım, büdcə-vergi siyasəti, proqnozlaşdırma.

 

1.Giriş

Neft sivilizasiyasının təşəkkülündən bəri neft-qaz resursları potensialı dünya siyasətində başlıca strateji hərbi və diplomatik qüvvə, siyasi-iqtisadi strategiyanın formalaşması mənbəyi, milli gücün mühüm faktoru hesab edilməkdədir. Neft və qaz müasir zamanda zəruri istehsal, iqtisadi-maliyyə resursu olmaqla sənaye potensialının əsas energetik komponentdir. Sosial gücü, şəhəryaratma və aqlomerasiya effekti mühüm olan bu resursa istinadən bəşər cəmiyyəti ayrılıqda və həmçinin iqtisadiyyatın bütün sahələrində başlıca özünü lazımi enerji və nəqliyyat xidməti ilə təmin etmiş olur. Obrazlı deylimdə neft-qaz kompleksi iqtisadiyyatın investisiya istiliyini gerçəkləşdirən ən güclü və rahat sektor funksiyasi rolunu yerinə yetirir.

Azərbaycanda neft-qaz resurslarından istifadənin çox əsirlik tarixi vardır. Qədim zamanlardan Abşeron və Şirvan ərazisində neftdən məişətdə, insanların təsərrüfat həyatında geniş istifadə edilmişdir. XIX əsrdə baş verən sənaye inqilabları isə insanların texniki tələbatlarının artması ilə müşaiyət olunaraq neftdən istfadənin təyinatını köklü təbəddulatlara uğratdı. Daxiliyanma mühərriklərinin yaranışı, krekinq prosesindəki nailiyyətlər, dağ-mədən sənayesində intensivləşmə və digər bu kimi mütərəqqi amillər kontekstində iqtisadiyyatın enerji resurslarından qaynaqlanan yeni - industrial paradiqmasını formalaşdırdı. Bütün bunlar isə öz növbəsində böyük neft erasının təşəkkülünə gətirdi [7, 26].

Neftin hasılatında mühüm tarixi ənənələri olan Azərbaycan özünün bol ehtiyatları ilə paytaxt Bakının timsalında XIX əsrin sonunda, XX əsrin əvvələrində sənayeləşən dünya iqtisadiyyatının əsas enerji regionlarından biri idi. Təsadüfü deyil ki, 1898-1901-ci illərdə hasil edilən dünya neftnin yarıdan çoxu Bakı neft rayonunda çıxarılmışdı. Orta hesabla hər il 10 milyon tona bərabər olan bu toplumum mütləq əksəriyyəti Azərbaycanın hüdüdlarından kənarda, demək olar ki, dünyanın bütün yaşıl qitələrində istehlakçı tələblərini ödənilməsinə yönəldilirdi [26, 30]. Bakı əsas qlobal neft mərkəzlərindən biri kimi möhtəşəmliyini II cahan savaşı bitdikdən sonra belə qoruyub saxlamış və Azərbaycanda hasil olunan neft bütün bu dövr ərzində nəhəng dövlətin - SSRİ-nin sənayesinin, hərb maşınının, geniş istisamar texniksının başlıca generasiya mənbəyini təşkil etmişdir. Azərbaycan nefti bütövlüklə sovet iqtisadiyyatının inkişaf tarixinin bütün mərhələlərində energetik gücü ilə fərqlənmiş və öz potensialını əsasən bu ittifaq dövlətinin qüdrətlənməsinə xərcləmişdir. Ümumən tarixin iki yüz ili ilə bağlı olan bu zaman əhatəsində azərbaycan xalqı neft-qaz resurlları və onunla bağlı gəlirlərin idarə edilməsi işindən əsasən kənarda qalmış və sahibi olduğu bu sərvətlərin təbii rentasından dolğun bəhrələnə bilməmişdir.

Azərbaycanın dövlət müstəqilliyinın bərpa edilməsi ilə isə ilk dəfə olaraq neft-qaz sərvətlərinin xalqa məxsusluğu tam təmin olunmuş və bu sərvətlərdən milli dövlət mənafeləri baxımından geniş istifadə etdirilməsi üçün real əlverişli şərait yaranmışdır. Bununla yanaşı, yeni geosiyasi situasiya Azərbaycanın Xəzər sektorunda ötən əsrin son onilliklərində aşkarlanmış nəhəng karbohidrogen yataqlarının beynəlxalq əməkdaşlıq çərçivəsində aktiv işlənməsinə də əsaslı zəmin olmuşdur. Bütün bu gerçəkliklər fonunda ümummilli lider Heydər Əliyev rəhbərliyi altında ölkənin milli neft strategiyası formalaşdırılmışdır. Praktiki müstəvidə «Əsrin müqaviləsi»indən start götürən milli neft strategiyası multipkativ effektdə prezident İlham Əliyevin əzmkar fəaliyyəti ilə aparılan miqyaslı islahatlarla daha təkmil məcraya yönəlmiş, çoxsaylı beynəlxalq neft kontraktının bağlansı ilə respublikaya nəhəng investisiya axınının gətrilməsini, transmilli neft-qaz ixrac boru kəmərlərinin inşasını, yeni yanacaq-enerji ifrastrukturu quruculuğunu, sosial-iqtisadi inkişafa əlavə stimullar verən milli neft fondunun yaradılmasını təmin etmişdir. İndi bu sərvətlərdən daha səmərəli istifadə ümumi milli inkişaf strategiyasının ən mühüm prioritetlərindən birini təşkil edir.

Neft-qaz sektorununda mövcud vəziyyətin respublika iqtisadiyyatına, onun tərəqqisinə əsaslı təsiri vardır. Gerçəklik ondan ibarətdir ki, neft-qaz sektorun və onun qaynaqlandırdığı Yancaq-enerji kompleksi (YEK) iqtisadiyyatın bütün strukturunda hərəkətverici qüvvəyə malikdir. Müasir milli iqtisadiyyatın barometri və əsas indikator göstəricisi bu gün də yetərli dərəcədə neft-qaz sektoru ilə bağlıdır. Bu baxımdan mövcud reallıqlar çevrəsindən mili neft-qaz sektorunun inkişafinın iqtisadi artıma təsirinin təhlili və qiymətləndirilməsi mühüm aktual səciyyə daşayır və eyniliklə də bizim tədqiqat predmetimizin leytmotivini təşkil edir. Mövzunun aktuallığını gücləndirən şərtlərdən biri də, neft-qaz sənayesinin milli və iqtisadi təhlükəsizliyin əsas qaynaq komponenti olmasındadır. Ölkə büdcəsinin 60-70%-i onun vəsaiti hesabına formalaşır. Bütün bunlar neft-qaz sektorunun daha geniş iqtisadi aspektdə öyrənilməsini zəruriləşdirən, milli dövləti mənafelərində təsbitini tapan və həm də qlobal xarakterlilik baxımından da fundamental edir.

 

2.Metodologiya: iqtisadiyyatın sektorial bölgüsü və neft-qaz sektorunun funksional təyinatı

Elmi-nəzəri mənbələrdə iqtisadiyyatın sektorial bölgüsu - oxşar uzlaşan cəhətləri, iqtisadi məqsədləri, funksiyaları və davranışları ilə fəqlənən nəhəng əhəmiyyətli institusional vahidlər kimi göstərilir. Bu sahələr nəzəri və paraktiki planda başlıca təsnifatda biri digərinində təsərrüfat formasına və məhsul istehsalı növlüyü əlamətlərinə görə də ayrılır [8, 12, 19].

Təsərrüfat forması baxımından iqtisadiyat əsasən dövlət (government sector) və özəl (private sector) sektorlara bölünür. Məhsul növlüyu istehsalı kontekstində isə çoxsaylı variantlar müxtəlifliyinə baxmayaraq bu bölgüdə üçhədli klassik sektorial model (ingiliscə - three-sector hypothesis - üç sektor haqqında hipoteza) əsas götürülür. Birinci sektor (primary sector) xammalın hasilatı və onun yarımfabrikatlara çevirən emalını sahələrini əhatə edir. Buraya aqrar-sənəye, hasilat və təbii xammalın ilkin emalı (daş kömr, neft-qaz, metal filizləri və s.) sahələri daxildir. İkinci sektora (secondary sector) hazır məhsul istehsal edən - emal sənayesi və tikinti müəssisələri aiddir. Bu sektor ümumən olkə iqtisadiyyatın mühüm hissəsini təşkil etdiyindən onu həm də istehsal sektoru adlandırlar. Məhz burada ÜDM-in gəlir və daxilolmalar artımının əsas hissəsi formalaşır ki, bu da nəticə etabarı ilə həyat keyfiyyətini yüksəldən proqramların həyata keçirilməsinə təkan verir. Digər bir təsnifatda birinci və ikinci sektorlar birlikdə materialistehsal sektoru adlandırlır. Üçüncü sektor (tertiary sector) xidmət sferası müəssisələrini əhatə edir. Buraya nəqliyyat, rabitə, ticarət, səhiyyə, turizm və s. aid olunur. Hazırda inkişaf etmiş ölkələrdə üçüncü sektorun ÜDM-dəki payının əhəmiyyətli artımı onu «servis iqtisadiyyatı» adlanan ayrıca bir qtisadiyyatın sahəsinə çevirlməsinə gətirmişdir. Üçüncü sektor anlayıçı fərqli bir müstəvidə daha çox sosial funksiyalar yerinə yetirən qeyri-hökümət təşkilatları sektoru kimi də analaşılır [4, 32. 36].

İqtisadiyyatın çoxsaylı sektorial bölgüsündə real və maliyyəyə təsnifatlandırmasının da əhəmiyyəti böyükdür. Real sektor (real sector) bilavasitə material istehsalını, əmtəə və xidmətləri əhatə edir. Məhz bu sektorda yüksək mənfəət yaranır və əsas budcə daxilolmaları təmin edilir. Maliyyə sektoru (financial sector) isə maliyyə-kredit qruplarını birləşdirir [12, 32].

İqtisadi düşüncənin sistemləşdirilməsində bir sıra digər metodoloji yaranışlar da çıxış edirlər: Bələ ki, müasir iqtisadi ədəbiyyatlarda dördüncü və beşici sektor anlayışlarına da rast gəlinir ki, bunlar da üçüncü sektorun sistem altıları kimi çıxış edirlər. Dördüncü sektora (quaternary sector) da informasiya-kommunukasiya texnologiyaları sferasında ixtisaslaşan, həmçinin qlobal marketinq, bank, maliyyə, bir sıra elm sahələri, konsaltinq və təhsil xidmətləri göstərən müəssisələr aid edilir. Bu sektoru həm də çox zaman informasiya sektoru da adlandırırlar. İnformasiya sektoru müasir və gələcək iqtisadi inkişafın əsasında dayanır. Beşinci sektor (quinary sector) isə səhiyyə, mədəniyyət və elmi tədqiqatlar sahəsindəki ixtisaslaşmaları əhatə edir [36].

İqtisadiyyatın sektorial bölgüsunü səciyyələndirən bu gerçəkliklərdən çıxış edərək «neft-qaz sektoru» anlayışına bir daha aydınlıq gətirməklə onun Azərbaycan Respublikası iqtisadiyyatında yerini və parametrlərin müəyyənləşdirmək mümkündür. Metodoloji təyinatlılığ baxımından bu həm də onunla əlaqələndirilir ki, ölkə iqtisad elmində, həmçinin hüquqi-normativ və praktiki sferada neft-qaz sektoru anlayışının dəqiq interpretasiyasına hələ rast gəlinməmişdir. Sadəcə bu anlayış geniş dövriyyədə emprik köklərə istinadən söz düzümünə adakvat neft və qazın mövcud olduğu bir iqtisadiyyat sahəsi kimi başa düşülməkdədir. «Neft-qaz sektoru» anlayışı həm də üstün olaraq, çox zaman yalnız «neft sektoru» kimi də ifadə edilir. Bununla belə, dövriyyədə ayrıca «qaz sektoru» anlayışı da mövcuddur. Bu reallıq onlara yanaşmada fərqlilik və ya sinonim kimi istifadə etmə çətinliyi yaradır. Elmi müstəvidə və eyniliklədə statistik çərçivədə neft-qaz sektorunun dəqiq metodoloji təyinatı olmadığı üçün onun hududları haqqında qəti fikir söyləmək də mürəkkəbləşir. Lakin realıq belədir ki, neftin çıxarılması zamanı onunla birlikdə prosesin ayrılmaz hissəsini təşkil edən səmt qazı da hasil olunur. Məhz bu qaz faktoruna istinadən mütləq əksər hallarda neftlə bağlı istehsal sahələri «neft-qaz təsərrüfatı», «neft-qaz sənayesi», «neft-qaz kompleksi» və s. bu kimi adlarla təsbitini tapır [6, 7, 14]. Bununla belə, qeyd olunmalıdır ki, təbii qaz yalnız neftlə birlikdə səmt qazı kimi çıxarılmır. Əlahiddə yataqlardan, bəzən neft potensialından da yüksək olan qaz hasil edilir. Bu halda istehsal sahəsi ayrıca «qaz» təsərrüfatı kimi də fəaliyyət göstərir və adekvat olaraq da ona uyğun sahəvi təsnifatda adlanış verilir [22, 33]. Digər tərəfdən neft və qaz çıxarmada aralıq məhsul olan kondensatın hasilat sənayesi əhəmiyyətli müstəsnalıq təşkil etmədiyi üçün onun adı ilə bağlı əlahiddə təsərrüfat sahəsi də qəti adlandırılmamışdır. Göründüyü kimi neft, təbii qaz və kondensat karbohidrogen məhsulu təməlində triada əmələ gətirir və onlar istər analoji təbii sərvətlilik və istərsə də yaxın adekvat xammal kimi bir-biri ilə sinxron əlaqəlik təşkil edirlər. Elə bu baxımdan da «neft-qaz sektoru»na neft, qaz və kondensatla bağlı bütün təsərrüfat tsiklini əhatə edən iqtisadiyyat sahəsi kimi təyinat verilir. Geniş struktur təyinatda isə neft-qaz sektoruna axtatış-kəşfiyyat, qazma, hasilat, nəql, təchizat, emal və satış kimi çoxsaylı istehsal sahələri daxil edilir. Beləliklə elmi-iqtisadi anlamda «Neft-qaz sektoru» karbohidrogen məhsulu olan neft, qaz və kondensatın axtarış-kəşfiyatı, qazması, hasilatı, emalı, nəqli, təchizatı və son istehlakçıya çatırılması ilə bağlı satışını realaşdıran təsərrüfat kompleksini ehtiva edir.

Bütün texniki, texnoloji, iqtisadi əlamətləri ilə «neft-qaz sektoru» anlayışı Azərbaycan Respublikası kontekstində də eyni səciyyə və mahiyyət daşayır. Fərqlilik isə yalnız bu təsərrüfat sferasının renta təyinatlarından irəli gələn mülkiyyət münasibətləri ilə bağlı müəssisələr quruluşuda özünü göstərir. Belə ki, respublikada formalaşmış müasir neft-qaz sektoru müqabil bir struktur sistemə malikdir. Bu sistem quruluş dövlət və özəl (qarışıq) olan iki iqtisadi «subsektor»u özündə ehtiva edir. Dövlət sektorunda idarəetmə demək olar ki, bütünlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən, özəl hissədə isə Azərbaycan Respublikasının beynəlxalq müqavilələr çərçivəsində müştərək işləməyə verdiyi fəaliyyət (istismar) zonalarının izbatçılığı ilə həyata keçirir. Hər iki subsektorun müştərək fəaliyyət sferasında qovuşan sahələrinin olduğunu nəzərə aldiqda isə burada daha bir - üçüncu olan alt sektorun da mövcudluğunu yəqin etmiş oluruq. Ayrı-ayrı resurs bazasına malikliyi və dəgər sistem fərqliliyinə baxmayaraq bu sektorlar fəaliyyətlərində respublika YEK-nin tərkib hissəsi kimi çıxış edən böyük infrastruktur sistemdən faydalanırlar. Bu isə onu əsaslandırır ki, müxtəlif mülkiyyət strukturlu bu sektorlar müqabil və həmcins xüsusiyyətləri ilə böyük və bütöv infrastruktur sistemdə vahid bir iqtisadi məkanı formalaşdırırlar.

Beləliklə «Milli neft-qaz sektoru» YEK-nin tərkib hissəsi olaraq, ARDNŞ, Azərbaycan Respublikasının beynəlxalq müqavilələr çərçivəsində müştərək işləməyə verdiyi fəaliyyət (istismar) zonalarını, habelə onunla bilavasitə bağlı olan qarışıq və digər infrastruktur müəssislər silsiləsini əhatə edir.

Sxematik planda «milli neft-qaz sektoru»nu aşağıdakı kimi səciyyələndirilir:

 

       

 

 

Sxem 1: Azərbaycan Respublikasının neft-qaz sektoru

 

 

«Neft-qaz sektoru» haqqında təhlili mülahizələri ümumiləşdirərkən onun iqtisadiyyatın hansı sektoruna konkret aid olduğunu, eyni zamanda hansı sektorlarla bütövlükdə və ya qismən uzlaşma tapdığını da müəyyənləşdirmək vacib bilnir.

Təsərrüfat forması baxımından neft-qaz sektoruna aid olan müəssisələr dövlət və özəl sektorda ola bilər. Bu isə onu göstərir ki, neft-qaz sektorunun təsərrüfat forması baxımından təsnifatlandırılması üç aspektli strukrurda:

1) yalnız dövlət (neft-qaz sənayesinin milləşdirildiyi xarici də daxili konsessiyaların olmadığı ölkələr - Cəudiyyə Ərəbistanı, İran);

2) yalnız özəl - (ABŞ, Böyük Britaniya);

3) dövlət və özəl paralelliyi - (Rusiya, Küveyt) təyinat tapır.

Bununla belə, vurgulanmalıdır ki, neft qaz sektorunun təmamilə dövlətin sərəncamında olması nadir hadisədir. Belə vəziyyətlər çox qapalı ölklərdə müəyyən qədər duruş gətirə bilər [5, 16, 22]. Digər tərəfdən neft sənayesinin milliləşdirilərək qəti dövlətin sərəncamında qaldığı ölkələrdə belə kiçik də olsa neft-qaz sektorunun müəyyən xidmətlər sferasında milli sahibkarlada təmasları istisna edilmir. Burada həmçinin bir reallıq da onunla əksini tapır ki, ayrı-ayrı ölkələrin neft-qaz sektorunda qarışıq mülkiyyətli müəssislər də yer alır. Bu birbaşa investisiyalar və ya səhmdar cəmiyyətlər, müştərək müəssisələr təşkil etməklə portfel investisiyalar formasında reallaşdırılır. Eyni cəhətləri bu və ya digər formada milli-neft-qaz sektorunda da görmüş oluruq. Ona görə də, bu müqayisəli təhlil əsaslandırmasından çıxış edərək Azərbaycanın neft-qaz sektorunun təsərrüfat forması baxımından dövlət və özəl sektorlar kompleksində təyinat tapdığnı yəqin etmiş oluruq.

Üçhədli klassik sektorial model yanaşmada, məhsul növlüyu istehsalı kontekstində neft-qaz sektorunu xammalın hasilatı oriyentasiyalığına rəğmən qəti olaraq birinci sektora uğunluğu görünür. Hazır məhsul istehsalı, emal sənayesi oriyentasiyalığına görə isə neft-qaz sektoru ikinci sektora aid olunmalıdır. Nəzərə alındıqda ki, neft-qaz sektorun həm də geniş və miqyaslı xidməttutumlu qürumları əhatə edir, onda burada üçüncü sektora da yer ayrılmalıdır. Bundan başqa müasir məqamda buradakı öncül innavasiyalığın da geniş imkanlı olduğunu nəzərə alsaq neft-qaz sektoru eyni zamanda böyük yəqinliklə dördücü və beşinci sektorlara da aid edilə bilər. Bütün bunlardan başaqa vurğulanmalıdır ki, neft-qaz sektoru həm də istehsal sferası olan real sektora da tam adekvatdır.

Aşağıda iqtisadiyyatın sektorial təsnifatlandırmasında neft-qaz sektorunun aidiyyətliyini əks etdrən sxem verilmişdir:

 

Neft-qaz sektoru

Birinci sektor

İkinci sektor

Üçüncü sektor

Dördüncü sektor

Beşinci sektor

Dövlət sektoru

Özəl sektor

Real sektor

 
   

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sxem 2: Neft-qaz sektorunun iqtisadiyyatın sektorial təsnifatlandırmasında üzlaşdılğı sferalar.

 

Milli neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının başlıca qaynaq elmenti olaraq qalır. O, müasir zamanda inkişafının məhək daşı kimi ölkə iqtisadiyyatının yarından çoxunu özündə cəmləşdirərək iqtisadi dirçəlişin stimullaşdıran mühüm baza rolunda çıxış edir. Bu səbəbdən də, respublikada iqtisadi artımın davamlı təmin edilməsi yetərli dərəcədə bu sektorun özünün inkişaf probleməri ilə əlaqədardır. Reallıq belədir ki, neft-qaz sektorunda inkişaf meylləri təmin edilməzsə, burada axtarış-kəşfiyyat, qazma işlərinə və genişliklə renovasiya proseslərinə zəruri sərmayələr yönəldilməzsə onun iqtisadi artıma təsir effekti də ressesiyaya uğrayacaqdır. Ona görə də, milli neft-qaz sektorunda inkişaf meyllərinin təhlilinə buradakı müasir strukturu və infrastruktur kompleksinin, resurs bazası və potensialının dəyərləndirilməsi mühüm hesab olunur.

 

3.Neft-qaz sektorunun resurs bazası, struktur və infrastruktur kompleksi

Milli neft-qaz sektorunun böyük ərazi, material və insan resursları tumumlı hissəsi ARDNŞ-ə mənsubdur. ARDNŞ dünyanın ən böyük «şaquli inteqrasiya olunan» holdinq təyinatlı neft kompaniyalarından biri kimi, Azərbaycan Respublikasında bütövlüklə neft-qaz sənayesini axtarış-kəşfiyyat işindən başlayaraq, hasilat, emal, nəql, təchizat, satış və digər texnoloji proseslərdə əhatə olunmaqla məhsulun son istehlakçıya çatdırılmasına qədər istehsal-xidmət mərhələlərində idarəetməni təmin edir. ARDNŞ-in istisamar zonası 39 quruda və 18 Xəzər dənizində olmaqla 57 yatagdan ibarətdir. Bu yataqlarda 3-5 milyard ton neft, 3-4 trilyon m3 həcmində qaz ehtiyatı mövcudluğu geoloji baxımından təsdiqlənmişdir. Kәşf olunmuş neftin 24%-i, tәbii qazın isә 15%-i qurunun payına düşür. Dənizdә karboһidrogen yataqlarının güman edilәn saһәsi 21,4 min km2, quru әrazilәrindә isә 43-45 min km2-dir. Bununla belә, qeyd olunmalıdır ki, ölkənin potensial neft eһtiyatlarının yarıdan, təbii qaz eһtiyatlarının isә 3/4-dәn çoxu һәlә kәşf edilmәmiş qalır. Hazırda ARDNŞ-in struktutuna başlıca istehsal və xidmət qürumları olmaqla «Azneft» İstehsalat Birliyi, «Azəriqaz» İstehsalat Birliyi, «Azərikimya» İstehsalat Birliyi, Xəzər Dəniz Neft Donanması, «Geofizika və Geologiya» İdarəsi, Neft Kəmərləri İdarəsi, «Azərneftyağ» Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, Qaz Emalı Zavodu, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, «Neftqaztikinti» Tresti və Kompleks Qazma İşləri Tresti daxildir [44].

ARDNŞ sərəncamında olan həm quruda və dəniz akvatoriyasında neft və qaz yataqlarının işlənməsi ən başlıca struktur bölməsi olan «Azneft» İstehsalat Birliyi («Azneft» İB) vasitəsi ilə təmin edir. Birliyin istismar fondunda 6 mindən çox quyu vardır ki, bunun da 75%-dən çoxu işlək quyulardır. Neft-qaz hasılatını 11 neftqazçıxarma idarəsi təmin edir. 2011-ci ildə birlik tərəfindən 8,4 milyon ton neft və 7,1 milyad m3 qaz hasil edilmişdir. Hasil edilən neftin orta hesabla ¾ hissəsi neft emalı zavodlarına, qalan hissəsi isə ixraca yönəldilmişdir.

«Azneft» İB-nin enerji gücü yalnız neftlə bağlı deyildir. Burada hasil edilən təbii qaz hazırda ölkənin bütün İstilik Elektrik Stansiyalarının (İES) yanacaq təminatını və əhalinin müvafiq istehlak tələblərini ödəmək imkanındadır. Birlik daxildə çıxarılan qazın əksər hissəsi təbii qaz yataqlarından hasil edilir. Bununla belə, hasilat balansında səmt qazının həcmini də mümkün yetərli hesab etmək olar. Hasilat qazı Bakının Qaradağ ərazisində yerləşən Qaz Emalı Zavoduna (əsasən dəniz yataqlarında çıxarılan) və «Azəriqaz» İstehsalat Birliyinə yönəldilir. Qaradağ Qaz Emalı Zavodunun əsas məqsədi təbii və səmt qazlarından metan-etan, propan-butan, qaz benzini və dizel yanacağı komponenti istehsal etmək olsa da, burada son zamanlar hər il orta hesabla səthi formada 4,2-4,7 milyard m3 həcmdə qaz emal olunmaqdadır [40, 42. 44]. Bu həcm isə onun layihə istehsal gücündən 30% azdır (illik güc 6,5 milyard m3) və ölkədə hasil olunan bütün qazın emalını və təmizlənməsini təmin etməyə qadir deyildir. Digər tərəfdən zavodda qaz emalının dərinləşdirilməsi və bundan irəli gələrək onun tərkibindəki qiymətli komponentlərin çıxarılması texnologiyası nəzərdə tutulmadığımndan, burada beynəlxalq standartlara uyğun məhsul istehsalı da mümkünsüzdür.

2009-cu ilə qədər ayırca mərkəzi dövlət təsisatı kimi fəaliyyət göstərmiş «Azəriqaz» İstehsalat Birliyi («Azəriqaz» İB) isə Azərbaycan Respublikası ərazisində təbii qazın saxlanması (aktiv һәcmi 3 milyard m3 2 yeraltı qazsaxlama anbarları), emalı, nəqli (34831 km boru kəmərləri), paylanması (163 qazpaylayıcı stansiya) və satışını (1,3 milyon abonent) həyata keçirir. «Azəriqaz» İB yalnız «Azneft» İB tərəfindən deyil, həm də bütövlükdə respublikada hasil edilən qazın qəbulu və ötürülməsini təmin edir. Bu ümumilkdə orta illik göstəricidə (son 3 il üzrə) 10-12 milyard m3 qaz həcminə bərabərdir. [44].

Qeyd olunmalıdır ki, Azərbaycanda köhnə yataqlarda hasil edilən karbohidrogen məhsulunun istehsal xərcləri olduqca yüksəkdir. Bu istismar olunan yataqlarda ehtiyatların əksər hissəsinin çıxarılması, fontan dövrünün bitməsi, lay enerjisi tükənməsi quyuların sulaşması, aşağı debitlilik, texnoloji gerilik, fiziki və mənəvi aşınmanın miqyaslığı və digər bu kimi amillərlə bağlıdır. Bütün bu çətinliklərə baxmayaraq, «Azneft» İB milli neft-qaz sektorunun aparıcı strukturu kimi respublikada iqtisadi artımın təmin edilməsində mühüm funksiyanı yerinə yetirir. Bu baxımdan o, ARDNŞ istiqamətindən bütün neft-qaz sektorunu qaynaqlandıran təməl struktur kimi dəyərləndirilməlidir.

ARDNŞ-də istehsal tsiklinin digər bir hissəsi «Azərikimya» İstehsalat Birliyi («Azərikimya» İB) ilə bağlıdır. Çox yaxın zamanlara qədər dövlət şirkəti satausunda fəaliyyət göstərmiş birliyin hazırda «Səthi Aktiv Maddələr», «Etilen-Polietilen» və «Üzvi sintez» zavodlarında dünya bazarında böyük tələbat olan yüksək təzyiqli polietilen, izopropil spirti, propilen, ağır qətran, piroliz və poliefir qətranları, propilen oksidi, kaustik soda, sulfat və xlorid turşuları və s. istehsal edilir. Bu məhsulların istehsalı üçün xammal qismində ARDNŞ-in neft emalı zavodlarından Sumqayıtadakı kimya müəssisələrinə birbaşa boru xətti ilə nafta məhsulu göndərilir. Qeyd olunmalıdır ki, milli neft-kimya sənayesinin təşəkkülü ötən əsrin ortalarına təsadüf edir. 1988-ci ildə burada istehsal aşagı düşməsi, məhsul çeşidinin məhdudlaşması və texnoloji geriliyinin aradan qaldırılması ilə əlaqədar layihə gücü 450 min ton olan (300 min ton etilen, 150 min ton propilen) və o zaman üçün müasir hesab edilən EP-300 qurğusu tikililərək istismara verilmişdir. Uzun illər modernizasiyası investisiyalaşdırılmayan bu qurğu fiziki və həm də mənəvi köhnəlməyə məruz qalmış və hazırda 25% istehsal həcmində fəaliyyət göstərməkdədir. Bütün bunlar onu göstərir ki, respublikanın neft-kimya kompleksində köklü dəyişikliklər aparmaqla onun yenidənqurulmasına zəruri ehtiyac vardır [44]. Məhz bundan irəli gələrək də, Azərbaycan Respublikası Prezidentinin «Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında» sərəncamına (02 aprel 2010-cu il) müvafiq olaraq ARDNŞ-də beynəlxalq təcrübəyə uyğun vahid texnoloji prosesdə fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya sənayesi kompleksinin yaradılması işlərinə başlanılmışdır. Bununla yanaşı həm də Azərbaycan Respublikası Prezidenti «Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında» (29 dekabr 2011-ci il) da müvafiq fərman imzalamışdır [44, 47].

Respublikanın bütün növ yanacaq və müəyyən sürtkü yağlarına olan tələbatının ödənilməsi ARDNŞ-in 2 neftayırma zavodları vasitəsi ilə həyata keçrilir. Bu zavodların illik gücü 18 milyon ton təşkil etsə də, burada hazırda istehsal imkanlarından 3 dəfə az miqdarda məhsul hazırlanır. Emal məhdudluğunu yalnız qəbul edilən aşağı hədli həcmlərlə bağlamaq olmaz. Yəni qeyd olunduğu kimi «Azneft» İB tərəfindən bura hər il orta hesabla 6 milyon ton neft göndərilir. Araşdırmalar göstərir ki, bu zavodlarda mövcud texnoloji sistem köhnə konstruksiyalıdır və müasir tələblərə adekvat deyildir. Zavodların dəfələrlə moderinləşdirilməsinə baxmayaraq, onların fiziki və mənəfi aşınması olduqca yüksəkdir. Bu səbəbdəndir ki, yaxın gələcəkdə onların fundomental rekonstruksiyası və ya başqa ərazilərdə analoji ishehsalların yaradılması istiqamətində layihə əsaslandırmaları həyata keçirilməkdədir. Bütün bunlara baxamayaraq həmin zavodlar milli neft-qaz sektorunun mühüm özəyi kimi istehsal etdiyi məhsulları ilə respublikada iqtisadi artının yüksəlıdilməsində həyatı əhəmiyyət kəsb edirlər. Bir-biri ilə texnoloji bağlılığı olan bu zavodlarda müxtəlif kondisiyalarda benzin, dizel və reaktiv mühərrik yanacağları, kerosin, soba mazutu, bitum, sürtkü, energetik və turbin yağları, vakuum qazoyl və digər bu kimi analoji məhsullar istehsal olunur. Statistik göstəricilərə diqqət yetirdikdə görərik ki, burada hər il orta hesabla 1,1-13 milyon ton benzin istehsal olunur ki, onun da 80%-dən çoxu daxili istehlaka yönəldilir. Dizel yanacağı istehsalı isə bir qədər yüksək, illik 2,3-2,6 milyon ton təşkil edir ki, bunun da yetərli hissəsi (60-65%-i) ixrac olunur. Aviasiya nəqliyyatı üçün istehsal edilən reaktiv mühərrik yanacagının (benzin analoqlu) həcmi isə tələblərə uyğun olaraq orta hesabla ildə 500-600 ton arası tərəddüd edir. Bu məhsulun da 20%-ə qədəri ixaraca yönəldilir. Neft-kimya məhsulu olan nafta isə əsasən daxili istehsala yönəldilir və bu məhsulun da 20%-ə qədəri ixarac olunur. Bundan başqa həmin zavodlarda 1,2-1,3 milyon ton həcmində digər neft məhsulları da istehsal olunur. Hesablamalara görə nefin və neft məhsullarının dünya bazarlarında qiymət tərəddüdləri ilə bağlı olaraq, onların xarici satışından əldə olunan gəlirlər 1,5-3 milyard ABŞ dolları təşkil edir [41, 42, 44]. Göründüyü kimi, bu emal zavodları (buraya qaz emalı zavudu da daxil edilir) ARDNŞ-in ÜDM-dəki sanbalının əsas gəlir mənbəyini təşki edir. Bu baxından da milli neft-qaz sektorunun tərkib hissəsi olaraq həmin müəssisələrin ölkədiki iqtisadi artıma təsi effekti olduqca yüksək qiymətləndirilməlidir.

ARDNŞ-in tərkibində dünya neft sənayesində ikinci (birinci ABŞ) dəniz neft armadası - 260-a qədər gəmi ilə təmsil olunan Xəzər Dəniz Neft Donanmasının da iqtisadi əhəmiyyəti böyükdür. Bu dоnanma Xəzərin kоntinental şelfindəki neft-qaz hasilatı оbyektlərinə nəqliyyat-texnоlоji və daşınma xidmətləri göstərir, sualtı-texniki, dalğıc qəza-xilasetmə və digər işləri yerinə yetirir, həmçinin gəmilərin təmirini və neft avadanlığı üçün ehtiyat hissələri və detalların istehsalını həyata keçirir. Bununla belə donanmanın gəmiləri Xəzərin İran, Türkmənistan, Qazaxıstan və Rusiya sektorlarında müxtəlif sifarişləri yerinə yetirir, dünya okeanı sularında hərəkət etməklə çoxsaylı xarici ölkələrdə bir sıra anoloji xidmətlər reallaşdırır, həm ARDNŞ-ə və həm də bütövlükdə dövlət büdcəsinə zəruri valiyuta daxil olmalarını təmin edi, ölkədəki iqtisadi artımı bu baxından stimullaşdırır [44].

ARDNŞ-in iri müəssisələrindən biri də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodudur. Zavod dərin dəniz özüllərinin layihələndirilməsi, hazırlanması, quraşdırılması, suya buraxılması, təyinat yerinə nəqli, «layihə nöqtəsinə» qoyulması, dayaqların bərkidilməsi və istismara buraxılması ilə məşğuldur. Burada tikinti üçün metalkonstruksiyalar (ferma tipli çatmalar, sütunlar, kranaltı tirlər, riqellər, sütunlararası birləşdiricilər, bunkerlər, körpü konstruksiyaları, ixtiyari ölçülü ikitavr və qutu şəkilli tirlər, siloslar), 200 metrədək dərinlik üçün stasionar dəniz özülləri, həcmi 105 min m3-dək olan rezervuar (çən) konstruksiyalar, istənilən həcmli tutumlar, 100 atm. təzyiqli neft və qaz seperatorları, 7018 və 6013 tipli qaynaq elektrodları, diametri 500 mm-dən 4500 mm-dək, qalınlığı 90 mm-dək olan metal borular və s. istehsal olunur. Zavodda 650 tonadək yük qaldıran tırtıllı və 90 tonadək yük qaldıran körpülü kranlardan, 90 mm-dək qalınlıqlı metal vərəqələri əyən vərdənələrdən (valslar), flyus qatı altında avtomatik qaynaq və yarımavtomat qaynaq xətlətindən, əllə qövs qaynağından, metal qırma ilə təmizləmə kamerasından, qumla təmizləmə aparatlarından, ultrasəs və maqnit tozu ilə nəzarət cihazlarından, metalın termiki üsulla kəsilməsi xətlərindən istifadə olunur [44]. Bütün bu məhsullar milli neft-qaz sektorunun iqtisadi potensialının artırılmasında özünə məxsus əhəmiyyəli rol oynayırlar.

Sivilizasiyanın müasir mərhələsində ekoloji prioritetlər bütün sahələrə nüfuz etməkdədir. Böyük ərazi tutumlu şirkətfdə də bu istiqamətdə genişmiqyaslı işlər aparılır, istiqamətləndirici və icraçı strukturlar yaradılır. Ekoloji sturukturlar pul formasında mənfəət əldə edilməsinə hesablanmasa da, onların ümümi sistem üzrə faydalılığı mühümdür. Ona görə də, ekoloji durumun yaxşılaşdırılması istiqamətində beynəlxalq standartlar və qüvvədə olan normalara cavab verən ekoloji işlərin, kompleks tədbirlərin həyata keçirilməsi, neft-qaz hasilatı və emalı prosesində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya çıxan problemlərin həlli, müəssisələrin fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və digər problemlərin aradan qaldırılması məqsədilə ölkə prezidentinin «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında» 14 sentyabr 2006-cı il tarixli fərmanına uyğun olaraq şirkətin nəzdində Ekologiya İdarəsi yaradılmışdır. Müəssisə və təşkilatlarda ətraf mühitin mühafizəsi işinin təşkili, ARDNŞ üzrə vahid ekoloji siyasətin formalaşdırılması, ekoloji proqramların hazırlanması və reallaşdırılması, torpaqların rekultivasiyası və çirkab sularının təmizlənməsi, bu sahələrə ayrılmış vəsaitlərdən maksimum səmərəli istifadə olunmasının təmininatı kimi məsələlər də Ekologiya İdarəsinin qarşısında duran prioritet vəzifələrdəndir [44, 46]. ARDNŞ-in Ekologiya İdarəsinin səmərəli fəaliyyəti milli neft-qaz sektorunun davamlı inkişafını təmin edən başlıca amillərdəndir. Bu idarənin daxili büdcə təyinatlı olmasına və gəlir bazasının məhdudluğuna baxmayaraq neft-qaz sektorunun özünün inkişafında əhəmiyyəti böyükdür. Belə ki, burada kı səmərəli fəaliyyət kənar effetktləri tədric edir və ARDNŞ-in reputasiyasına əlavə stimullar gətirir. Bu isə şirkətdə daxili istehsal stabilliyinin saxlanılmasında və inkişaf perspektivlində ciddi rol oynayır.

ARDNŞ-də daxili struktur təşkilatları ilə yanaşı onun təsisçiliyi ilə yaradılmış 35 birgə müəssisə, 6 alyans Azərbaycanda və dünyanın müxtəlif ölkələrində neft-qaz sənayesinin demək olar ki bütün sahələrində uğurla fəaliyyət göstərir. ARDNŞ Gürcüstan və Türkiyədə daha geniş aktivlərə malikdir. Belə ki, şirkətin Gürcüstandakı fəaliyyəti bu ölkənin neft məhsulları bazarının 50 faizini əhatə edir. Hazırda burada «SOCAR» brendi ilə 70-dən artıq yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və yaxın perspektivdə onların sayının 100-ə çatdırılması planlaşdırılır. Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevidə terminalında (Kulevi «Qara Dəniz Terminali» MMC) çalışmalar ARDNŞ tərəfindən həyata keçirir. Ölkədə fəaliyyət göstərən «SOCAR Georgia Petroleum» MMC azərbaycanlıların kompakt yaşadığı bölgələrdə iri həcmli sosial layihələr realaşdırır. Hazırda Gürcüstanın 30 regional qaz distribusiya şirkəti ARDNŞ-ə məxsus «SOCAR Georgia Gas» tərəfindən idarə olunur [44].

ARDNŞ-in Türkiyədəki fəaliyyəti də tutumludur. Belə ki, ölkənin neft-kimya məhsulları bazarının 25-30 faizinə nəzarət edən «Petkim Petrokimya Holding» AS - «Petkim» ARDNŞ-in idarəçiliyindədir. «Petkim»in təməli 1965-ci ildə Türkiyənin Yarımca şəhərində qoyulmuşdur və hazırda ona məxsus 11 zavodda 50 növdən çox neft-kimya xammalı hazırlanır. ARDNŞ «Petkim»in xammala, xüsüsən də naftaya olan tələbatının ödənilməsi, idxaldan asılılığının aradan qaldırılması məqsədi Türkiyənin İzmir şəhərində «Star» adlanan yeni neft emalı zavodu inşa etdirməkdədir. Zavodun illik emal gücü ildə 10 milyon ton neft təşkil edəcəkdir. Layihəyə 5,5 miliyard ABŞ dolları həcmində sərmayə qoyulacaq və zavodun inşası 2015-ci ildə başa çatacaqdır. Burada istehsal olunacaq məhsulların Türkiyə bazarı ilə bərabər Aralıq dənizi və Cənubi Avropa bazarlarına da ixrac edilməsi nəzərdə tutulur [44, 46] və istisna deyil ki, bu məhsullardan Azərbaycan bazarında da istifadə edilsin.

Bunlardan savayı, ARDNŞ Ukrayna və Rumuniyanın pərakəndə yanacaq satışı bazarlarına da daxil olmuşdur. Eyni zamanda şirkət Azərbaycan neftinin Ukrayna və qonşu ölkələrin bazarlarına çatdırılmasında əməli nəticələr əldə etmişdir [44].

ARDNŞ İtaliya, ABŞ, İsrail, Fransa, İndoneziya, İspaniya da daxil olmaqla 24 ölkəyə xam neft ixrac edir. Ümumiyyətlə isə Azərbaycandan dünyanın 33 ölkəsinə xam neft və neft məhsulları ixrac olunur[44].

ARDNŞ 10-dan çox ölkədə nümayəndəliklərə malikdir. Böyük Britaniya, Almaniya, Avstriya, Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Qazaxıstan, Ukrayna və İranda yaradılmış nümayəndəlikləri ARDNŞ-nin beynəlxalq fəaliyyətinin təşkilində mühüm rol oynayır [44]. ARDNŞ-in bu uğurlu xarici iqtisadi fəaliyyətinin nəticələrinin heç şübhəz ki, ölkədə iqtisadi artımın yüksəlməsində əlavə səmərəli maddi və maliyyə təsirləri yaradır.

ARDNŞ-də həm quru, həm də dəniz neft yataqlarının kəşfiyyatı, işlənməsi və abadlaşdırılması ilə bağlı bütün məsələləri həll etmək qabiliyyətinə malik yuksək ixtisaslı mühəndis, texnik və fəhlə kadrları vardır. Burada hazırda 60 min nəfərə yaxın, o cümlədən 50 nəfər elmlər doktoru elmi dərəcəsinə malik işçi və mütəxəssis çalışır [44]. Bu kütləvi ixtisaslı insan resurslarının ölkənin iqtisadi inkişafını irəliyə aparılmasında xidmətləri yüksəkdir. Onlar ARDNŞ bazasından olmaqla yanaşı, həm də əldə etikləri biçimli gəlirlər müqabilində ölkənin iqtisadi həyatında stimullaşdırıcı rol oynayır və iqtisadi artımın geniləndirilməsində əlahiddə iştirakçı kimi çıxış edirlər.

Milli neft-qaz sektorunda özəl pay bölgüsündə əsas fəaliyyətləri Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən həyata keçirilir. ABƏŞ 1994-cü ildə «Xəzərin Azərbaycan sektorunda neft yataqlarının müştərək işlədilməsi və istifadəyə verilməsi» haqqında ARDNŞ-in (10%-lik pay) və dünyanın bir neçə böyük neft şirkətləri ilə imzalanmış müqavilənin payçıları adından onun şərtlərini həyata keçirmək məqsədilə yaradılmış konsorsium formalı əməliyyat şirkətidir. Buraya 7 ölkəni - Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı təmsil edən 11 iri neft şirkəti daxildir. ABƏŞ Böyük Britaniyanın «Bitriş Ptrolium» neft şirkətinin (BP) operatorluğu ilə Azəri-Çıraq-Günəşli» (AÇG) və «Şahdəniz» yataqlarında istismarı, habelə ABƏŞ Bakı-Supsa, H.Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri (ƏİNX) və Bakı-Tibilisi Ərzurum - Cənubi Qafqaz Boru Kəməri (CQBK) transmilli kommunikasiya xətləri və digər infrastruktur obyektlərinində müvafiq idərəetməni həyata keçirir. Bundan başqa milli neft-qaz sektorunun özəl sahəsinə müştərək fəaliyyətdə - Az ŞenqLi Oyl/Pirsaat - (ARDNŞ-in ortaq şirkəti ONŞ-n payı 20%), Qobustan ƏŞ (ONŞ-n payı 20%), Salyan OYL ƏM (ONŞ-n payı 50%), Qarasu ƏŞ (ONŞ-n payı 15%), Binəqədi Oyl Kompani (iştirak payının bölünməsi haqqında məlumat yoxdur), Suraxanı ƏŞ (ONŞ-n payı 25%), Abşeron ƏŞ (ONŞ-n payı 25%) şirkətlərinin müqavilə zonasında olduqları yataqların istismari ilə əlaqədar obyektlər və digər bu kimi təsərrüfatlar da daxildir. Bütün bu potensial isə milli neft-qaz sektorunun tərkib hissəsi kimi ölkədə iqtisadi artım təmin olunmasının ən tutumlu hissəsini təşkil edir [7, 44, 48].

Xüsusi ilə qeyd edilməlidir ki, «Əsrin müqaviləsi» də daxil olmaqla Azərbaycan dünyanın 20-dən artıq ölkəsinin 30-dan çox şirkəti ilə neft və qaz yataqlarının birgə işlənməsinə dair 33 Hasilatın Pay Bölgüsü sazişi imzalamışdır. Bu sazişlər işərisində qlobal əhəmiyyətinə görə Xəzərin Azərbaycan sektorundakı AÇG və Şahdəniz yataqlarının istismarı və ƏİNX (illik buraxılılş gücü 50-60 milyon ton) və CQBK (illik buraxılılş gücü 30 milyard m3) daha mühüm önəm daşayır. Bunun nəticəsidir ki, hazırda quruda və Xəzərin Azərbaycan sektorunda yerləşən yataqlar üzrə aparılan neft-qaz əməliyyatlarına dünyanın 53 enerji şirkəti cəlb olunmuşdur.

Hazırda Azərbaycan nefti dünya bazarlarına üç istiqamətlə nəql olunur. Neftin nəqli üçün hər birinin ötürücülük gücü ildə 6 milyon ton təşkil edən 1997-ci ildə Rusiya istiqamətində Bakı-Novorossiysk (ilkin neftin dünya bazarına çıxarılması üçün), 1999-cu ildə isə Gürcüstan istiqamətində Bakı-Supsa neft boru kəmərləri istifadəyə verilmişdir. Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyası ƏİNX. Neftinin etibarlı və fasiləsiz nəqlini təmin edən bu kəmər beynəlxalq enerji təhlükəsizliyinin əsas elementlərindən biri kimi Avrasiya regionunda ən iri və unikal mühəndis qurğularından hesab olunur. Hazırda bu kəmər vasitəsi ilə Azərbaycan neftindən başqa sutkada 40-50 min barel həcmində Türkmənistan nefti də nəql olunur. İstismara verildiyi dövrdən başlayaraq ƏİNX ilə 181,3 milyon ton neft, CQBK ilə 19,7 milyard m3 qaz ixrac edilmişdir [44].

Ölkəmiz xaricinə çıxacaq diversifikasiya olunmuş qaz kəmərlərinə də malikdir. Konkret Azərbaycan qazı dörd istiqamətdə dünya bazarlarına çıxarılır. Bu kəmərlə sırasına başlıca olaraq müasir zamanda inşa edilmiş CQBK və əvvələr mövcud olmuş simal, cənub və qərb istiqamətlərinə yönəlmiş magistral xəttlər daxildir. Ölkənin qaz ehtiyatları 2,6 trilyon m3 hesablanır. 2004-2011-ci illər ərzində respublikada qaz hasilatı 5,2 dəfə artırılaraq 5 milyard kubmetrdən 26 milyard m3-əçatdırılmışdır. Qaz həcmləri 2015-ci ilə kimi 35 milyard m3-dən çox, 2020-2025-ci illərə qədər isə hər il 50-55 milyard m3 olacağı proqnozlaşdırılır [44].

Qeyd olunmalıdır Azərbaycan qaz sənayesinin flaqmanı rolunda Şahdəniz yatağı çıxış edir. Şahdəniz dünyanın dəniz akvatoriyalarında işlənilən ən iri qaz-kondensat yataqlarından biridir. Burada sübut olunmuş ehtiyatlar 1,2 trilyon m3 qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. 2006-cı ildə Şahdəniz layihəsinin birinci mərhələsi çərçivəsində qaz hasil edilmişdir. Ötən il yataqdan təxminən 6,7 milyard m3 qaz çıxarılmışdır. İndi Azərbaycan özü heç bir kənar stimullar olmadan dəniz akvatoriyasında miqyaslı istismar işləri aparır. Buna misal olaraq Umid qaz-kondensat yatağını göstərmək olar. Bu yatağı Azərbaycan neftçiləri aşkarlamış və terminoloji ifadədə ARDNŞ burada həm investordur və həm də operator funksiyasını yerinə yetirir. İlkin hesablamalara görə, yatağın çıxarıla bilən ehtiyatları 200 milyard m3 qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Burada alınan nəticələr eyni zamanda Xəzərin Azərbaycan sektorunda məhsuldarlıq perspektivlərini yüksəltmiş, yeni lay və yataqların açılması ehtimalını artırmışdır. Belə ki, artıq Umid yatağı ilə bərabər, potensialı ondan iki dəfə çox olan Babək yatağının da (400 milyard m3 qaz, 80 milyon ton kondensat) ARDNŞ tərəfində müstəqil istismar edəcəyi reallığa çevrilməkdədir [41, 42, 44]. Bundan başqa Xəzərin Azərbaycan sektorunda Abşeron blokunda iri qaz yatağının kəşf edilməsi də ölkənin qaz potensialının artırılmasında mühüm əhəmiyyət daşayır və yeni geosiyasi öhdəliklərin yaranışına rəvac verir. Burada qazma dərənili 7 min metrdən çoxdur. İlkin hesablamalarıa görə, Abşeron yatağında 350 milyard m3 qaz və 45 milyon ton kondensat həcmində karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir. Yatağdan miqyaslı məhsul alınması 2022-2025-ci illər üzrə proqnozlaşdırılır. Hazırda «bp Azərbaycan» şirkəti ilə «Kaspian Geofizikal» Müştərək Müəssisəsi tərəfindən «Şəfəq-Asiman» (proqnoz ehtiyatlar 500 milyard m3 qaz və 65 milyon ton kondensat) və Almaniyanın RWE şirkəti ilə «Naxçıvan» (proqnoz ehtiyatlar 300 milyard m3 qaz və 40 milyon ton kondensat) perspektiv strukturlarında birgə geoloji-kəşfiyyatı işləri apırlmaqdadır [44]. Bundan başqa AÇG-nin yataqının qaz ehtiyatları da 300 milyard m3 həcmində dəyərləndirilir. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətinin artmasının əyanı göstəriciləridir.

 

Ötən il Avropa İttifaqı () ilə Azərbaycan arasında çox mühüm sənəd - «Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə» imzalanmışdır. «Cənub dəhlizi» layihəsi Aİ üçün prioritet enerji layihələrindən biridir. Bu layihə «Nabukko» (illik keçiriciliyi 31 milyard m3) qaz kəməri, Transadriatik qaz kəməri (TAP), «Bəyaz axın» (White Stream), Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri (ITGI) «Şahdəniz» layihəsinin ikinci mərhələsinin işlənməsi üçün əsas təməldir. Eyni zamanda qeyd olunmalıdır ki, 2011-ci ilin 12 senytabrında Brüsseldə keçirilən toplantıda Aİ Azərbaycan və Türkmənistanla Avropaya yeni qaz ehtiyatları çatdırmaq üçün nəzərdə tutullmuş Cənub Dəhlizində əsas layihəsi kimi çıxış edən «Trans-Xəzər qaz kəməri» tikintisi ilə bağlı danışıqlara başlanmasına qərarı veriilmişdir. Digər tərəfdən Azərbaycan, Gürcüstan və Rumuniya arasında (Azerbaijan-Georgia-Romania Interconnector - AGRİ) layihəsi üzrə «Qaz tədarükü sahəsində əməkdaşlıq haqqında» memorandumun imzalanması da Avropaya qaz tədarükü istiqamətində yeni imkanlar yaradır [44, 46]. Bu layihə Azərbaycan qazının boru vasitəsi ilə Qara dəniz sahillərinə - Kuleviyə nəqlini, orada xüsusi terminalda mayeləşdirilərək (LNG), tankerlərlə Rumıniyanın Konstansa limanına çatdırılmasını, sonra isə yenidən təbii qaz şəklində salınaraq ötürülməsini nəzərdə tutur. Bütün bu layıhələrin həyata keçirilməsi ilə Azərbaycanın Avropa enerji məkanında generasiya imkanları daha fərqli məcraya yönələcəkdir. Bununla belə, Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Aİ ölkələrinə tədarük olunması istiqamətində digər əlverişli variantları da araşdırılır. Respublikamız həmçinin Aİ və digər regionlarla yeni, birbaşa enerji və nəqliyyat əlaqələri yaradan müasir İpək Yolunu - Cənub enerji dəhlizi strategiyasını dəstəkləyir. Hesab olunur ki, bu strategiya çərçivəsində yeni qaz təchizatı dəhlizinin açılmasını Avropa qaz bazarının sabitliyinə mühüm təsir göstərəcəkdir.

Aşagıdakı Azərbaycanda 1995-2015-ci illərdə neft-qaz hasilatı və proqnozunu əks etdirən cədvəl verilmişdir:

Cədvəl 1

Azərbaycanda 1988-2015-ci illərdə neft-qaz hasilatı və proqnozu

 

İllər

Neft hasilatı (mln. ton)

Qaz hasilatı (mln m3)

İllər

Neft hasilatı (mln. ton)

Qaz hasilatı (mln m3)

1988

11 200

11 826

2002

14 755

5 837

1989

10 723

11 112

2003

15 378

5 168

1990

9 927

9 626

2004

15 549

5 006

1991

9 749

8 621

2005

22 214

5 818

1992

9 409

7 872

2006

32 268

9 045

1993

9 483

6 805

2007

41 658

16 965

1994

9 563

6 379

2008

44 527

23 405

1995

9 161

6 644

2009

50 419

23 745

1996

9 100

6 305

2010

50 789

26 346

1997

9 622

5 964

2011

45 635

25 753

1998

11 422

5 590

2012

45 450

28 280

1999

13 807

5 997

2013

50 000

30 000

2000

14 116

6 286

2014

52 000

32 000

2001

14 612

5 535

2015

55 000

35 000

 

Mənbə: http://www.socar.az, http://www.azstat.org məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.

 

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektoru məkanca vahid bir iqtisadi orqanizm olsa da, biznes xüsusiyyətləri baxımdan fərqli sferalara mənsubdur. Bu mənsubluq özünü neft-qaz gəlirləri bölgüsündə daha bariz formada nümayiş etdirir. Belə ki, ARDNŞ-in sərəncamındakı obyektlərdən əldə edilən neft-qaz gəlirləri şirkətə daxil olmaqla buradan müxtəlif vergilər şəklində dövlət büdcəsinə yönəlir. Özəl şirkətlərin isə əldə etdikləri gəlirlərdən renta formasında məfəət və digər vergilər Azərbaycan Respublikasının Dövlət Neft Fondunda (ARDNF) akkumlyasiya olunur. Konkret olaraq ARDNF-in daxilolmalarını neft-qaz sazişləri üzrə əsas gəlirlər - dövlətin payına düşən mənfəət nefti, bonuslar, akrhesabı ödənişlər, tranzit tarifləri üzrə ödənişlər, icarə ödənişləri və s. təşkil edir. Ona görə də, tədqiqat predmetimiz - Azərbaycanda neft-qaz sektorunun inkişafinın iqtisadi artıma təsirinin təhlili və bununla bağlı müvafiq qiymətləndirməyə məhz bu konteksdən yanaşılmalıdır.

 

4.Milli neft strategiyası və onun sosial-iqtisadi hədəfləri

Azərbaycanda çox uğurlu milli neft strategiyası həyata keçirilir. Bu ulu öndər Heydər Əliyevin müəllifi olduğu, müasir dünya enerji təhlükəsizliyi sistemində çox mühüm əhəmiyyət daşıyan «Əsrin müqaviləsi»ndən başlayır. Bu müqaviləyə aparan yol, şərait və şərtlər və onun imzalanması ilə əlaqəli tarix yaddaşlarda möhkəm iz qoymuşdur. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, bütövlükdə mənsub olduğumuz coğrafiyada mürəkkəb geosiyasi vəziyyət mövcud idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana çox riskli dövlət kimi baxılırdı. Elə bu və digər baxımdan da Xəzərin Azərbaycan sektoruna mənsub yataqların işlənməsi üzrə iri kapitalqoyluşlu müqavilələrin bağlanılmasına ehtiyatlı yanaşmalar mövcud idi. Lakin milli lider Heydər Əliyevin qətiyyəti, apardığı uğurlu neft diplomatiyası əsasında 20 sentyabr 1994-cü ildə «Azəri-Çıraq-Günəşli» yatağının dünyanın aparıcı dövlətlərinin, qlobal neft şirkətlərinin birgə işlənməsi əsasında bu möhtəşəm saziş imzalandı və o, iyirminci yüzilliyin tarixi müqavilələri sırasında öncül yer tutdu. «Әsrin müqavilәsi» neft sәnayemizin yeni mәrһәləsinin lokomotivi olaraq ardınca çoxsaylı müqavilәlәri çәkib gətirmiş, respublikaya һeyrәt doğuracaq sәviyyәdә investisiya axınını tәmin etmişdir. Bununla əlaqədar neft sәnayesinin inkişafını sürətləndirmək üçün mühüm infarstruktur yaranışları və dəyişiklikləri aparılmışdır. Konkret olaraq, «Azәri Layt» markalı yüksәk dәyәrli Azәrbaycan neftinin dünya bazarlarına çıxışı üçün ilk loqistik layihələr həyata keçirilmiş, daxili (Sәngәçal, Dübәndi) və xarici (Novorosiysk - Rusiya vә Supsa - Gürçüstan) neft terminalları yenidәn qurulmuş, Bakı-Supsa, Bakı-Novorasiysk neft kəmərləri işə salınmışdır. Bu ərəfədə neft tariximizdә daһa bir әlamәtdar һadisә isə, 1999-cu ilin noyabr ayının 18-dә İstambulda «Çırağan» sarayında «Ankara bәyannamәsi»nә uyğun olaraq Bakı-Ceyһan marşrutu üzrə «Xam neftin Azәrbaycan, Gürcüstan vә Türkiyə әrazisi ilә nәql edilmәsinә dair saziş»in imzalanması olmuşdur. Bunlarla yanaşı neft strategiyasının reallaşması istiqamətində ölkədə digər iri miqyaslı layihələr də həyata keçirilmişdir. Belə ki, Xəzərin ən dərin qatlarını fəth edən modernləşdirilmiş «İstiqlal», «Dədə Qorqud», «Qurtuluş» və «Lider» adlı üzən dərin qazma qurğuları istismara verilmiş, Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa olunmuş, ARDNŞ-in strukturu yeni mobil düzümdə formalaşdırılmış və sosial-iqtisadi inkişafa əlavə stimullar verən yüksək investisiya təminatlı müvafiq milli neft fondu - ARDNF təsis edilmişdir [2, 7, 10, 11, 38] Bütün bunlar «Əsrin müqaviləsi» və şonrakı neft konratklarının reallaşması ilə bağlı milli neft strategiyasına çevrilən neft siyasətinin məqsəd və vəzifələrinin özəyini təşkil etmişdir. Göründüyü kimi bu strategiya formalaşdırılarkən yalnız lokal məzmunda deyil, həm də regional və qlobal miqyasları hədəfə almışdır. Bu baxımdan da milli neft strategiyası yaxın və orta müddətdə inkişafın konturlarını dörd aspektə - siyasi, iqtisadi, sosial və texniki kontekstə cizgiləndirilmişdir.

Siyasi kontekst dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təminatı və neft diplomatiyası ilə beynəlxalq inteqrasiyanın dərinləşdirlməsini ehtiva etmişdir. İqtisadi kontekst başlıca olaraq planlı iqtisadiyyatdan liberal iqtisadiya keçid və iqtisadi təhlükəsizlyin təminatlığını və bu bazada bütün sferalarda milli təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmişdir. Sosial konteks isə milli rifah, elm-təhsil, səhiyyə və digər humanitar sferalda hərtərəfli inkişafa istiqamət almışdır. Nəhayət Texniki kontekst YEK-da infrasruktur yenidənqurmasını, neft-qaz resurslarının beynəlxalq bazarlara çıxışında loqistik alternativləri, donanma, dəmir yolu və digər nəqliyyat kommunikasiyalarını müasir texnoloji sistemdə qurulması ilə milli enerji təhlükəzyliyinin tam bərqərar olmasını əhatəsinə almışdır. Bu hədəflər hamılıqla vəhdət təşkil edir və onların reallaşması müəyyən detallar istisna olmaqla əsasən ötən əsrdə başa çatmışdır.

Neftin yaşadığımız coğrafiyadakı uzun müddətli ənənədə hasilatı, onun həm də metal dəyərlərdə ideoloji genotipin formalaşmasına rəvac vermişdir. Sənayeləşmə epoxasından başlayaraq isə neft davamlı olaraq milli təsərrüfat ukladında fundomental qaynaq amillərindən biri kimi çıxış etmişdir. O, bu gün də ölkəmizin qüdrətləndirilməsi prosesində başlıca iqtisadi generasiya mənbələrindən biri olaraq qalır. İnkişaf prosesləri, yeni qlobal reallıqlar milli neft strategiyasının məzmun və ahəngində yeni korreksiyaların aparılmasını qaçılmaz edir.

Hazırkı mərhələdə milli neft strategiyasının reallaşması prezident İlham Əliyevin fəaliyyəti ilə irəlləyiş tapmışdır. Yeni mərhələ (2003-2011-ci illər) axtarış-kəşfiyyat və qazma işlərinin nəticələri əsasında ölkənin neft-qaz ehtiyatlarının artması, növbəti beynəlxalq neft kontraktlarının bağlanılması, ARDNŞ-in şaquli inteqrasiya formatlı qlobal bir şirkətə çevrilməsi, ölkə xaricində biznes layihələrnin həyata keçirilməsi, investisiya qoyuluşlarının yüksəldilməsi, YEK-in infrastruktur modernizasiyasının sürətləndirilməsi, Azərbaycanın qaz ixraçatçısı satusu qazanması və rifahı artıran daha geniş iqtisadi və sosial effektlərlə müşaiyət olunmuşdur. Konkret olaraq aparılan kəşfiyyat və qazma işləri «Əsrin müqaviləsi»ni üzrə kontrakt zonasında ehtiyatların (ilkin ehtiyatlar 511 milyon ton hesablanırdı) orta hesabla iki dəfə artmışdır. İndi burada ehtiyatlar 1,2 milyard tondan da artıq dəyərləndirilir. Hazırda AÇG yatağı hasilat həcminə görə dünyada üçüncü yeri tutur. Bu yataqlardakı gündəlik hasilat 900 min barreldir. Bu isə onu göstərir ki, Azərbaycan iqtisadiyyatı «Əsrin müqaviləsi»ndən öncə olduğu proqnozdan fərqli olaraq daha yüksək mənfəət əldə edəcəkdir. Hesablamalara görə, «Əsrin müqaviləsi» üzrə yataqların 30 illik istismarı dövründə respublikamız 200 milyard ABŞ dolları həcmində mənfəət alacaqdır. Bununla belə, qeyd olunmalıdır ki, bu hasilat zonasında neftin 20%-dən çoxu artıq çıxarılmışdır kı, bunun da təxminən 125 milyonu Azərbaycanın mənfəət neftidir. Ümumilikdə, bütün tarix dövr ərzində «AÇQ» yatağından ARDNF-in hesabına 20 milyard ABŞ dollarından çox pul vəsaiti daxil olmuşdur [45].

Azərbaycan elektrik enerjisi sistemi də gücləndirilərək 6250 MVt-yə yüksəldilmişdir. Hazırda (2010) Azərbaycanda enerji istehsalı 18,7 milyard kvts təşkil edir. Bunun 82-87%-ə qədəri İES-lərdə (13 sayda) və qalan hissəsi SES-lərdə (7 sayda) istehsal olunur. Bu sıraya 2011-ci ildən başlayaraq 5 MVt gücündə alternativ enerji (Qobustan rayonunda hibrid tipli günəş-külək elektrik stansiyası) sistemi də qosulmuşdur. Qeyd olunmalıdır ki son beş il ərzində Azərbaycanda 11 elektrik stansiyası tikilmişdir ki, onlardan doqquzu istilik elektrik, ikisi su elektrik stansiyasıdır. Həmin stansiyaların fəaliyyətə başlaması nəticəsində ölkənin enerji sisteminə 1500 meqavat elektrik enerjisi daxil edilmişdir. Növbəti iki il ərzində Azərbaycanda istifadəyə veriləcək yeni stansiyaların hesabına əlavə 500-600 MVt elektrik enerjisi əldə oluacaqdır [43].

Bununla belə, həm də qeyd olunmalıdır ki, respublikamız Ermənistan istisna olmaqla elektrik enerjisini də bütün regional dövlətlərlə ötürmə üzrə təminatlı infrastruktur imkanlarına malikdir. Pozitivlər əks etdirir ki, Azərbaycan artıq bir neçə ildir ki, ixrac saldosu onun xeyrinə olmaqla Türkiyə, Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadilə edirr. Bütün bunları ölkə iqtisadiyyatını mövcud və orta perspektivdəki tələbləri ilə uzlaşdırdıqda Azərbaycanda enerji təhlükəsizliyinin tam şəkildə təmin edildiyini bir daha yəqin etmiş olarıq.

Mövcud reallıqlar onu göstərir ki, respublikamız artıq uzun müddətdir ki, digər tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında aktiv iştirak edir və onun bu istiqamətdəkı rolu hər il artırır. Bütün bunlar bir da o görə dəyərləndirilir ki, respublikada elektrik enerjisinin istehsalında neft-qaz sektoru əməmiyyətli rol oynayır və ölkədə elektrik enerjisi istehsalının orta hesabla 80%-i bu sektor hesabına qaynaqlanır. Natural ölçündə bu son 3 ilin yekununa görə faktiki olaraq hər il orta hesabla 5 milyon ton şərti yanacaq təşkil etmişdir [43].

Statistikaya nəzər saldıqda bir daha aydın olur ki, «Əsrin müqaviləsi» imzalanandan sonra - 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 100 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur. Bu sərmayələrin 42 milyardı neft-qaz sektoruna qoyulan sərmayədir ki, onların da mütləq əksəriyyətini birbaşa xarici investisiyalar təşkil edir. Bunun nəticəsi olaraq həmin dövr ərzində yoxsulluq səviyyəsi 49%-dən 7,6%-ə enmişdur. Əsrin əvvəllərində büdcə xərcləri 1 milyard civarında olmuşdursa, 2012-ci ildə bu rəqəm 22 milyard ABŞ dollarına çatmışdır. Ölkənin valyuta ehtiyatları da artaraq 40 milyard ABŞ dollarını üstələmişdir [1, 9.].

Bu gerçəkləiklərin arxasında işə neft-qaz sektorunun, bütövlükdə YEK-in inkişafi dayanaır və bu inkişaf iqtisadi artımı davamlı olaraq simullaşdır. Ona görə də xüsusi olaraq vurgulanmalıdır ki, milli neft strategiyası yalnız sahəvi təyinatlı deyildir. O, bütün iqtisadiyyatı, dövlət maliyyəsini, hamılıqla milli təhlükəsizliyin struktur komponentlərini eyni orbitdə birləşdirən funksional bir idarəetmə sistemidir. Bu reallaıq qəti olaraq onu əks etdirir ki, neft-qaz kompleksində aparılan islahatlar iqtisadi və dövlət idarəetməsi sahəsində aparılan islahatlarla üzvü bağlılıqdadır.

Aparılan təhlil və qiymətləndirmələr, eyni zamanda yeni strateji təsısatlandırmalar və geopolitik öhdəliklər üzrə qəbul edilən sənədlər çevrəsi, sahəvi normativ-hüquqi bazanın genişləndirilməsi, YEK və sosial-iqtisadi inkişafla bağlı çoxsaylı dövlət proqramların reallaşdırılması istiqamətində görülən işlər tamılıqla əsas verir ki, milli neft strategiyasının yaxın 10 il üçün növbəti hədəfləri sırasında ARDNŞ-in transmilli şirkət kimi dünya neft biznesində fəal iştirakının və xaricdə uzunmüddətli strateji konssesiyaların əldə etməsinin təminatı, Avropa və dünya bazarlarında dayanaqlı tutum əldə edilməsi ilə qaz nəqlinin maksimallaşdırılması, ixrac potensiallı yeni neft-qaz emal sənayesi və müvafiq kimya kompleksinin qurulması, istehsal, nəqliyyat-kommunikasiya, həmçinin sosial infasturukturun təkmilləşdirilməsi, innovasiyyalı iqtisadiyyata və innovativ humanitar sferaya keçid və s. bu kimi hədəflər yer alır.

Bununla belə, özünün qüdrətli resurs bazasına əsaslanaraq neft strategiyası bir neçə onillik ərzində milli təhlükəsizlik və onun əsas tərkib hissələri - iqtisadi, enerji, nəqliyyat-kommunukasiyon, humanitar və s. təhlükəsizlik komponentlərini də möhkəmləndirilməsində və sosial-iqtisadi tərəqqinin davamlılığının təminatında başlıca strateji planlaşdırma mənbəyi olaraq qalacaqdır.

 

5.Neft qaz-sektorunun markroekonomik göstəricilər sistemi və onuniqtisadi artima təsirinin qiymətləndirilməsi

Neft qaz-sektorunun markroekonomik çevrədə əhəmiyyəti bu sektorun ÜDM-in strukturunda, dövlət büdçəninin gəlirlərində və xarici ticarət dövriyyəsindəki pay nisbəti ilə ölçülür. Həmin pay bölgüsünün ölkə iqtisadiyyatında optimal korelyasiyası inkişaf üçün mühüm sayır. Əks halda belə vəziyyət müdhiş «Holland sindromu» adlanan iqtisadi fenomenlə müşaiyət oluna bilər. Hekşer-Olinin nəzəriyyəsinə əsaslanan bu iqtisadi fenomen praktik müstəvidə böyük neft industriyası yaratmış bir sıra ölkələrdə (Norveç, İngiltərə, Meksika və s) müxtəlif səviyyədə və müxtəlif illərdə özünü biruzə vermişdir. Hadisənin özəyində 1960-1970-ci illərində Şimal dənizində Niderland dövlətinin təbii qazın hasilatı ilə bağlı həyata keçirdiyi iqtisadi strategiyanın acı nəticələri dayanır. Belə ki, ölkədə təbii qaz bolluğu yeni iqtisadi situasiya yaradaraq onun geniş ixracına rəvac vermiş, nəticədə ölkə büdcəsi və iqtisadiyyatı əsaslı dərəcədə təbii qaz kapitalının inhisarına keçmişdir. Yerdəyişməyə məruz qalmış gəlir artımı nəticəsində ənənəvi ixracat yönümlü emal sənayesi sahələrində istehsalın məhdudlaşması və ölkədə çatışmayan əmtəələrin idxalının yüksəlişi baş vermişdir. Xarici bazarlardan aslılıq şəraitində dəyişən qiymət meylləri isə ölkəni çətin staqnasiya vəziyyətinə salmış, əhalinin sosial vəziyyətini çətinləşdirərək gəlirlərinin aşağı düşməsi ilə müşaiyət olunmuşdur [13, 20, 28, 39]. Bütün bunlarla yanaşı vurğulanmalıdır ki, xammal ixracı heç də qorxulu məqam deyildir. Bu model də ölkə iqtisadiyyatının yüksəlişinə səbəb olur və ona təmamilə heç də pis baxılmamalıdır. Bir çox inkişaf etmiş ölkələr Kanada, Böyük Britaniya, Norveç və digərlərinin iqtisadiyyatlarında xammal ixracı əhəmiyyətli çəkiyə malikdir [17, 18, 49, 51]. Ona görə də, bu strategiyada başlıca prinsip ondan ibarətdir ki, belə vəziyyətdən sui-istifadə edilməsinə yol verilməsin. Həm də nəzərdən qaçırılmasın ki, bu sindrom avtarkiyalı iqtisadiyyatların məhsulu deyil. Onun qaynaqlandıran ticari inteqrasiya sistemidir. Bundan irəli gələrək daha acı perspektivləri hədəf götürən neft istehslçısı ölkələr vəziyyətdən çıxış üçün müvafiq Mineral Xammal Fondları yaradır və neft gəlirrləri üzrə spekulyativ əməliyyatlar realaşdırırlar. Bü gün Azərbaycanda həyata keçrilən biçimli neft strategiyası ilə ölkəmizdə bu sindromun yaşanması amilini təmamilə nəzarətə götürmüşdür. Bu nəzarətin əsasında isə dövlət büdcəsində optimal təsbit edilən neftin ixrac satış qiyməti, ARDNF təsisatlandırması və digər makro iqtisadi mexanizmlər dayanır [21, 25, 37, 45].

Neft-qaz sektorunun ÜDM-in strukturundakı payı bu sahədə ən mühüm markroekonomik göstərici olaraq çıxış edir. Neft-qaz istehsalçıları olan inkişaf etmiş ölkələrdə neft qaz-sektorunun ÜDM-in strukturundakı payı 20-30%-dən çox olur. Ümumən isə neft-qaz sənayesi ənənəviləşmiş belə ölkələr üçün müvafiq standartın 20-25% olması optimal hesab edilir. Burada həmçinin ÜDM-in adambaşına düşən həcminin 20-25$ mindən yuxarı olması da şərtlidir. Azərbaycan bu göstəricilər hazırda 48,5% və 6008$ təşkil edir [27, 29, 44].

Statistika əsasən 2010-cu ildə qeyri-neft sektorunun artım templəri 7,9% olmaqla neft-qaz sektorunun artım templərini bir neçə bənd üstələmişdir. Lakin nəzərə alındada kı, neft-qaz-sektorunun həcm tutumu olduqca miqyaslı və rəqabətədavamlıdır, onda bu atrım templərini o qədər də qənaətbəxş hesab etmək olmaz. Nəzəri hesablamalara görə buradakı artım defelyatorun yaxın 20 il üçün hər il 2-3 olması təminatı daha əsaslı nəticələrə gətirb çıxaracaqdır [23, 31].

Aşağıda Azərbaycan Respublikasında 2004-2010-cu illərdə neft-qaz-sektorunun əsas makroiqtisadi göstəricilər sistemində yerini müəyyən edən cədvəl əksini tapmışdır:

Cədvəl 2

Azərbaycan Respublikasında neft-qaz-sektorunun

əsas makroiqtisadi göstəriciləri (2004-2010)

Göstəricilər

Ölçü

vahidi

2004

2006

2008

2010

ÜDM bazar qiymətləri ilə

milyon

manat

8529,9

18746,2

32665,2

41574,7

Real artım tempi

%

110,1

134,5

120,5

105,0

Neft-qaz sektoru, ÜDM, əsas qiymətlərlə

milyon

manat

2672,4

10091,7

18673,0

20165,0

Real artım tempi

%

103,0

163,2

128,9

101,8

Neft-qaz sektorunun ÜDM-də payı

%

31,3

53,8

57,2

48,5

Bütün sənaye

%

38,3

57,2

60,2

52,6

 

Mənbə: http://www.socar.az, http://www.azstat.org məlumatları əsasında müəllif tərəfindən

işlənmişdir.

 

Cədvəl 2-dən göründüyü kimi, respublikada neft-qaz hasilatının 2004-2010-cu illərdəki artımı neft-qaz-sektorunun ÜDM-dəki mövqeyinin möhkəmlənməsi ilə müşaiyət olunmuşdur. Cədvəl 2-dən həm də, neft-qaz-sektorunun respublikanın bütün sənayə sahəsində ki payının yüksək olduğu da görünür. Başqa sözlə neft-qaz-sektoru potensialına görə bütün ölkə sənaye kompleksinin 90%-dən çoxuna bərabərdir. Buna görə də, qeyri-neft sektorunun inkişafı etdirilməsində sənaye kompleksinin pay artımınada da xüsusi diqqət yetrilməli, aparılan sənaye siyasətinin diversifikasiya genişliyi təmin olunmalıdır.

Azərbaycan son 7-8 ildə ÜDM-in artım tempinə görə dünya ölkələri arasında liderlər sırasında olmuşdur. Son 15 il ərzində 14%-lik orta illik artım sürəti ölkə iqtisadiyyatı ümumilikdə 5,7 dəfə artmışdır. Bu artım heş şübhəsiz ki, 1995-ci ildən dəniz neft-qaz yataqlarına yönələn investisiyalar, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işası, dünya neft-qaz bazarında dinamik qiymət meylləri ilə və bundan irəli gələrək neft-qaz sektorunun özünün natural ifadədə 4,9 dəfə yüksəlməsi hesabına da baş vermişdir. Həmin bu artım diapozonunu son 15 ildə karbohidrogen məhsulun dünya bazarındakı qiymət yüksəlişləri ilə mütanasibləşdirdikdə görərik ki, ümumilikdə neft-qaz sektorunun potensialı bu dövrdə 10-12 dəfədən çox artmışdır. Müvafiq dövr ərzində qeyri-neft sektorunda illik artım 9% təşkil etmişdir və ötən müddətdə 2,8 dəfə yüksəliş baş vermişdir. [9, 35].

Bütün istehlak indeksləlrini əsasən qorunub saxlanıldığı müvafiq dövr ərzində ÜDM ilə neft-qaz sektoru və qeyri-neft sektoru arasında satatistik xətti əlaqə - korrelyasiya nisbətlərini əmsal ifadədə qiymətləndirmək olar [19, 32].

Bu hesablamanı aparmaq üçün nəzəri məntiqlərə söykənən korrelyasiya əlaqələndirməli düsturu təyin etmək olar:

 

R = Ks/Ko

 

Burada                  R - korrelyasiya əmsalı (R1 - neft-qaz sektoru, R2 - qeyri-neft

       sektoru);

Ks - korrelyasiya subyekti (Ks1 - neft-qaz sektoru, Ks2 - qeyri-neft

        sektoru);

Ko - korrelyasiya obyekti (UDM artımı).

 

Təqdimatda korrelyasiya əmsalının vahiddən böyük olması korrelyasiya subyektinin dominanat mövqedə dayandığını ifadə edir. Əks halda isə korelyasiya obyektinin yalnız həmin subyektdən deyil digərlərindən də asılı olduğu təsbit olunur. Bu düsturdan istifadə etməklə bizim variantda Azərbaycan Respublikası 1995-2010-cu illər (15 il) üzrə ÜDM ilə neft-qaz sektoru və qeyri-neft sektoru arasında korrelyasiya nisbətləri müəyyən mümkündür:

 

Göstəricilər:         Neft-qaz sektorunda artım       1100%;

Qeyri-neft sektorunda artım     280%;

UDM artımı                                     570%;

 

Neft-qaz sektoru üçün hesablandıqda;

 

R1 = Ko/Ks1=1100/570 = 1,93;

 

Qeyri-neft sektoru üçün hesablandılqda;

 

R2 = Ko/Ks2=280/570 = 0,49;

 

Korrelyasiya əmsalların üzrə aparılan hesablamalardan görünür ki, son 15 il ərzində neft-qaz sektorunda baş verən artım aparıcı xarakterdə olmuş və ümumilikdə respublika üzrə ÜDM-in inkişafında başlıca rol oynamışdır. Bu əsaslandırmanın qeyri-neft sektorunun müvafiq korelyasiya əmsalının vahidən kiçik olması bir daha subut edir. Digər tərəfdən realıq belədir ki, neft-qaz sektorunun artım tempinin qeyri neft sektoruna korelyasiyasiyasında da dominatlıq neft-qaz sektoruna məxsusdur.

Retrospektiv baxımdan bütün bunlar ötən müddət ərzində milli neft-qaz sektorunun iqtisdi artımdakı apaıcı rolunu bir daha göstərir. Əlbətdə aparılan bu statistik medodla hesablamalar dəyişənlərin riyazi aslılığını təcəssüm etdirir. Lakin bir mənalı olaraq realılıq belədir ki, bu gün ölkə iqtisadiyyatı əsasən neft-qaz sektorunun vektorial xətti üzərində irəliləyir. Ona görə də, ÜDM və neft-qaz sektoru korelyasiyası ciddi qəbul edilməlidir. Bu çevrədsə də perspektivlik baxımından yaxın 3-4 il üçün müvafiq hesablamalar aparıla bilər. Hesablamaların daha uzun müddətləri əhatə etməsi planında aparılmaması bir sıra artım göstəriciləri ilə bağlı qəti təyinanatlarıən olmaması ilə əlaqələndirilir. Belə ki, 2012-2015-ci illər üzrə respublikada iqtisadi artımın orta illik tempi 5-7% götürülərsə onada 2015-ci ildə UDM artımı orta göstərici də 53,5 milyard manat cüvarında (proqnoz 2012-ci il 43,5 milyarda manat), yəni 2012-ci il nisbətdə 23% çox olacaqdır. Neft-qaz sektorunda artım isə (orta dünya inkişaf neft-qaz qiymətlərində) təxmini hesablamalara görə ÜDM artımı ilə pessemist senaridə üst-üstə düşəcək, optimist senaridə isə 2-4% olmaqla onu üstələyəcəkdir. Belə vəziyyət isə onu göstərir ki, qeyri-neft sektorunda yüksək dinamiz meyllərinə nail olmayacağı təqdirdə respublikada 2015-ci ilə qədər iqtisadi artım yenə də neft-qaz sektorundakı artım ilə yanaşı atdımlayacaqdır. Sonrakı mərhələrdə isə neft hasilatının azalması ilə bu nisbətlər bir qədər mülayimləşəcəkdir. Nəzərə alınırsa ki, 2020-2040-ci illərdə ölkədə qaz hasılatında yetərli artımlar gözlənilir, onda bu parelellik həmin müddət ərzində də müəyyən qədər müşahidə ediləcəkdir. Fərq nisbətlərinin ÜDM üstünlüyü üzrə getməsi isə qeyri-neft sektorundakı əsaslı artım mühitindən asılı olacaqdır.

Aşagıdakı cədvəldə 1988-2011-ci illərdə Azərbaycan Respublikasında ÜDM, neft-qaz hasilatı və bütövlükdə ölkə üzrə ixracın dinamikası əks etdirən məlumatlar verilimişdir:

Cədvəl 3

 

1988-2011-ci illərdə Azərbaycan Respublikasında

ÜDM, neft- qaz hasilatı və bütövlükdə ölkə üzrə ixracın dinamikası

 

(%)

İllər

ÜDM-in real artı

Neft hasilatı

Qaz hasilatı

Bütün respublika iqtisadiyyatı üzrə ixrac

 

1988

4,38

- 10,6

- 3,1

x

1989

- 8,84

- 4,3

- 6,0

x

1990

- 11,7

- 7,6

- 13,4

x

1991

- 0,7

- 1,8

- 10,4

x

1992

- 22,6

- 3,5

- 8,7

x

1993

- 23,1

0,8

- 13,6

x

1994

- 19,7

0,8

- 6,3

- 9,93

1995

- 11,8

- 4,2

4,2

- 2,38

1996

1,3

- 0,7

- 5,1

- 0,93

 

1997

5,8

5,7

- 5,4

23,77

1998

10,0

18,7

- 6,3

- 22,42

1999

7,4

20,9

7,3

53,37

2000

11,1

2,2

4,8

87,72

2001

9,9

3,5

- 11,9

32,6

2002

10,6

1,0

5,5

- 6,34

2003

11,2

4,2

- 11,5

19,52

 

2004

10,2

1,1

- 3,1

39,57

2005

26,4

429

16,2

20,23

2006

34,5

45,3

55,5

199,4

2007

25,0

29,1

87,6

63,43

2008

10,8

6,9

38,0

124,53

2009

9,3

13,2

1,5

-69,22

2010

4,96

0,7

11,0

45,08

2011

2,8

- 9,4

2,5

2,5

 

Mənbə: http://www.eiu.com, http://www.socar.az və http://www.azstat.org məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.

 

Cədvəl 3-ün məlumatlarından göründüyü kimi, 1988-1996-ci illər ərzində neft-qaz hasilatında ressesiya prosesləri baş vermişdir. Qeyd edilməlidir ki, həmin dövrdə respublikada neft-qaz hasilatı köhnə yataqlar hesabına təmin olunurdu. Bu dövrün digər bir sıxıntılı xarakteristikası da onunla bağlı olmuşdur ki, Sovetlər İttifaqı dağılımaqda, ölkədə, regionda, ümumiyyətlə dünyadakı geosiyasi vəziyyət geniş təbəddülatlara uğramaqda idi. Bununla yanaşı olaraq, həmçinin Qarabaq müharibəsi alovlanmaqda və müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası bu və ya digər gərginliklər içərsində yeni dövlət quruculuğu proseslərinin ilk pilləsində irəliləməkdə idi. Bütün bunlar yeni iqtisadi münasibətlərin formalaşmasını və bu əsasda da neft-qaz sənayesinin təchizat sisteminin, infrastruktur kompleksinin təmamilə yeni müstəvidə qurulmasını tələb edirdi. Ona görə də, bütün keçmiş SSRİ məkanında olduğu kimi Azərbaycan Respublikasında da çətin iqtisadi durum və tənəzüllü meyllər hakim idi [3, 11].

Cədvəl 3-ün 1997-2003-cü il üzrə göstəricilərini təhlil etdikdə görərik ki, neft-qaz sektorunda dinamizm meyli dövriyyə yığmaqdadır. Bu neft-qaz hasilatında AÇG və Şahdəniz yataqlarının hasilat sferasına daxil olması ilə əlaqədardır. Bu müddət ərzində ölkədə neft hasilatı 1,7 dəfə artmışdır. Natural ifadədə bu artım 6278 milyon neftə bərabər olmuşdur. Həmin dövr ərzində qaz hasilatınada isə 20% enmə qeyd olunmuşdur. Enmə əsasən köhnə yataqlarda baş vermiş və natural ifadədə (1137 milyard m3) nisbi yüksək olmamışdır. Bu zaman kəsiyində neft ixracının da yüksəlişi baş vermişdir.

 

 

 

 

Aşagıdakı cədvəldə 2005-2011-ci illər üzrə respublikada ayrı-ayrı mənbələr üzrə neft hasilatını əks etdirən məlumatlar verilmişdir:

Cədvəl 4

 

Azərbaycan Respublikasında 2005-2011-ci illər üzrə neft hasilatı

 

(min ton)

Mənbələr

2005

2006

2007

2008

2009

2010

2011

ARDNŞ

8 967,4

8 993,8

8 800,0

8 700,0

8 543,3

8 459,5

8 400,0

ABƏŞ

13 247,6

23 274,2

32 907,1

33 982,7

40 224,3

40 481,4

35 100,0

Şahdəniz (kondensat)

x

x

896,4

1 893,2

1 651,7

1 848,9

1 800,0

Cəmi

22 214,0

32 268,0

42 604,3

44 527,2

50 419,3

51 789,8

45 300,0

 

Mənbə: http://www.socar.az, http://www.azstat.org məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.

 

Ümumiyyətlə neft-qaz sektorunda inkişafın şərti qəbul edildiyi ikinci mərhələsində iqtisadi artın 1,8 dəfəyə bərabər olmuşdur. Göründüyü kimi bu dövr ərzində neft hasilatı ilə ÜDM-in artımı demək olar ki eyni sürətli olmuşdur. Lakin burada ÜDM-in nisbətən daha irəlidə getməsinə müəyyən miqdarda dünya neft bazarındakı qiymət qalxınmaları təsir göstərmişdir. Belə ki, həmin dövr ərzində neft qiymətləri asta terendli olsa da 1,4-1,5 dəfə qalxmışdır.

Respublikada iqtisadi artımın rekord göstəriciləri 2004-2010-ci illərə təsadüf etmişdir. Həmin dövrdə dünyada qlobal maliyyə böhranının baş verməsinə (2008-2009-cu illər) baxmayaraq Azərbaycan iqtisadiyyatı irəliləmişdir. Bu dövr ərzində ÜDM təıxminən 7 dəfə yüksəlmiş, neft hasilatı 3,3 dəfə, qaz hasilatı isə 5,1 dəfə artmışdır [40, 41]. Qeyd olunmalıdır ki son 7 il ərazində neftin bir barelenin orta qiyməti 60-70$ təşkil etmişdir. Bu isə metrik ölçüdə o deməkdir ki, neftin 1 tonun dünya bazardakı qiyməti 400-500$ arası tərəddüd etmişdir. Təbii qazın qiymətləri isə orta göstərici də 100$-dən aşağı olmamışdır. Nəzərə alındıqda bu dövr ərzində çıxarılan neftin həcmi 257,5 milyon ton, təbi qazın isə 119,4 m3 təşkil etmişdir, onda adi cəbri hesablama ilə bunun ABŞ dollarında valyuta məbləği 120-140$ milyarda bərabər olacaqdır. Bununla belə, karbohidrogen resurslarının dünya bazarlarında kəskin yüksəlişi Azərbaycanın beynəlxalq neft kontraktlarından əldə etdiyi mənfəət neftinin çəkisi və məbləğinində artması ilə müşaiyət olunmuşdur. Qeyd etmək lazımdır ki, neftin dünya bazar qiymətlərinin yüksək olması nəticəsində «Əsrin müqaviləsi» üzrə mənfəət neftinin (müqaviləyə əsasən mənfəət nefti 2006-cı ildən əldə edilir) Azərbaycan hökuməti ilə şirkətlər arasında bölüşdürülməsi proporsiyaları daha sürətlə respublikamızın xeyrinə dəyişmişdir. Belə ki, 2007-ci ilin sonunadək 30:70 kimi olan bölgü proporsiyası 2008-ci ilin əvvəlindən 45:55, ilin ikinci rübündən isə 80:20 nisbətində olmuşdur [44]. Bunun nəticəsində 2008-ci ildə Azərbaycan hökumətinə çatan mənfəət neftinin həcmi və onun satışından daxilolmalar da kəskin artmışdır. Statistika göstərir ki, Azərbaycan hökumətinə çatan mənfəət neftinin həcmi 2006-cı ildə 19,0 milyon barrel, 2007-ci ildə 30,3 milyon barrel olduğu halda, 2008-ci ildə bu göstərici 150,2 milyon barrel təşkil etmişdir. Mənfəət neftinin və qazın satışından ARDNF-ə 2006-2010-cu illərdə 20$ milyard çox vəsait daxil olmuşdur [45]. Burada akkumlyasiya olunan vəsaitlər isə respublikanın dövlət büdcəsinin gəlirlərinin formalaşmasında mühüm rol oynayır. Eyni zamanda bu gəlirlərdən bir başa olaraq ölkə iqtsadiyyatının inkişafına istiqamətlən ayrrı-ayrı layıhələrin reallaşdırılmasına, o cümlədən də sosial sferanın ehtiyaclarının ödıənilməsənə məsrəflər olunur.

Aşagıda 2001-2011-ci illər üzrə ARDNF-dan xərcləmələrin dinamikası əks etdirən cədvəl verilmişdir:

Cədvəl 5

 

2001-2011-ci illər üzrə ARDNF-dan xərcləmələrin dinamikası

 

İllər

Xərclər

(min manatla)

İllər

Xərclər

(min manatla)

2001

800

2007

1 061 200

2002

86 800

2008

4 291 800

2003

236 000

2009

5 294 500

2004

163 500

2010

6 385 500

2005

233 000

2011

6 886 155

2006

981 400

Cəmi

25 620 655

 

Mənbə: www.oilfund.az.

 

Nəzərdən keçrilən son dövr ərzində ARDNF-dən birbaşa sosial-iqtisadi inkişafa ayrılan vəsaitlərin, eyniliklə də dövlət büdcəsinə edilən transfertlərin məbləğinin ildən-ilə artığı müşahidə olunur. Statistikaya görə dövlət büdcəsinin gəlirlərində ARDNF-in transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8,8%, 2006-cı ildə 15,1%, 2008-ci ildə 35,3 və 2010-cu ildə 49,1% təşkil etmişdir. Bunun nəticəsində 2003-cü ildən başlayaraq ölkənin dövlət büdcəsi xərclərinin illik artım templəri ümumilikdə iqtisadi templərini qabaqlamışdır. Belə ki, 2004-cü ildə ölkədə iqtisadi artlm tempi 10,2%, büdcə xərclərinin artım tempi isə 21,7%, 2008-ci ildə isə müvafiq olaraq 10,8% və 75,5% təşkil etmişdir [40, 44, 45].

Aşagıda 2005-2011-ci illər üzrə ARDNF-in gəlirləri və oradan dövlət büdcəsinə yönəldilmiş transfertlərinin həmini əks etdirən cədvəl verilmişdir:

 

Cədvəl 6

 

2005-2011-ci illər üzrə ARDNF-in gəlirləri büdcə transfertləri

 (min manat)

Illər

Gəlirlər

(daxil olmalar)

Dövlət büdcəsinə

transfertlər

2005

666 064,8

150 000,0

2006

985 938,7

585 000,0

2007

1 886 164,8

585 000,0

2008

11 864 648,1

3 800 000,0

2009

8 176 692,0

4 915 000,0

2010

12 932 600,0

5 915 000,0

2011

9 132 941,0

6 480 000,0

 

Fondun aktivləri 2012-ci ilin əvvəlinə 29,8 mlrd. ABŞ dollar

 

Mənbə: http://www.oilfund.az, http://www.economy.gov.az

 

Hal-hazırda bu artım büdcə strukturuna nəzərən biçmli məsraya düşmüşdür. Burada qeyri-neft sekorunu inkişaf etdirilməsi perspektivliyindən qaynaqlanaraq, başlıca iqtisadi strategiya kimi, respublikada ixrac potensiallı yeni istehsal güclərinin və yüksək sersivsi xidmət sahələrinin yaradılması ilə vergi bazasının genişləndirilməsi prioriteti dayanır. Bununla belə, dövlət büdcəsinin və həmçinin bütövlükdə ölkə iqtisadiyyatın neft-qaz resurslarından və eyniliklə onların dünya bazarlarındakı qiymət meylləri aslılığını minimumlaşdırmaq məqsədi ilə büdcə xərclərinin artım tempi və ARDNF transfertləri arasında normativ təyinatda müqabil maliyyə mexanizminin işlənib hazırlanması da gərəkli hesab edilir. İl ərzində neftin dünya bazarında kı optimal qiymətlərinin müəyyənləşdirilməsi istiqamətində də alternativ hesablama mexanizmlərindən istifadə edilməsi də vacib sayılır.

Bütün bunlarla yanaşı, qeyd olunmalıdır ki, dövlət büdcəsinin formalaşmasında neft-qaz sektorunun əhəmiyyəti yalnız ARDNF hüdüdları ilə məhdudlaşmır. Onun ARDNF istisna olmaqla büdcəyə vergi daxil omalarında payı yenə də dominant mövqedə dayanır. Hər il orta hesabla ARDNŞ tərifində 1,5-2,0 milyard manat həcmində dövlət büdcəsinə vergi ödənişləri həyata keçirilir. Bu həm ixraca yönələn və həm də daxil istehlakı təmin edən istahsal həcmləri ilə həyata keçirilir [40, 45].

Aşağıda 2005-2011-ci illər üzrə ARDNŞ-də istehsal potensialı və onların reallaşdırılması istiqamətləri həcmlərini əks etdirən cədvəl verilmişdir:

Cədvəl 7

 

2005-2011-ci illər üzrə ARDNŞ-də

istehsal potensialı və onların reallaşdırılması istiqamətləri həcmləri

 

Göstəricilər

2005

2006

2007

2008

2009

2010

2011

1

Neft hasilatı

8967,4

8993,8

8800,9

8651,3

8543,3

8459,5

8450,0

2

Neftin təhili

8868,0

8889,2

8720,0

8577,6

8518,3

8468,0

8400,0

3

Neftin ixracı

1506,3

1403,4

1224,0

1229,6

2485,0

2247,4

2000,0

4

Neftin emalı

7361,7

7485,8

7496,0

7348,0

6033,3

6220,6

6200,0

4.1

Avtomobil benzinləri, cəmi

906,3

1042,7

1136,0

1307,8

1235,0

1248,9

1391,4

4.1.1

bundan - daxili satışa

610,2

722,2

756,3

930,0

998,5

1054,8

1100,0

4.1.2

- ixraca

283,5

338,9

379,7

384,7

227,2

196,8

291,4

4.2

Birbaşa qovulmuş benzin, cəmi

261,0

302,3

222,6

279,6

232,6

207,8

200,0

4.2.1

bundan - «Azərkimya»

247,0

272,4

222,6

279,6

232,6

161,3

200,0

4.2.2

- ixraca

14,0

30,0

0,0

0,0

0,0

43,1

0,0

4.3

Reaktiv mühərrik yanacağı

629,3

693,3

720,0

741,7

603,2

600,4

668,9

4.3.1

bundan - daxili satışa

475,4

481,1

445,7

494,1

374,1

486,7

625,0

4.3.2

o cümlədən «AzAL»

451,8

444,9

403,0

460,7

358,7

464,6

600,0

4.3.3

- ixraca

149,2

217,0

274,3

206,5

271,7

114,6

43,9

4.4

Dizel yanacağı, cəmi

2098.6

2095,1

2117,8

2423,0

2219,7

2420,3

2174,2

4.4.1

bundan - daxili satışa

866,3

725,4

710,8

1001,2

784,6

916,9

1000,0

4.4.2

- ixraca

1224,9

1406,2

1407,0

1406,8

1435,0

1533,8

1174,2

4.5

Əmtəəlik soba mazutu

2421,6

2231,5

2160,5

1113,0

272,4

220,6

162,0

4.5.1

- ixraca

409,5

871,1

860,0

582,5

34,5

14,0

0,0

4.6

Mühərrik yanacağı, cəmi

122,8

69,8

61,9

100,0

145,3

65,8

365,9

4.6.1

bundan - daxili satışa

60,0

70,0

51,4

44,0

50,0

48,8

50,0

4.6.2

- ixraca

62,7

0,0

10,5

50,5

90,5

12,7

315,9

4.7

Sürtkü yağları, cəmi

36,8

75,6

62,0

53,0

44,2

86,5

64,6

4.7.1

bundan - daxili satışa

27,4

31,8

17,5

15,4

12,5

11,2

11,0

4.7.2

- ixraca

27,9

45,2

44,5

41,8

32,1

78,0

53,6

4.8

Neft bitumu

128,3

161,9

178,8

220,1

236,4

241,5

251,6

4.8.1

bundan - daxili satışa

96,9

143,4

156,9

190,5

222,2

228,4

240,0

4.8.2

- ixraca

32,1

17,8

21,9

28,8

13,5

14,0

11,6

4.9

Neft koksu, cəmi

11,6

67,2

78,2

168,9

220,8

267,5

213,4

4.9.1

bundan - daxili satışa

1,6

5,9

1,7

7,7

7,4

6,5

7,0

4.9.2

- ixraca

10,0

61,4

76,5

161,3

119,8

389,9

206,4

4.10

Maye qazlar, cəmi

132,7

148,0

157,0

181,1

173,3

214,0

268,9

4.10.1

bundan - daxili satışa

109,1

102,5

120,6

94,8

83,8

80,8

85,0

4.10.2

- ixraca

23,7

46,1

36,4

82,2

92,0

133,3

133,9

 

Mənbə: http://www.socar.az, http://www.azstat.org məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.

 

Cədvəl 7-dən göründüyü kimi son 5-6 ildə ARDNŞ-də neft təhvilinin illik orta göstəricisi 8,9-8,4 miliyon ton həcmində tərəddüd etmişdir. Bunun orta hesabla 1,5-2,0 milyon tonu xam şəkildə ixraca yönəldilmiş, qalan 7,4-6,2 miyon tonu isə emal edilmişdir. Burada emal məhsullarının əsas issesini dizel yanacağı (2010-cu ildə - 2.4 milyon ton) və benzin məhsulları (2010-cu ildə - 2,1 milyon ton) təşkil edir. Benzin məhsulları demək olar ki əksəriyyəti daxili bazarın ehtiyaclarına yönəldilir. Dizel yanacağının isə daxili bazarın ehtiyacları təminatından sonara qalan 50%-ə qədər hissəsi ixrac edilir. Bundan başqa emal məhsulları olan müxtəlif mühərrik və sürtkü yağları, maye qazlar, soba mazutu, neft bitiumu, neft koksu və digər kiçik komponentlər həm daxili və həm də xarici satışa çıxarılır. Bütün bu ixrac məhsulları da xam neftlə bərabər ARDNŞ-in ixrac potensialını təşkil edir. Azərbaycan nefti - Azərlayt dünya bazarında marker növünə görə, yüksək keyfiyyətli təbii xammal kimi qəbul edilir. Optimal emal prosesində çeşidin bütün qammasının təminatında, ondan alınan məhsulun keyfiyyət, göstəricisi yüksək qiymətləndirilir.

Milli neft-qaz sektorununda inkişafın ölkədəki iqtisadi artıma təsirinə verği ödənişləri kontekstində yanaşdırda görürük ki, bu sektor bütün vergi daxil olmalarının əhəmiyyətli hissəsini özündə cəm etmişdir.

Aşağıda 2000-2010-cu illərdə neft-qaz sektorunun ölkənin büdcə gəlirlərinin formalaşmasında rolunu əks etdirən cədvəl verilmişdir:

 

Cədvəl 8

 

2000-2010-cu illərdə Azərbaycan Respublikasında

dövlət büdcəsinə vergi daxilolmaları

 

Göstəricilər

2000

2005

2010

Vergi daxil olmaları

510,4

1427,7

4292,8

Neft-qaz sektoru

211,0

542,1

1934,7

2000-ci ilə nisbətdə vergi daxilolmaların artım indeksi (dəfə)

-

2,6

9,2

Qeri-neft sektoru

299,4

885,6

2358,1

2000-ci ilə nisbətdə vergi daxilolmaların artım indeksi (dəfə)

-

3.0

7,9

 

Mənbə: Магеррамов Р.Б. Проблемы формирования и развития налоговой системы Азербайджанской Республики. Баку: «Марс Принт» 2011, 310., http://www.azstat.org.

 

Cədvəl 8-in məlumatlarından göründüyü kimi, son 10 il ərzində neft-qaz sektorunun vergi daxil olmaları üzrə artım indeksi qeyri-neft sektorundakı artımları qabaqlamışdır. Belə vəziyyət ayrı-ayrı illərdə müvafiq həcm fərqlərinin qeyri-neft sektorunun üstünlüyündə olmasına baxmayaraq baş vermişdir. Bu fərqliliyi eyni zamanda bir qədər də sahələrarası müxtəlif vergi yükü nisbətləri ilə izah etmək olar.

2012-ci ildə də neft-qaz sektorunun dövlət büdcəsinində ki payı əhəmiyyətli olaraq qalmaqdadır. Belə ki, 2012-ci ildə dövlət büdcəsinin gəlirləri 16,5 milyard manat, ÜDM isə 43,5 milyard real iqtisadi artım tempi 5,7% nəzərdə tutulur. ÜDM-in qeyri-neft sektoruna aid hissəsinin 8,6%, neftin bir barrelinin dünya bazar qiyməti 80$, inflyasiyanın səviyyəsinin isə 6% olacağı planlaşdırılır [40, 41]

Aparılan təhlil və araşdırmalar bir daha göstərir ki, Azərbaycanın fiskal (dövlət xəzinəsinə aid) gəlirlərinin əsasında onun neft-qaz sərvətləri dayanır. Müasir məqamda isə bunu üç mühüm mənbəyi ARDNŞ, AÇG nefti və Şahdəniz qazı təşkil edir. Məhz bu üç mənbə ölkənin ixrac potensialının güc amili olaraq xəzinəyə tutumlu valyuta axınlarını təmin edir. Bu gün Azərbaycanın neft-qaz sektorunu ixaracatda payı 92-95% həcmində ifadə olunur. Bu isə ona əsas verir ki, yaxın 10-15 il ərzində neft-qaz sektorunda inkişaf dinamikasının davam etdirilməsi üçün strateji proqram təyinatlı vəzifələr işlənib hazırlanmalıdır. Belə olduğu təqdirdə ölkədə davamlı iqtisadi artımın təmin edilməsində neft-qaz sektorunun sanbalı daha da gücləndirilmiş olacaqdır.

 

6.Neft-qaz sektorunun inkişaf problemləri və perspektivləri

Yaxın onillikdə ARDNŞ-də yataqların istismar müddətinin gödəlməsi ilə əlaqədar neft hasilatı və təchizatı sahəsində problemlərin yaşanması baş verəcəkdir. Bu təbii bir prosesdir. Belə ki, üzun bir əsrlik ekstensiv və intensiv metodlarla hasil edilən yataqlarda hasilatın tükənməsi qaçılmaz olacaqdır.

Məlumatlara görə, ölkədə neft təhvili hər il 1-2% azalma tempi ilə 2025-ci ildə 6,9 milyon tona qədər azalacaqdır. Bu dövr ərzində ölkə əhalisinin sayı 22% artaraq, hazırkı 9 milyon nəfərdən 2025-ci ildə 11 milyon nəfərə yüksələcəkdir. İqtisadiyyatın güclənməsi sosal effektləri bir qədər də artıracaq və insanların rifah halı daha da yaxşılaşacaqdır. Əlverişli sosial durum enerji tələblərinin də artması ilə müşayiət ediləcəkdir. Belə bir şəraitdə respublikada hazırda mövcud 1 milyondan çox avtomobil sayı 2025-ci ildə orta hesabla 2 dəfə artaraq 2 milyon olacaqdır. İndi respublikanın hazırki sırf avtomabil benzininə olan tələbatı 1,1 milyon ton, dizel yanacağına tələb isə 1,2 milyon tondur. Hesblamalara görə, 2025-ci ildə benzin üzrə bu tələbat 80%, dizel yanacağı üzrə 2 dəfə artacaqdır. Bu tələbata uyğun neft emalının 50% artıraraq hazırkı 6 milyon tondan 2025-ci ildə 9 milyon tona qədər yüksəldilməsi lazımdır. 2025-ci ildə isə avtomobil yanacağı üzrə neft emalı defisiti 2,5 milyon tona yüksələcəkdir. Belə vəziyyətdə neft-emalı zavodlarından neft-kimya sənayesinə nafta məhsulunun verilməsi də dayanacaqdır. Belə vəziyyət neft-qaz sektorunun məhsul verimi imkanlarına təsir göstərəcək və proses ÜDM-in artım templərində də əksini tapacaqdır. Bu təsir inkişaf senarisində çoxşaxəli ola bilir. İlk növbədə ARDNŞ-də neft hasilatının azalması onun kapitaltutumluğnda, valyuta daxilolmalaranında əks oluncaq. Buradan da onun ölkədəki iqtisadi artıma neft sferasındakı təsiri məhdudlaşacaqdır. Digər tərəfdən bu defisit respublikanın nəqliyyat sektoruna əziyyət çəkəcəkdir və o özünün yeni təchizat sisteminin yaradılması zərurəti ilə qarşı-qarşıya qalacaqdır. Əlbətdə ARDNŞ ÜDM strukturundakı neft itkilərini artan qaz istehsalı ilə dolduracaqdır. Baxmayaraq ki neft hasilatının enməsi müəyyən qədər qaz hasilatına da təsir göstərəcəkdir. Bu kontekstdə xüsusi bir cəhəti diqqətə gətirmək gərəklidir ki, hazırda qlobal yanacaq-enerji balansında təbii qaz dominantlığı ələ almaqdadır. Dünya daha çox təbii qaz resursları istehlakı dövrünə qədəm qoyub. Bunu bəzən müasir bəşər sivilizasiyasının «Metan epoxası» da adlandırırlar. Vurğulandığı kimi, Azərbaycanın da təbii qaz ehtiyatları çox böyük potensiallıdır. Onun istifadə müddəti ən optimal görüntüdə 100 ildən də çox dövrü əhatə edə bilər. Biz bu resurslardan sosial-iqtisadi dirçəlişin davamlı təminatında daha çox faydalana bilərik.

Məlum olduğu kimi «Əsrin müqaviləsi» çərçivəsində hasil olunan səmt qazının laya vurulduqdan sonra qalan hissəsi pulsuz olaraq Azərbaycan Respublikasına verilir. Bundan başqa «Sahdəniz» layihəsi üzrə də respublikaya pulsuz qaz təhvili həyata keçirilir.

Aşagıdakı cədvəldə 2005-2011-ci illər üzrə respublikada qaz hasilatı, təhvili və ixracını əsk etdirən məlumatlar verilmişdir:

Cədvəl 9

Azərbaycan Respublikasında 2005-2011-ci illər üzrə

qaz hasilatı, təhvili və ixracı

Mənbələr

2005

2006

2007

2008

2009

2010

2011

 

Qazın hasilatı (milyon m3)

ARDNŞ

3 930,6

4 456,0

5 998,0

7 752,6

6 910,0

7 179,0

7 100,0

ABƏŞ

1 887,7

4 574,0

7 7030

8 442,0

10 590,0

12 275,0

11 700,0

Şahdəniz

-

14,8

3 264,0

7 210,8

6 245,0

6 893,0

6 700,0

Cəmi

5 818,3

9 044,8

16 965,0

23 405,4

23 745,0

26 347,0

25 500,0

 

Respublikaya qaz təhvili (milyon m3)

ARDNŞ

3 310,1

3 799,0

5 220,4

6 776,3

6 084,4

6 314,6

6 317,1

ABƏŞ

1 713,2

2 140,6

2 317,2

2 096,7

3 879,6

3 402,6

3 291,7

Şahdəniz

-

4,7

1 594,0

2 365,7

830,4

1 792,3

2 141,6

Cəmi

5 023,3

5 944,3

9 131,6

11 238,7

10 794,4

11509,5

11 750,4

 

ARDNŞ-dən qaz ixracı (milyon m3)

Gürcüstan

0,0

19,5

268,9

28,3

513,0

339,2

773,9

Rusiya

0,0

0,0

0,0

0,0

0,0

799,8

1 501,0

Cəmi

0,0

19,5

268,9

28,3

513,0

1 139,0

2 274,9

                     

 

Mənbə: http://www.socar.az, http://www.azstat.org məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.

 

Bu yaxşı senari isə digər bir perspektivi qaynaqlandırır. Belə ki, respublikanın artan qaz potensialına rəğmən müasir iqtisadi reallıqlardan və ekoloji tələblərdən irəli gələrək, ondan daha səmərəli istifadə edilməsi və bu istiqamətdə müvafiq istehsal strukturlarının yaradılması zərurəti ortaya qoyur.

Növbəti inkişaf mərhələsi üçün milli neft strategiyamızıən uzaq hədəflərindən irəli gələrək iqtisadiyyatımızın bütün sferalarında, xüsusən də qaz-enerji tutumlu yeni istehsal sahələrinin açılmasında, güclü qaz texnopolisinin yaradılmasında, qaz kimyası sənayesinin inkişaf etdirilməsində qaz resurslarından daha səmərəliliklə istifadə etməyə nail ola bilərik. Bununla belə, biz ölkə əhalisinə istehlak qazının müvafiq normativlər əsasında pulsuz verilməsini də təmin edə bilərik. Bu gün bu miqyas ildə 2-2,5 milyard m3 təşkil edir. Bizim təbii qaz ehtiyatlarımız isə bu həcmdən 1000 dəfədən də çoxdur. Belə olan təqdirdə, təbii qaz resurslarının hər bir ölkə vətəndaşına düşəcək payı daha ünvanlı təmin olunacaqdır. İqtisadi dillə desək, hər bir ölkə vətandaşı qaz rentası əldə edəcəkdir.

Hesablamalara görə, 2015-ci ildən başlayaraq ölkədə qaz təhvili həcmləri genişlənəcək və 2025-ci ildə indiki dövrə nisbətdə 3,5 milyard m3 (30%) artıq olacaqdır. 2017-2023-cü illərdə bu artım 45%-ə bərabər olmaqla, 2020-2021-ci illərdə pik həddə - 16 milyard m3-ə çatacaqdır[1]. Bu o deməkdir ki, yaxın 10-12 ildə respublikanın Yanacaq-enerji balansında hər il orta hesabla 14-15 milyard m3 qaz resursu (orta hesabla 75:25 təbii və səmt qazı nisbətində) olacaqdır. Səmərəli istifadə perspektivliyi isə bütün həcmlərin emalını şərtli edir [42, 44].

Emal texnologiyasına görə təbii və səmt qazları qarışığının 85-90%-i məişətdə və eneji istehsalında istifadə edilən metan, digər hissəsini isə qaz-kimyasının qiymətli xammalları olan etan, propan və s. komponentlər təşkil edir [14, 23]. Belə həcmdə səmərəli emalı isə istismar müddətini tam başa vurmuş, müasir texnoloji və ekoloji tələblərə cavab verməyən Qaradağ Qaz Emalı Zavodunda təşkil etmək mümkün deyildir. Ona görə də, respublikada müasir texnoloji normalara və təhvil alınan qaz həcmlərinə uyğun, ətraf mühitə zərər vurmayan yeni müasir tipli və ölçülü iri və kiçik istehsal həcmli yeni zavodlar tikilməli və onun qiymətli komponentli məhsulları əsasında qaz-kimya kompleksi yaradılmalıdır.

Ümumiyyətlə, respublikada neft-qaz emalı və neft-kimya sənayesinin yenidən təşkilində ölkənin mövcud və perspektiv karbohidrogen ehtiyatları potensialı dəqiqliklə nəzərə alınmalıdır. Belə ki, respublikada təhvil qazının yalnız 4-5 milyard m3-i emal müəssisəsinə göndərilir. Ona görə də, digər qaz həcmlərinin əraziyə gətirilməsi üçün əlavə magistral xətləri olmalı və bu kəmərlər təbii və səmt qazlarını müvafiq həcmdə və ayrılıqda qəbul edən qollar üzrə çəkilməlidir. İnşa edilən qaz emalı zavodları isə istehsal həcmləri genişləndirilə bilən texnoloji sistemdə qurulmalıdır. Növbəti onillik ərzində respuklikada qaz təhvili həcmi 14-15 milyard m3 arası dəyişəcəyinə rəğmən, onun tam emalını həyata keçirmək mümkün olduqda istehlak üçün hər il orta hesabla 12,5-14,5 milyard m3 təmizlənmiş qaz yaranacaqdır. Qalan hissə isə 1,2-1,4 milyon ton etilen-propilen xammalına bərabər olacaqdır ki, bunun da əsasında orta hesabla 1400-1600 min ton/il yüksək və aşağı sıxlıqlı polietilen, 100-150 min ton/il polipropilen və 70-80 min ton/il benzol istehsalını təşkil etmək mümkümdür. Bundan başqa ildə 0,5 m3 təbi qaz (metan) resursu bazasında orta hesabla 1 milyon ton azot gübrəsi (karbamid) buraxılışı və eyni həcmdə resursa istinadən metonol istehsalı da həyata keçirilə bilər. Bütün bu məhsullar yüksək ixrac qabiliyyətli olmaqla ölkə xəzinəsinə hər il milyon ABŞ dollarına bərabər xarici valyutanın daxil olmasını təmin edəcəkdir.

Bütün bu və ya digər məsələlər işlənməsinə çox mühüm zəruri əsaslar olan enerji strategiyasında konseptual baxımdan həllini tapmalıdır. Enerji strategiyası milli iqtisadi və enerji təhlükəsizlikləri prinsiplərindən irəli gələrək, təbii enerji resursları və yanacaq-enerji potensialından səmərəli istifadə, onların ekologizasiyası, ölkənin geosiyasi rolu, dövlətin və enerji resurslarının istehsalçı və istehlakçısı olan təsərrüfat subyektlərinin maraqları, YEK-in perspektivini, respublikanın və regionların iqtisadi inkişafını nəzərə alan normativ-hüquqi və maliyyə-iqtisadi mexanizmlər yaradılmaqla işlənilməlidir.

Bütün bunlardan irəli gələrək və həmçinin milli enerji müstəqilliyini dolğunlaşdırmaq və enerji təhlükəsizliyini daha təminatlı etmək üçün real bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda uzun müddətləri əhatə edən enerji strategiyasının hazırlanması olduqca zəruri və mühümdür. Bu zərurətlilik YEK-in ölkə iqtisadiyyatındakı əhəmiyyəti, enerji resurslarının xalq təsərrüfatının həyatqabiliyyətli bütün sahələrində aparıcı və həlledici rolu, neft-qaz infrastrukturunun moderinləşməsi, ekoloji fonun yaxşılaşdırılması və sosial rifahın daha da yüksəlişi, həmçinin əsaslı dərəcədə də Azərbaycanın artan geostrateji potensialı və dünya enerji bazarlarının qloballaşması tələblərində ifadəsini tapır. Analoji enerji strategiyaları ölkənin modernizasiyası və inkişafı proqramının ayrılmaz hissəsini təşkil edərək qardaş Türkiyədə, Rusiyada, Çin Xalq Respublikasında, əlahiddə, 2030-cu ilədək dövrə hesablanmış Ukraynada və digər ölkələrdə yeni quruluşda həyata keçirilməkdədir. ÜmumAvropa məkanında isə enerji strategiyası 50 ölkənin təmsil olunduğu «Enerji Xartiyasında» birləşir. Enerji strategiyası regional kontekstdə Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin də assosiativ maraqlarının özəyində yer almışdır [50, 52].

Qeyd olunmalıdır ki, Rusiyanın yanacağ enerji kompleksi öz gücünә görә dünyada 2-ci yeri tutur. Ölkәnin gәlirinin 2/3 һissәsi bu kompleksin һesabına әldә olunur. Rusiyada energetika strategiyası ölkәnin dirçәlişini tәmin edәcәk iqtisadi doktrinanın tәmәlini vә özәyini tәşkil edir. Belә yanaşma Azәrbaycana da adekvat olmalıdı. Çünki büdçəyә daxilolmaların 50%-dәn çoxu bizdә dә bu kompleksin üzәrinә düşür. İqtisadiyyatımızın müһәrriki һәlә ki, әsasәn neftlə һәrәkәtә gәlir [1].

Milli Enerji Strategiyası təbii enerji resurslarının və yanacaq-enerji potensialının ölkənin iqtisadi məkan bütövlüyündə rolunu, onun siyasi, makroiqtisadi, elmi-texniki inkişafına zəmin yaradan əhəmiyyətliliyini nəzərə alaraq konkret dövr üçün məqsəd və vəzifələri olan dövlətin enerji siyasəti sənədi rolunda çıxış edir. Ona görə də, onun hazırlanması istiqamətində dövlət tərəfindən çox mühüm olan kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Bütün bunlar üçün isə indidən müəyyən tədbirlərin görülməsi vacib hesab olunur. İlk növbədə, respublika iqtisadiyyatının daha optimal inkişafı və səmərəliliyin artırılması istiqamətində enerji effektivliyi üzrə dövlət proqramları hazırlanmalı və həyata keçirilməlidir. Enerji ishehlakında genişliklə enerji qanətcil texnologiyalar, innovasiyalar tətbiq olunmalı, avtomobil təsərrüfatı az enerji məsrəfli sistemdə fəaliyyət göstərməlidir. Bədbin inkişaf ssenarisində 2015-2025-ci illərdə yaranacaq 1,0-2,5 milyon ton neft defisitinin aradan qaldırılması üçün xam neftin, hazır avtomobil yanacaqlarının xaricdən alınması və həmçinin AÇG-də olan pay neftinin bir hissəsinin emala yönəldilməsi nəzərdən keçirilə bilər.

Bir məqam də xüsusi ilə qeyd olunmalıdır ki, respublikamızda neft və qaz resursları ilə yanaşı kondensat da çıxarılır. Hazırda ölkəmizin dəniz yataqlarından ildə orta hesabla 400 min ton kondensat hasil olunur. Bu həcmlər mövcud yığım sistemində digər quyuların nefti ilə qarışdırılaraq sahilə çıxarılır. Dənizdən quruya kondensat nəqli ayrıca olmaqla yalnız Sahdəniz yatağında həyata keçirilir. Bu məhsul da sahildə AÇG nefti ilə Səngəçal terminalında qarışdırılaraq BTC xətii ilə Ceyhana nəql olunur. Göründüyü kimi, bu qiymətli karbohidgen məhsulundan da səmərəli istifadə olunmur. Ona görə də kondensatla bağılı ayrıca nəql sistemləri yaradılmalı və bu resurs hesabına da kimya məhsulu istehsalları təşkil edilməlidir. Ümumiyyətlə, respublikanın mövcud neft emalı və neft-kimya sənayesi müəssisələrində istehsal güclərinin optimallaşdırılması, məhsulların keyfiyyətinin artırılması və assortimentin genişləndirilməsi, aralıq məhsul istehsalından son ishehlak tələbli məhsul buraxılışına keçid üçün əsaslı rekonstruksiya işləri aparılmalı və yeni istehsal sahələri tikilib istismara verilməlidir.

 

7.Nəticələr

Aparılan təhlili araşdırmalar göstərir ki, Azərbaycanda neft-qaz sektorunun inkişafıının iqtisadi artıma təsiri mühümdür. Ona görə də, enerji təhlükəsizliyi və həm də iqtisadi təhlükəsizlik baxımından yaxın onillikdə neft-qaz resurslarından səmərəli istifadənin optimal senarilərinin işlənilməsi və həyata keçirilməsi olduqca vacibdir. Bu mühüm strateji əhəmiyyəti bir daha dəyərləndirərək aşağıdakılar nəticə və təkliflər müəyyən edilir:

ð İqtisadiyyatın sektorial bölgüsü və neft-qaz sektorunun funksional təyinatı müasir iqtisadi baxışlar çərçivəsində yeni metodoloji yanaşma və əsaslandırmada interpretasiya edilmişdir. Milli neft-qaz sektoru və onun iqtisadiyyatın sektorial təsnifatlandırmada aidiyyətliyi ilə bağlı nəticəvi umumiləşdirmələr sxematik quruluşda təqdim olunmuşdur.

ð Milli neft-qaz sektorunun resurs bazası, müasir struktur və infrastruktur kompleksinin müasir vəziyyəti, problemləri və potensial imkanları təhlil edilmiş və qiymətləndirilmişdir. Geoloji-iqtisadi hesablamalar, müvafiq indikatorlar çevrəsində müqayisəli təhlillə milli neft-qaz sektorunun resurs bazası neft üzrə 2050-ci ilə qədər, təbii qaz üzrə isə əsrin sonuna qədər kifayət edəcəyi əsaslandırılmışdır.

ð ÜDM ilə neft-qaz sektoru və qeyri-neft sektoru arasında statistik xətti əlaqədə korrelyasiya nisbətlərini əmsal ifadəsində qiymətləndirmişdir. Müəyyən edilmişdir ki, bütün istehlak indekslərinin əsasən qorunub saxlanıldığı son 15 il ərzində neft-qaz sektorunda baş verən artım aparıcı xarakterdə olmuş və ümumilikdə respublika üzrə ÜDM-in inkişafında başlıca rol oynamışdır. Digər tərəfdən neft-qaz sektorunun artım tempinin qeyri-neft sektoruna korrelyasiyasında da dominantlığın neft-qaz sektoruna məxsusluğu əsaslandırılmışdır.

ð Milli neft strategiyasının ölkənin sosial-iqtisadi həyatındakı rolu yeni elmi qiymətləndirmələr əsasında təhlil olunmuş, onun sosial-iqtisadi hədəflərinin konseptual istiqmətləri yeni formalaşdırma aspektində təsbit edilərək göstərilmişdir.

ð Milli neft-qaz sektorunun inkişafında əsas problemlər kimi, köhnə yataqlarda hasilatın tükənməsi və bu istiqamətdə aparılan investisiya əməliyyatlarının artırılması, ümumilikdə isə YEK-in modernizasiyasının sürətləndirilməsi aspektləri təsbit olunmuşdur.

Milli neft-qaz sektorunun inkişaf perspektivləri ilə bağlı təhlili araşdırmalar bir daha yəqinlik verir ki, 2013-2015-ci illər üzrə respublikada iqtisadi artımın 5-7% orta illik tempi ilə 2015-ci ildə ÜDM artımı orta göstəricidə 53-55 milyard manata yüksələcəkdir. Neft-qaz sektorunda artım isə (orta dünya inkişaf neft-qaz qiymətlərində) hesablamalara görə ÜDM artımı ilə pessemist senaridə üst-üstə düşəcək, optimist senaridə isə 2-4% olmaqla onu üstələyəcəkdir. Belə vəziyyətdə isə qeyri-neft sektorunda yüksək dinamizm meyillərinə nail olmayacağı təqdirdə respublikada 2015-ci ilə qədər iqtisadi artım yenə də neft-qaz sektorundakı artım ilə yanaşı addımlayacaqdır. Sonrakı mərhələlərdə isə neft hasilatının azalması ilə bu nisbətlər bir qədər mülayimləşəcəkdir. Nəzərə alınırsa ki, 2020-2040-cı illərdə ölkədə qaz hasılatında yetərli artımlar gözlənilir, onda bu parelellik həmin müddət ərzində də müəyyən qədər müşahidə ediləcəkdir.

 

Ədəbiyyat siyahısı

1.

Azərbaycanın statistik göstəriciləri 2011. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: «9 №-li kiçik müəssisə» 2011, 848 s.

2.

Əliyev H.Ə. Azərbaycan nefti dünya siyasətində. Bakı, 1997, s.478.

3.

Əliyev T.N., Babayev M.T. Neft-qazçıxarma sənayesini müəssisələrinin iqtisadi potensialı. Bakı: Azərnəşr, 2003, 264 s.

4.

Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində. Bakı: Elm, 2000, 257 s.

5.

Hacızadə E.M. Azərbaycanın təbii qaz potensialı: reallıqlar və virtual cizgilər. Bakı: Elm, 2001, 186 s.

6.

Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli, Bakı: Elm, 2002. 472 s.

7.

Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizaziyası. Bakı: Elm, 2003, 512 s.

8.

Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, 509 s.

9.

Müstəqil Azərbaycan - 20. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: «9 №-li kiçik müəssisə» 2011, 640 s.

10.

Səfərov Q.Ə., Dadaşova K.S. Neft-qaz kompleksində məhsulun keyfiyyəti və rəqabətqabiliyyətliliyi. Bakı: Elm, 2011, 224 s.

11.

Алиев И.Г. Каспийская нефть Азербайджана. М.: Известия, 2003, 798 с.

12.

Ахинов Г.А., Жильцов Е.Н. Экономика общественного сектора: учебное пособие. М.: ИНФРА-М, 2008, 345 c.

13.

Буш Джеймс, Джонстон Даниел Управление финансами в международной нефтяной компании. М.: ЗАО «Oлим-Бизнес», 2003, 432 с.

14.

Грй Форест Добыча нефти. М.: ЗАО «Олимп-бизнес», 2004, 416 с.

15.

Джонстон Даниел Анализ экономики геологоразведки, рисков и соглашений в международной нефтегазовой отрасли. М.: ЗАО «Олимп-Бизнес», 2005, 464 с.

16.

Егоров В.И., Победоносцева Н.Н., Павлинич Э.А., Сырамятников Е.С. «Экономика нефтегазодобывающей промышленности. М: Недра. 1984. с.256.

17.

Ергин Д. Добыча. Всемирная история борьбы за нефть, деньги и власть. М.: Де Нова,1999, 968 с.

18.

Жан Тироль. Рынки и рыночная власть: теория организации промышленности. В 2 томах. M.: Экономическая школа 2000.

19.

Козырев В.М. Основы современной экономики. М.: Финансы и статистика, 2000, 367 с.

20.

Кочетков А Основы экономической теории. М: Дашков и К, 2004, 492.с.

21.

Коллон М. Нефть, PR, война: Глобальный контроль над ресурсами планеты. М.: Крымский мост-9Д. 2002, 414 с.

22.

Кузнецова А.И. Инфраструктура. Вопросы теории, методологии и прикладные аспекты современного инфраструктурного обустройства. Геоэкономический подход. М.: Высшая школа, 2006, 456 с.

23.

Леффер Уильям Л. Переработка нефти. М.: ЗАО «Олимп-Бизнес», 2005, 224 с.

24.

Магеррамов Р.Б. Проблемы формирования и развития налоговой системы Азербайджанской Республики. Баку: «Марс Принт» 2011, 310.

25.

Максимов В.А., Аношин В.В., Чернов И.Л. Исследования рынков основных энергоносителей. Уфа: БГУ, 2000, 561 с.

26.

Мир-Бабаев М.Ф. Краткая история азербайджанской нефти. Баку, «Азернешр», 2009, 376 с.

27.

Мирзаджанзаде А.Х., Султанов Ч.А. Этюды нефтяной концепции Азербайджана. Баку, 1994, 100 с.

28.

Мировая экономика (под редакцией проф. Ю.А.Щербина) М.: ЮНИТИ-Д 2004, 318 с.

29.

Мищенко И.Т. Скважинная добыча нефти, М.: «Нефть и газ» РГУ нефти и газа имени И.М.Губкина, 2003, 816 с.

30.

Осбринк Б. Империя Нобелей: история о заменитых шведах, Бакинской нефти и революция в России. М.: Текст, 2003, 409 с.

31.

Остальский A. Нефть: Сокровище и Чудовище. M.: Амфора. 2009, 256 c.

32.

Носова С. С. «Экономическая теория. М.: «ВЛАДОС», 2007, 272 с.

33.

Природный газ (под ред. Р.Басби). М.: ЗАО «Олимп-Бизнес». 2003, 240 с.

34.

Перчик А.И. Трубопроводное право. М: Нефть и газ, 2002. 366 с.

35.

Самедзаде З.А «Этапы большого пути - Экономика Азербайджана за полвека, её новые реалии и перспетивы». Баку: Издтельско-Полиграфический Центр «НУРЛАР», 2004, 936 с.

36.

Социально-экономическая география зарубежного мира. (под редакцией члена корреспондента РАН заслуженного профессора МГУ В.В.Волжского) М.: Дрофа, 2003, 190 с.

37.

Тимми Боб А есть ли дефицит? Азбука нефтяной экономики. М.: ЗАО «Олим-Бизнес», 2005, 328 с.

38.

Mushfiq Atakishiyev. New oil policy and economic development in Azerbaijan. Baku: «Aspoligraf» 2007, 400 p.[M.Atakışiyev. yeni neft siyasəti və iqtisadi inkişaf. Bakı: Azpoliqraf, 2007, 400 s.].

39.

Leamer E., 1995, The Heckscher-Ohlin Model in Theory and Practice 320 p (Princeton Studies in International Economics). [Lemer E. 1995, Hekşer-Olin nəzəriyyə və praktikada. Beynəlxalq iqtisadiyyata Prinston tədqiqatları. 320 s.].

40.

www.azstat.org - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

41.

www.economy.gov.az - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi.

42.

www.mie.gov.az - Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi.

43.

www.azerenerji.com - «Azərenerji» ASC.

44.

www.socar.com - ARDNŞ

45

www.oilfund.az - ARDNF

46.

www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.

47.

www.e-qanun.az. - Azərbaycan Respublikasının qanunvericilik aktları.

48.

www.bp.com - BP-Azırbaycan.

49.

www.un.org. - Birləşmiş Millətlər Təşkilatı.

50.

www.europa.eu.int - Avropa İttifaqı.

51.

www.iea.org - Beynəlxalaq Enerji Agentliyi.

52.

www.neftegaz.ru. - Rusiyanın neft-qaz portalı.

 

 

 

 

 

Гаджизаде Эльшан Махмуд оглы

д.э.н., проф., Азербайджанский Государственный Экономический Университет

 

Аннотация

 

Оценка влияния развития нефтегазового сектора

на экономический рост

 

Цель исследования - анализ современного состояния потенциала инфраструктурного комплекса национального нефтегазового сектора, его роли и значения в развитии экономики страны, в том числе оценка влияния на экономический рост самого развития данного сектора.

Методология исследования основывается на структурных методах в трендовом и стуационном подходах системного анализа. В исследовании также использованы способы корреляции и другие эконометрические методы.

Результаты исследования - оценены роль и значение нефтегазового сектора в 1988-2011 гг в структуре ВПП, дан прогноз его влияния на экономический рост в близкой и средней перспективе.

Ограничения исследования:

1) не проведение расчетов в плане,охватывающих более долговременные периоды;

2) отсутствие четких назначений ряда показателей прироста, трудности поиска более широких и всеобъемлющих статистических источников;

3) диверсификационность методического подхода в расчетах.

Практическая значимость исследования - возможность использования как альтернативного источника при проведении расчетов по прогнозам влияния нефтегазового сектора на экономический рост.

Оригинальность и научная новизна исследования: впервые в общеэкономическом в научном контексте дана обширная интерпретация понятия «нефтегазовый сектор», в концептуальном аспекте представлена «национальная нефтяная стратегия», проведены новые научные обобщения в системе основных показателей характеризиющих нефтегазовый сектор, проведена оценка в ретроспективном и переспективном (30 лет) периодах направлений влияния нефтегазового сектора на уровень ВПП.

 

Ключевые слова: нефтегазовой сектор, национальная нефтяная стратегия, экономический рост, бюджетная-налоговоя политика, прогнозирование.

 

 

 

 

 

 

Hajizadeh Elshan Makhmud olqli

Doctor of eсonomics, Prof. Azerbaijan State Economic University.

 

Abstract

 

Assessing the impact of oil and gas sector on economic growth

 

Purpose is analysis of the current state of infrastructure-building complex of the national oil and gas sector, its role and importance in the economic development of the country, including the assessment of the impact on economic growth of the development of this sector.

Methodology is based on the structural methods of trending and situational approaches of systematic analysis. The study also used correlation methods and other econometric methodology.

Findings are evaluation of role and importance of oil and gas sector in GDP in 1988-2011, forecasting of this sector impact on economic growth in the short and medium term.

Research limitations are following:

1) calculations are not covered a longer-term periods;

2) lack of clear assignment of indicators of growth and difficulties of finding a more extensive and comprehensive statistical sources;

3) diversification of methodological approach in calculations.

Practical implication is using of the research as an alternative source for forecasting of the influence of oil and gas industry to economic growth.

Originality is consist of introducing of extensive scientific interpretation of the term of oil and gas sector in context of economics, presenting of the «National Oil Strategy» in conceptual aspect, conducting of a new scientific generalizes using from basic indicators of oil and gas sector and assessment of influence directions of oil and gas sector to GDP.

 

Keywords: oil and gas sector, National Oil Strategy, economic growth, policy of budget and tax, forecasting.

 

JEL Classification Codes: B21, B41, C15, D04, E27.

Şəkil və diaqramları açmaq üçün məqaləni yükləyin: 

 

 

163.Neft-qaz sektorunun inkişafinın iqtisadi artıma təsirinin qiymətləndirilməsi. Azərbaycanın vergi jurnalı. Bakı: № 2, 2012, 3,4 ç.v.

 



[1] Ümid, Babək, Abşeron, Asiman və digər bu kimi yeni yataqlarının tam miqyaslı məhsul verimi bu müddətlərdən sonraya təsadüf edəcəyindən, onlar hesablamalarda nəzərə alınmamışdır.

Şəkil və diaqramları açmaq üçün məqaləni yükləyin: