gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / KÖHNƏ YATAQLARI ƏHATƏ EDƏN İSTİSMAR ZONASINDA KONSESSİYA TƏYİNATLI KONTRAKT FORMALARININ TƏTBİQ SƏMƏRƏLİLİYİ

06.03.2012

 ADİU, i.e.n. E.M.Hacızadə

Davamlı intensiv və ekstensiv istehsal prosesi nəticəsində köhnə yataqları əhatə edən istismar zonasında neft-qaz hasilatı enmə fazasına daxil olmuşdur. Marginal vəziyyətdə olan bu yataqlarda kəskinləşən dağ-mədən geoloji çətinliklərlə əlaqədar hasilat artımına nailolma yeni texnoloji yanaşma və aktiv maliyyələşmə tələb edir. Çətin təsərrüfat vəziyyəti və «ödəməmələr sindromu» ilə qarşı-qarşıya dayanan istehsalat kompleksinin isə bu tələbləri dolğun təmin etməyə maliyyə və texnoloji potensialı xeyli məhdudlaşmışdır. Müasir mərhələdə kompleksdə daxili ehtiyatlar hesabına hasilatın sabitləşməsi və artırılması strategiyasına üstünlük verilsə də, perspektivdə reabilitasion prosesə kompleks xaricindən investisiyaların cəlb edilməsi qaçılmaz olacaqdır. Lakin dünyanın aparıcı neft şirkətləri ehtiyatlar diapozonu və rentabelliyi daralmış belə yataqlarda sərmayə qoyuluşlarına maraqlı deyillər. Yaranmış situasiya investesion konfiqurasiyada dövlət transfertləri istisna olmaqla, kiçik və orta biznes şəbəkəsində xarici və daxili investorların cəlb edilməsini şərtləndirir.
Dünya neft biznesində yataqların işlənilməsində idarəetmənin forma və mexanizmləri geniş spektrlidir. Bu müxtəliflik çeşidində ənənəvi və modernləşdirilmiş konsessiya kontrakt üsulları sınaqdan çıxmış və daha səmərəli hesab edilən metodlar sırasındadır. Lüğəti interpretasiyada və iqtisadi anlamda konsessiya dövlət və ya bələdiyyəyə mənsub təbii sərvətlərin, müəssisələrin və digər təsərrüfat obyektlərinin təsibit olunmuş müddətdə müqavilə əsasında istismamra verilməsi formasıdır. Azərbaycanın mövcud qanunvericilik şəbəkəsi bu və ya digər dərəcədə milli neft sektorunda dünya praktikasında təsdiqini tapmış adekvat kontrakt formalarının tətbiqinə, onların legitimləşməsinə imkan verir. Konkret olaraq isə icarə, dövlət müəssisələrinin müqavilə əsasında idarəetməyə verilməsi, lisenziyalaşdırma və digər müvafiq normativ-hüquqi aktlar yeni kontrakt formalarının tətbiqində ilkin qanuni baza kimi çıxışetmə imkanı yaradır. Neft sektorunu əhatə edən qanunvericilik şəbəkəsinin unifikasiyası və vahid məcəllə sistemində təşəkkülü isə hədəf seçilən perspektivi daha məzmunlu gerçəkləşdirə bilər. Bu strateji xəttin reallaşması mineral-xammal resurslarının rasional mənimsənilməsində iqtisadi-hüquqi münasibətlərin dərinləşməsi və təkmilləşməsi istiqamətində daha üstün səmərəliliyi təmin edəcəkdir. Konsessiya formasının tətbiqi mədən və ya onun fraqmenti çərçivəsində pilot formada sınana bilər. Fikrimizcə, qurudakı yataqları əhatə edən istismar zonasının azdebitli mədən zolaqları konsessiya təyinatlı iqtisadi əməkdaşlığın ən dar çərçivədə eksperimental seçim meydanı olaraq daha cəlbədici və praktiki əhəmiyyətlidir.

56.Köhnə yataqları əhatə edən istismar zonasında konsessiya təyinatlı kontrakt formalarının tətbiq səmərəliliyi. «Аzərbayсan Respublikasında sahibkarlığın inkişafında orta ixtisas müəsissələrinin rolu» Ümumrespublika elmi-praktik konfransı. Аzərbayсan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Аzərbayсan Respublikası Təhsil Nazirliyi, Аzərbayсan Maliyyə İqtisad Kolleci. Bakı. 2003. 0,1 ç.v.