Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / YANACAQ SƏNAYESİNİN İDARƏETMƏ STRUKTURU: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR
EA-nın İqtisadiyyat İnstitutu, E.M.Hacızadə
Keçmiş SSRİ ərazisində yaranmış yeni müstəqil dövlətlərin hamısı bazar iqtisadiyyatına keçid dövründə sosializmdən miras qalmış idarəetmə strukturlarının yaradılması sahəsində konkret proqramlar həyata keçirir, bununla belə idarəetmə strukturlarının hamısını «sosializmdən qalıbdır» şuarı altında dağıtmaq böyük iqtisadiyyata sarsıntlara gətirib çıxara bilər. Belə hallar 1992-1993-cü illərdə respublikamızda da olmuşdur.
Bu gün Azərbaycan iqtisadiyyatının ən aparıcı sahələrindən olan neft-qazçıxarma sənayesində nəzərdə tutulmuş geniş islahat tədbirlərinin aparılmasını zəruri edir. Bu, hər şeydən əvvəl o deməkdir ki, azad iqtisadiyyat qurmaq tələbləri neft-qazçıxarma sənayesini də əhatə etməlidir. Başqa sözlə, dövlət planlı iqtisadiyyat dövründə olduğu kimi müəsisələrlə partnyorluq (əməkdaşlıq) münasibətləri yaratmağa səy göstərməlidir. İlk növbədə bilavasitə istehsalçı müəssisələrin müstəqilliyi genişləndirilməli, onların Mərkəzi Aparatdan asılılığı köklü dərəcədə azaldılmalıdır. Dövlət ilə müəssisələr arasında əməkdaşlıq bazarlarının yaradılması, istehsalçıların sarsıntılardan qorunması, qarşılıqlı mənafelərə xidmət edən proqramların həyata keçirilməsinə kömək edilməlidir.
Məruzədə quruda neft istehsalı ilə məşğul olan İstehsalat Birliyinin (QNQÇİB) idarəetmə strukturu, birliyə daxil olan müəssisələrdə islahatların dərinləşməsi məsələləri şərh edilir. Bütünlükdə yanacaq kompleksinin idarə edilməsi strukturun təkmilləşdirilməsi məqsədilə respublikada «Yanacaq-Energetika Nazirliyi»nin yaradılmasının zəruriliyi əsaslandırılır.
6.Yanacaq sənayesinin idarəetmə strukturu: müasir vəziyyət və perspektivlər. Aspirantların və gənc tədqiqatçıların respublika elmi konfransının materialları. Azərbaycan Respublikası Təhsil Nazirliyi. II cild, Bakı. 1998. 0,1 ç.v.