gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / YENİ İQTİSADİ SİSTEMƏ KEÇİD PROSESİNDƏ MÜHASİBAT UÇOTU, AUDİT İŞİNİN YENİLƏŞMƏSİ VƏ TƏŞKİLİ PROBLEMLƏRİ

27.03.2012

E.M.Hacızadə, «Təfəkkür» Universiteti

Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra digər sahələrdə olduğu kimi, mühasibat uçotu, audit işinin yenidən təşkili və təkmilləşdirilməsi problemləri ilə də üz-üzə dayanmışdır. Artıq respublikada «Mühasibat uçotu», «Auditor xidməti» haqqında qanunlar qəbul edilmiş və bu sahədə müəyyən normativ hüquqi aktlar, qərarlar təsdiq olunmuşdur. Uçot praktikasına «qeyri-maddi aktivlər», «maliyyə qoyuluşları», «icarə münasibətləri», «səhmlər», «istiqrazlar» və s. kimi yeni uçot obyektləri daxil edilmiş, mühasibat uçotunun təşkilində bir sıra dəyişikliklər baş vermiş, «sərbəst mühasib», «müəssisənin uçot siyasəti» kimi anlayışlar yaranmışdır. Mühasibat uçotunun, audit işinin qarşısında duran vəzifələrin yeni iqtisadi sistemə uyğunlaşdırılması prosesi sürətlənmişdir. Lakin bütün bunlarla yanaşı, mühasibat uçotunun, audit işinin səviyyəsinin dünya standartlarına çatdırılması prosesi hələ də özünün tam həllini tapmamışdır. Bunlardan mühasibat uçotunun hesablar planının bazar iqtisadiyyatının tələblərinə dolğun cavab verməməsi, bu istiqamətdə bir çox vacib uçot təlimatlarının tərtibinin sürətləndirilməsi, müəyyən uçot əməliyyatların keçmiş Sovetlər İttifaqının müvafiq təlimatları ilə tənzimlənməsi prosesinin davam etməsi və bu kimi həllini gözləyən uçot atributlarının təkmilləşdirilməsinin ləng inkişafı yeni iqtisadi şəraitdə mühasibat uçotu işinin təşkilində qüsurlu çəhətlərdəndir.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünyanın bir çox iri investorları, maliyyə-sənaye qrupları, ələlxüsus da zəngin neft ehtiyatları ilə əlaqədar nəhəng neft şirkətləri respublikaya sərmayə qoyuluşlarına sürət vermişlər. Bu təşkilatlar kapital qoyuluşu prosesinin həyata keçirilməsində, özlərinin maliyyə işlərinin təşkilində təmsil etdikləri dövlətlərin və ümumiyyətlə, dünya biznesinin qəbul etdiyi mühasibat uçotunun norma və qaydalarına üstünlük verirlər. Bundan başqa Azərbaycana investisiya qoyuluşunu həyata keçirən maliyyə nəhəngləri «Dünya Yenidənqurma və İnkişaf Bankı», «Avropa Yenidənqurma və İnkişaf Bankı» və digər iri banklar, maliyyə qrupları iqtisadiyyatımıza sərmayə qoyuluşlarında, respublikada maliyyə, uçot, audit işinin dünya standartlarınha uyğunlaşdırılması və əmliyyatların Avropa-Amerikanın uçot qaydalarına müvafiq olaraq aparılmasının təkidlə təmin edilməsini şərtləndirirlər.

Məlum olduğu kimi, Azərbaycan Respublikasında mühasibat uçotunun metodoloji mərkəzi respublikanın Maliyyə Nazirliyidir ki, onun da müvafiq idarəsi mühasibat uçotu və hesabatları üzrə bütün məcburi olan normativ hüquqi aktların işlənib hazırlanmasını təmin edir. Bu orqanın imkanları hazırkı vəziyyətdə respublikada mühasibat uçotunun və auditor işinin təşkilində qənaətbəxş səviyyədə deyildir. Bir çox dövlətlərdə mühasibat qanunvericiliyi işini həmin ölkələrin dövlət idarələri, nazirlikləri ilə yanaşı digər iqtisadi-elmi qurumlar da həyata keçirirlər. Burada həmin ölkələrin ictimai təşkilatlarının, mühasiblər-auditorlar ittifaqlarının qanunvericilik təşəbbüslü xidmətləri genişmiqyaslıdır.

Hazırda Rusiya Federasiyasında mühasibat uşotunun bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması prosesi sürət götürməkdədir. 1994-cü ildə Rusiya Dövlət Dumasının büdcə, vergi və maliyyə komitəsində mühasibat, audit və maliyyə statistikası üzrə ekspert şurası fəaliyyət göstərir. Mövcud ekspert şurasının qarşısında audit, mühasibat uçotu, statistika, iqtisadi əsaslandırma kimi qanunvericilik aktlarının işlənib hazırlanması vəzifələri durur. Rusiya dövləti müvafiq işlərə sürət verməklə yanaşı, ölkədə beynəlxalq uçot praktikasına uyğun prinsiplərin qəbul olunması təkliflərini də nəzərdən keçirir. Burada kredit və investorlara tələb üzrə istiqamətləndirərək əyilən və liberal nizamlanan «ingilis-amerikan-holland» sistemi ilə dövlət səviyyəsində əhəmiyyətli dərəcədə bank kreditlərindən asılı olan geniş nizamlanma ilə tənzimlənən «kontinental Avropa» sistemi üzrə mühasibat uçotunun qəbulu üzərində mülahizələr, fikir mübadilələri davam etməkdədir.

Dünya uçot praktikasında məqbul sayılan bu sistemlərə keçmək yüksək səviyyəli mütəxəssislərin, peşakarların mövcudluğunu tələb edir. Məhz buna görə də respublikada beynəxalq standartlara keçidlə əlaqədar mühasibat uçotu, audit işi üzrə kadrların hazırlanmasına xüsusi diqqət yetirilməli, iqtisadi kadrların təkmilləşdirilməsi məsələləri təmin edilməlidir.

Azərbaycanda uzun müddət yüksək ixtisaslı elmi kadrların sayı çox olmuşdur. Bu elmi kadrların əksəriyyəti iqtisad elminin ümumi nəzəri və sahələrinin iqtisadiyyatı problemləri ilə məşğul olmuş, qiymət, maliyyə, mühasibat uçotu, beynəlxalq iqtisadiyyat və sair kimi dövlətçilik baxımından vacib istiqamətlərə nisbətən az diqqət yetirilmişdir. Hazırda isə bazar iqtisadiyyatının tələblərinə müvafiq daha mühüm, menecment, marketinq və sair iixtisaslara ehtiyac daha da artmışdır. Bu xüsusi ixtisas tələb edən elmi kadrların və mütəxəssislərin əksəriyyəti uzun müddət Azərbaycan Dövlət İqtisad İnstitutunda hazırlanırdı. İndiki şəraitdə isə mühasibat, maliyyə, audit kadrlarının mühüm hissəsinin bu elm ocağında və kadr potensialı və maddi-texniki bazası olan digər təhsil ocaqlarında hazırlanmasına üstünlük verilməlidir.

Mühasibat uçotunun yeniləşməsində Qərbin qabaqçıl təcrübəsinə əsaslanaraq Azərbaycan iqtisadiyyatı üçün mümkün mühasibat, uçot prinsipləri qəbul olunmalıdır. Heç şubhəsiz ki, uçotun təkmilləşdirilməsi prosesi iqtisadiyytımızda sahibkarlığın, biznesin inkişafına kömək edəcək, istehsalın artmasını dövlət büdcəsinin möhkəmləndirilməsinin və dövlətin iqtisadi və iyasi qüdrətinin artmasını təmin edəcəkdir.

Bütün bunlara əsasən respublikada müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə təkmilləşdirmə, konkretləşdirmə proseslərinə daha ciddi təşəbbüslər edilməlidir. Azərbaycanın XXI əsrə qədəm qoyduğu ərəfədə mühasibat uçotu, audit işinin yeniləşməsi vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə parael aparılmalı, respublikada uçotun beynəxalq standartlara uyğunlaşdırılmasının təşkilati-texniki məsələləri bazar münasibətlərinin inkişaf səviyyəsi ilə əlaqələndirilməlidir.

8.Yeni iqtisadi sistemə keçid prosesində mühasibat uçotu, audit işinin yeniləşməsi. «Azərbaycan XXI əsrin astanasında» Respublika elmi-praktiki konfransının materialları. Bakı. 1998. 0,2 ç.v.