gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / MİLLİ NEFT SEKTORUNDA İNNOVASİYA FƏALİYYƏTİNİN GENİŞLƏNDİRİLMƏSİ PERSPEKTİVLƏRİ

13.01.2012

 ADİU, i.e.n. E.M.Hacızadə

Təşkilati innovasiya fəaliyyəti elmi-texniki və intellektual potensialı səfərbər edərək daha optimal və davamlı səmərəliliyə müvəffəq olmanı şərtləndirən tədbirlər sistemidir. Neft-qaz industriyası da innovasiya fəaliyyətinin məhsuldar, sınanmış və geniş tətbiq tələb edən sahələrindəndir. Burada innovasiya fəaliyyətinin inkişaf etdirilməsi sahəvi elmi-texniki potensialın durumu, keyfiyyət və kəmiyyət parametrləri ilə səciyyələndirilir. Prosesli və dinamik olmaqla innovasiya bu baxımdan milli neft sektorunda bütün qammada, həm texnoloji və həm də idarəetmə kontekstində əhəmiyyətini nümayiş etdirmək imkanlıdır.
Məlum faktdır ki, Xəzərin yeni neftli strukturlarının mənimsənilməsinin texnoloji və iqtisadi strategiyası innovasiya nailiyyətləri sferasında cərayan edir. Lakin bununla belə qətiyyətlə demək olmaz ki, yeni yataqların işlənməsində konsorsium tərəfdaşları tamlıqla ən müasir və qabaqcıl texnologiyaları reallaşdırırlar. Burada digər bir prinsipial məsələ isə ondan ibarətdir ki, tərəfdaşların tətbiq etdiyi innovasiyalar gerçəkdə ölkənin hüdudları kənarında yaranaraq respublikaya gətirilir. Belə hal isə innovasiya yaranışı deyil, məhdud da olsa, əslində innovasiya daxılı kimi qiymətləndirilir.
Azərbaycanın neftin əzəli dünyəvi industrial mərkəzərindən biri kimi, ötən əsrlər əhatəsində müvafiq sahədə yeni yaranışlar və texnologiyarın ixtirası və mənimsənildiyi regionlar sırasında məxsusi yeri danılmazdır. Neftçi mühəndislərinin, geoloq və alimlərinin elmi tərəqqi yenilikçiliyi, verilən səmərələşdirici təkliflər diapazonu, qabaqcıl sənaye nümunələrinin hazırlanması, texnoloji nou-xaular, neft sənayesinində geniş silsilədə tətbiq edilən digər qeyri-maddi aktivlərin yaranışı ilə ölkəmiz neft aləmində həmişə fərqlənmişdir. İndi də bu fərqliliyi nümayiş etdirmək üçün elmi-intellektual potensial genişliklə mövcud və yetərlidir. Buradakı problem isə daha çox maliyyə təminatı ilə əlaqələndirilməlidir.
İnnovasiya fəaliyyətində maliyyə təminatı çoxaspektli bir məsələdir. Vurğulamaq lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən müvafiq profilli xarici donor təşkilatları respublikada innovatikanın genişləndirilməsi və bu sahədə yeni layihələrin işlənməsini maliyyələşdirməkdə maraqlıdırlar. Onların bu qayğısından faydalanmaqda isə respublikamız digər MDB ölkələri ilə müqayisədə o qədər də səmərəliliyə nail ola bilməmişdir. Lakin bununla belə, innovasiya tərəqqisinin əldə edilməsi heç də, xarici qrantlara köklənilməməlidir. Maliyyə mənbələri əksərən daxildə, xüsusən də innovasiyalara daha çox ehtiyacda bulunan neft-qaz sənayesində aranmalı və təyinatlı istifadəsini tampalıdır.
Azərbaycanın neft-qaz sektorunun iqtisadi effekti elmin, innovatikanın inkişafında mühüm gücə malikdir. Bu potensialdan dolğun istifadə etməklə neft-qaz industriyasının texnoloji yeniləşməsinə, sahəvi elmin inkişafına müvəffəq olmaq və bununla da iqtisadiyyatın digər sferalarında da innovasiyanı inkişaf etdirmək mümkündür. Öncəsi isə milli neft sektorunda innovasiya fəaliyyətini genişləndirmək, layihələri «portfel problemlər» əsasında işləmək və reallaşdırmaqla qabacıl elmi-texniki nailiyyətlər əldə etmək gərəklidir. Yeni innovasiya sisteminin təminatı isə neft-qaz sənayesində material və enerji məsrəfinə, əmək haqqına, maya dəyərinə, mənfəətə, fondveriminə, rentabelliyə və hamılıqla bütün texniki-iqtisadi indikatorlara təsir edərək sahəvi səmərəliliyi artıracaq, bununla həmçinin digər sektorlarda da adekvat silsiləvi multiplikativ effektlər doğuracaqdır.

100.Milli neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi perspektivləri. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktiki konfrans. Bakı. 2006. 0,1 ç.v.