Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / SOSİAL TƏMİNATLAR SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ
SİETL-in müdiri, i.e.n. E.M.Hacızadə
Sosial aspekt müasir zamanda sivilizasiyanın ən mühüm qaynaq elementlərinin ümumi favoritinə çevrilmişdir. Hər bir nemət və sərvətin bəşəri ehtiyacların artan tələblərinin dolğun təmin edilməsində əks olunan çağdaş cəmiyyət quruculuğu məhz sosial sferanın son dərəcə təkmil strukturda təşəkkülünə əsaslanır. İnsanın təbii, ictimai hüquq və azadlığını tam bərqərar etmək səyləri sosial dirçəliş vektorunda genişlənərək tərəqqi edir. Artan bəşəri tələblər sosial təminatlar sisteminin daim təkmilləşən çevrədə, adekvat konstruksiyada inkişafını şərtləndirir. Bu baxımdan sosial təminatlar sisteminin müasir paradiqmasının mahiyyət və motivasiyasını təhlil edərək inkişaf ssenarisinə uyğun onun yeni indikatorlarının müəyyən olunması aktual səciyyə daşıyır.
Əhalinin sosial təminatlar sisteminin əsasını ümumi sosial transfertlər, əmtəə və xidmətlər üzrə subsidiyalar, istehlak mallarının hədli indeks qiymətləri, pərakəndə ticarətin mühüm əmtəələrinin mütləq normativlərinin təyinatı, kvotalaşdırma kimi müxtəlif kateqoriyalı imtiyazlar həlqəsi təşkil edir. Bununla belə, müvafiq sistem prinsip etibarı ilə ən ehtiyaclı əhalinin problemlərini resursların təkrar bölgüsü kontekstində tam həll etmir. Sosial təminatlar büdcə sistemində yüklü vahə tutaraq real sektorun özünün rəqabətqabiliyyətini məhdudlaşdırır. Keçid sistemini yaşayan postsosialist ölkələrinin bir qismində ətalətli olaraq davam edən pulsuz təhsil və səhiyyənin formal mövcudluğu isə heç də yüksək sosial təminatlılığı əks etdirmir. Yeni sosial təminatlar sistemi isə daha konkretlik tələbində bulunur. Bu istiqamətdə aztəminatlı vətəndaşların say tərkibini azaltmaq üçün xüsusi dövlət proqramlarının hazırlanması, yoxsul təbəqənin ehtiyaclarını ödəmək üçün ünvanlı qayğını təmin edən sosial-iqtisadi konturlu mexanizmin yaradılması vacib amil hesab edilir. Yeni sosial islahatlar strategiyasında isə ünvanlı sistemə keçid mühüm rol oynayacaqdır.
Sosial təminatlar sisteminin obyektiv görüntüsünü və inkişaf perspektivlərinin təhlili onun struktur və mahiyyətinin, mühüm indikatorlar şəbəkəsinin araşdırılması diapazonunda səmərəlidir. Bu araşdırma isə sosial siyasətin məqsəd və məramının müqayisəli təhlil kontekstində elmi interpretasiyasına əsaslanır. Burada həmçinin lokal çevrədə sosial islahatların gedişini açıqlamaq, mütərəqqi sayılan xarici dövlətlərdə intişar tapmış müvafiq sosial modellərlə paralellər aparmaq, sosial prioritetləri rəhbər tutan, vətəndaşlıq mövqelərinə istinad edən ədalətli cəmiyyət quruculuğunda ictimai təminatın təkmil və daim mütəmadi təkmilləşən optimal sistemini - sosiallaşan bazar strukturu yaratmaq tələbi dayanır.
70.Sosial təminatlar sisteminin təkmilləşdirilməsi problemləri. 2003-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktiki konfrans. Bakı. 2004. 0,1 ç.v.