Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / TRANSFORMASİYA MƏRHƏLƏSİNDƏ SOSİAL-İQTİSADİ İNFRASTRUKTURUN FORMALAŞMASI XÜSUSİYYƏTLƏRİ
i.e.n. E.M.Hacızadə
Bəşəri yaşayışın müasir tələb və zərurətləri, transformasiya mərhələsində olan respublikamızda da yeni modern sosial-iqtisadi infrastrukturun formalaşmasını şərtləndirmişdir. Bu baxımdan ölkədə sosial siyasətin əsas məqsədlərində ifadə olunan dolğun rifahı təmin edən müasir sosial-iqtisadi infrastruktur elementləri aşağıdakı prioritetlərdə əksini tapmalıdır:
əhalinin həyat keyfiyyəti və uzunömürlülük səviyyəsinin yüksəlişi;
sağlam, aktiv yaradıcı nəslin formalaşması;
yeni mədəni sferanın təşəkkülü;
peşəkar təhsilin təkmilləşdirilməsi;
əməyin ekoloji və erqonomik şəraitinin yaxşılaşdırılması;
əmtəə və xidmətlərin həcm genişliyi və əhalinin ödənişqabiliyyətliliyinin yüksəlişi;
mənzil şəraitinin keyfiyyət artımı və kommunal məskunlaşmanın ləğvi;
gənclərə, təqaüdçülərə qayğının və həmçinin əhalinin bütün qrupları üzrə sosial müdafiənin gücləndirilməsi;
Bununla belə, əməkməşğullu əhalinin yaradıcı potensialının reallaşmasına yardım edən, xidmət sferasında sosial qarantlar verən, kommersiya fəaliyyətini gücləndirən obyektlərin inşaası, idman, turizm və asudə vaxtın rasional təşkili sahəsində mədəni kütləvi tədbirlərin işlənməsi və gerçəkləşdirilməsi, səhiyyə sisteminin təkmilləşdirilməsi sosial infrastrukturu rövnəqləndirən sosial siyasət prioritetləri sırasındadır. Müvafiq gerçəkliklərin tam təşəkkülü və dayanıqlı obrazda formalaşması yeniləşmə tendensiyasında islahat tədbirlərinə praqmatik yanaşma və bu zəmində institusional transformasiya zəruriliyini də önə çıxarır.
53.Transformasiya mərhələsində sosial-iqtisadi infrastrukturun formalaşması xüsusiyyətləri. 2002-ci ildə Аzərbayсan Dövlət İqtisad Universitetinin büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktiki konfrans. Bakı. 2003. 0,1 ç.v.