Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / NEFT-QAZ İNDUSTRİYASINDA İNVESTESİON LAYİHƏLƏRİN TƏHLİL METODİKASI
AMEA-nın İqtisadiyyat İnstitutunun
Struktüur dəyişiklikləri və sənaye siyasəti sektorunun müdiri,
i.e.n. E.M.Hacızadə
Təsərrüfat həyatının bütün guşələrində olduğu kimi neft-qaz industriyasında da investesion layihələrin qiymətləndirilməsinin iqtisadi və maliyyə təhlili milli iqtisadiyyat ənənələri və tələbləri kontekstində qurulur. Layihələrin qiymətləndirilməsinində iqtisadi təhlilə üstünlük verilsə də, onların investestisiya təminatlılığının, rentabelliyinin əsaslandırılmasında maliyyə analizinin aparılması xüsüsi əhəmiyyət daşıyır. Burada iqtisadi və maliyyə təhlilində fərq əsasən vergi və subsidiyaların şərhində özünü nişan verir. Belə ki, məlum iqtisadi reallıqlara əsasən istehlak edilən resurslara görə ödənilən vergilər layihənin xərclərini və əksinə olaraq isə subsidiyalar gəlirlərini artırır. Buna görə də maliyyə analizində vergi və subsidiyalar bütün digər xərclər və daxilolmalar kimi şərh olunur. İqtisadi təhlildə isə vergi ödənişləri layihənin xərcləri kimi göstərilmir. Vergi ödənişləri bütün vergi qammasını, subsidiya və dotasiyalar isə transfert tədiyyəsini əhatə edir və məntiqi olaraq transfert ödənişləri iqtisadi təhlildə nəzərə alınmır. Nəticə etibarı ilə investisiya layihələrinin iqtisadi təhlilinin əsasında maliyyə qiymətlərinin iqtisadi qiymətlərə çevrilməsi və ya transfert ödənişləri metodikası dayanır.[1,2.]
İnvestesion layihəyə müxtəlif elementlərdən ibarət mürəkkəb açıq sistem kimi baxılır.[2,3.] Layihələrin təhlilində tərəflərin maraqlarının ciddi öyrənilməsi əsas şərt hesab olunur. Belə məqam isə investesion layihələrin təhlilində xüsusi olaraq sistemli və situasion yanaşmanı qaçılmaz edir. Sistemli yanaşma metodlar silsiləsi deyildir. O təfəkkür üsulu kimi layihənin yekcins olmayan mürəkkəb təbiətini nəzərdə tutan yanaşma tərzidir. Sistemli yanaşmadan fərqli olaraq situasion yanaşma konkret məqama cavab verən qərardan üstün qərarın olmadığı mənbədən çıxış edir. Bu onunla izah edilir ki, layihənin gerçəkləşməsinə müxtəlif spektrli amillər, həm xarici və həm də daxili faktorlar təsir göstərir. Belə faktorların davranışı isə situasion təhlil vasitəli metodlarla müəyyənləşir və nizamlanır. Empirik tədqiqatlar göstərir ki, investesion layihələrin mükəmməlliyinin qiymətləndirilməsi sistemli və situasion yanaşma vəhdətində səmərəlidir.
İnvestesiyon layihələrin gəlir və xərclər təyinatı «kölgə qiymətləri»nə əsaslanan iqtisadi təhlillə aparılır.[4.] Konyunktur məqamda və konkret sutasiyada resursun kölgə qiyməti ya alternativ dəyərə və yaxud da istehsal xərclərinin maksimal həddinə ekvivalent tutulur. İstehsal xərclərinin maksimal həddi kimi idxal dəyəri də götürülə bilər. Layihələrin qiymətləndirilməsində gəlir və xərclərin zaman aslılılığı da diqqət mərkəzində olmalıdır. Zaman faktorunu mülayimləşdirmək üçün isə cari və gələcək xərclərin pul ölcüsündə dəyərləndirilməsinin mühümlüyünə nəzər yetirmək vacibdir. Bu texniki fənn diskontlaşmada həllini tapır. Hər biri situasiya müddət aspektinə uyğun olaraq cari dəyərlər gələcək dövrün dəyər münasibəti, onların fərq əmsalı, tətbiqi müvafiq iqtisadi-riyazi modelləşmələrə uyğun olaraq alqoritmik hesablamalarla müəyyən edilməlidir. Bununla belə, neft-qaz industriyasında investesion layihələrin optimal təminatlılığında qiymət riskindən müdafiə məqsədi üçün heycerləşmə təyinatlı sığortalanma mexanizlərindən istifadə səmərlidir. Layihəlirin kompleks təhlili aparılan zaman yalnız fors-major situasiyasından mühafizə tədbirlərinin görülməsi deyil, həm də vurğulandığı kimi, diskontlaşmanı sığortaylayan iqtisadi texnologiyalaradan istifadə edilməli, konkret olaraq heycerləşmə aparılmalıdır. Sınanmış bu analiz metodikası və texnologiyalarından milli neft industriyasının indiki və növbəti inkişaf mərhələsində layihələrin qiymətləndirilməsinin təhlilində istifadə edilməsi tələbi və zərurudir. Belə metodika, iqtisadi mexanizm və texnologiyaları müvafiq layihələrin netto nəticəliyini artıran təminat sistemi kimi də dəyərləndirmək olar.
İnvestesion layihələrin iqtisadi və maliyyə təhlilinin aparılması yalnız nəhəng yataqların işlənməsi sferasını əhatə etməməlidir. İqtisadi inkişafın növbəti fazasında şübhəsiz ki, köhnə yataqlarda, marginal strukturlarda hasilat artımlı və reabilitasiya xarakterli layihələrin işlənməsi gündəmə gələcəkdir. Bu gerçəklik və nikbinlik ondan irəli gəlir ki, respublikanın neft sənayesinin inkişaf perspektivi daxili bazarın təminatında neft biznesinin kiçik və orta çevrədə inkişaf etdirilməsini əsaslandırır. Müasir dünya sivlizasiyası məhz əsas iqtisadi qaynağını mürəkkəb və çox funksiyalı fenomen olan kiçik və orta biznesin təşəkkülü və inkişaf yetkinliyinə bağlayır. Bu əhəmiyyət və keyfiyyətə nail olmada isə daha çox lokal bazarın inkişafına önəm verilməlidir. Azərbaycanın neft-qaz resursları potensialı çox sayda müvafiq investision layihələrin işlənməsinə perspektiv görüntü yaradır. Rusurslardan rasional istifadənin təminatı isə bütün proseslərə elmi-analitik istiqamət verən vahid Neft İnstitutunun təsisatını zəruri edir. Respublikamızın neft institutları baxımından kasadlığı yoxdur. Analoji situasiya Rusiya Federasiyasına da şamildir. Buna baxmayaraq, böyük ölkədə vahid neft institutunun yaradılması ideyası gerçəkləşdirilir.[4.] Eyni profilli və təyinatlı vahid koordinasiyalı institutlar ABŞ və Fransada çoxdan fəaliyyət göstərirlər. İnvestesion layihələrin işlənməsi və iqtisadi təhlili yalnız mərkəzləşmiş institutun yaradılması ilə bitmir. Daha səmərəli fəaliyyət institusional dəyişikliklərin dərinləşməsi və təkmilləşməsini şərtli edir. Bu baxımdan neft-qaz industriyasının bütün silsilədə fəaliyyət nizamını təmin edən normativ-hüquqi aktlar işlənməli və təkmilləşməlidir. Bu neft-qaz ehtiyatlı ölkədə neft iqtisadiyyatını optimal nizamlayan sahəvi qanunlar toplusu, daha dəqiq isə neft kodeksi işlənib hazırlanmalıdır.
ƏDƏBİYYAT
1.Богданчиков С.М., Перчик А.И. Соглашение о разделе продукции. М: «Нефть и газ». 1999. с.393.
2.Гитман Л.Д., Джонс М.Д. Основы инвестирования. М: Дело. 1999. с.1008.
3.Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı, Elm. 2002. s.472.
4.http://www. neftegaz.ru.
52.Neft-qaz industriyasında investision layihələrin təhlil metodikası. Аzərbayсan iqtisadiyyatı yüksəliş yolunda. АMEА-nın İqtisadiyyat İnstitutu. /məqalələr toplusu/ IV (XIII) Bakı. 2003. 0,2 ç.v.