Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / YANACAQ-ENERGETİKA KOMPLEKSİNİN MODERNİZASİYASI PROBLEMLƏRİ
UOT 338:622.276. ADİU, E.M.Hacızadə
Enerji istehlakı sənayeləşən, texnoloji harmonikləşən iqtisadiyyatın durumu ilə daim birbaşa bağlı olmuşdur. XX əsrdə əmtəə istehsalında başlanan radikal dəyişikliklər istehsalın texnogenlik tutumunu xeyli artıraraq müasir dövrdə biogen faktor konfiqurasiyasında 95:5 nisbətində qərar tutmuşdur. Bu dinamizmi isə əlahiddə bir industrial şəbəkə - Yanacaq-Energetika Kompleksi /YEK/ qaynaqlandıraraq nizamlamaqdadır. İqtisadi hazırlıq, təsərrüfat sisteminin açıq və avtarkiyalığından asıılı olmayaraq istənilən ölkə YEK-də generasiya olunan adekvat enerji istehlakı mənsubluğa məhkumdur.
Dünyanın iqtisadi artımı hər il yüksələn enerji resurslarının mənimsənilməsi ilə təmin olunur. Genişlənən iqtisadi miqyaslar yeni energetik potensiallı əraziləri istehlak obyektinə çevirir. Bununla belə sivilizasiyanın inkişaf tələbləri energetik ehtiyatların daha qənaətli və ekosivil nizamda istehlakını şərtləndirir. Elə bu baxımdan da akademik A.X.Mirzəcanzadə resurslar qənaətçiliyini təbiət və cəmiyyətin balanslıq meyarı kimi dəyərləndirərək energetik sistemlərin səmərəliliyinin artırılmasını vacib iqtisadi inkişaf faktoru olmasını qeyd edir [1].
Ənənəvi neft ölkəsi olan Azərbaycanda da enerji resurslarından optimal və səmərəli biçimdə istifadə problemi kəskinliklə aktuallığını artırır. Ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi olaraq YEK Azərbaycan dövlətinin tərəqqisinə, onun ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən proseslərə böyük təsir göstərir. Əhəmiyyət diapazonu daim genişlənən YEK çağdaş zamanda milli iqtisadiyyatda mühüm multiplikator rolunu ifadə edərək büdcə konsolidasiyasının başlıca donoruı fuksiyasını da yerinə yetirir. Respublikanın müasir elmi-texniki, sənaye-istehsal potensialını və inkişaf perspektivlərini bu komplekssiz təsəvvür etmək mümkün deyildir. Məhz buna görə də, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və onun iqtisadi dirçəlişi YEK-in modernizasiyasını və sahənin dövlət tənzimlənməsində sistemliliyinin, praqmatizmin yüksəldilməsini mühüm obyektiv zərurətə çevirir.
* * *
Elmi-empirik müstəvidə YEK energetik resurslarının hasilatı və onların müxtəlif enerji növlərinə çevrilməsi prosesi kimi şərh edilir. Bununla belə bir sıra elmi ədəbiyyatlarda ayrı-ayrı alim və mütəxəssislər tərəfindən YEK-in daha geniş məzmunda interpretasiyalarına rast gəlinir. YEK konkret olaraq elektroenergetika, yanacaq növlərinin istehsalı və emalını birləşdirən sənaye sahələrinin məcmusu, enerji resurslarının hasilatını, emalını və hazır məhsulun əlverişli formalarda istehlakçılara çatdırılması prosesləri kimi də anlaşılır (2, 3). Bütün bu keyfiyyət çalarlarını birləşdirərək əyani obrazda YEK-in ümumiləşən ərazi-struktur təsinaftını aşağıdakı sxem tərtibatda təqdim etmək olar:
Sxem
Yanacaq-energetika kompleksinin ərazi-struktur təsinafti
Enerji problemi həmişə iqtisadiyyatın vəziyyəti ilə əlaqəli olmuşdur. Bu baxımdan Ümüm Daxili Məhsulun /ÜDM/ artımı da mütəmadi olaraq enerji istehlakının genişlənməsi ilə müayiət edilmiş, yeni energetik güclərin aşkarlanmasını stimullaşdırmışdır. Bununla belə ÜDM-in enerjitutumu sənayecə inkişaf etmiş ölkələrdə artan texnoloji nailiyyətlər, innovasion investisiyalar hesabına daim aşağı düşməkdədir.
Hazırda dünya iqtisadiyyatında YEK-in investisiya tələbləri $1 trilyon civarında tədavül edir. Buna müqabil olaraq isə beynəlxalq maliyyə bazarında YEK-ə istiqamətlənən resursların həcmi əhəmiyyətli dərəcədə məhduddur. İnvenstisiya payı YEK-də 28-30% olan Rusiyada müvafiq sahəyə yönələn hər rubl multiplikativ vektorda ÜDM-in 1,5-1,6 rubl artımına gətirir. Lakin bu ölkə ilə yanaşı, əksər transformasiya mərhələsini yaşayan dövlətlərdə də yüksək kapitaltutumlu kompleksdə başlıca problem invenstisiya çatışmamazlığı olaraq qalır. Analoji situasiya Xəzərdəki offşor zona istisna olmaqla bütün Azərbaycan YEK-inə də şamildir. Belə ki, hazırda ÜDM-in yarıdan çoxunu, dövlət büdcəsinin isə yetərli hissəsini təşkil edən ölkə YEK-i özü staqnasiya vəziyyətindən tam qurtula bilməmişdir. Bu gün bu istiqamətdə uzun müddətləri hədəf seçən energetik strategiyanın işlənməsi, YEK-in struktur və infrastruktur təkmilliyi, ayrı-ayrı yanacaq növləri üzrə perspektiv balansların hazırlanması problemi iqtisadi təhlükəsizlik baxımından ən mühüm dövləti prioritetlər sırasında yer alır. Dövlət siyasəti bu amilin son dərəcə vacib və fəsadlılıq cəhətinə rəğmən təkimilləşdirilir və inkişaf perspektivində proqramlı planlaşdırmanı rəhbər tutur. Elə buna görə də ötən illər ərzində Azərbaycan tarixində ilk dəfə YEK sahələrini koordinasiya edən əlahiddə «Yanacaq Energetika Nazirliyi» təsis olunmuşdur. Lakin təşkilatlanma mərhələsində ikən bu nazirlik 2004-cü ildə daha həcmli təsərrüfat auditoriyasında - «Sənaye və Energetika Nazirliyi» formatında yenidən təsisatlandırılmışdır. Nazirliyin fəaliyyət missiyasının əsas reqlamentasiya sənədi kimi ölkə prezidenti İlham Əliyev cənablarının 2005-ci il 14 fevral tarixli sərəncamı ilə «2005-2015-ci illər üzrə Azərbaycan Respublikasının Yanacaq-Enerji Kompleksinin inkişafı üzrə Dövlət Proqramı» çıxış etmişdir. Onillik müddəti əhatə edən proqramda ümumi məqsəd YEK-in hərtərəfli inkişafı zəminində əhalinin və iqtisadiyyatın elektrik enerjisinə, təbii qaza və digər enerjidaşıyıcılarına olan ehtiyacını daha dolğun ödəməkdən ibarətdir. Məqsədə yetişmənin əsas vəzifələri sırasında isə YEK-in müasir tələblərə uyğun inkişaf xəttini müəyyənləşdirmək, sənaye sahələrinin fəaliyyət səmərəliliyinin artırılması üçün uyğun elmi-texniki və təşkilati tədbirlər görmək, enerji sektorunda sağlam rəqabət mühiti formalaşdırmaq, istehsalın güclənməsinə cəlb olunan sərmayələrin həcmini artırmaq və ekoloji təhlükəsizliyi optimal təmin etmək kimi prioritet istiqamətlər dayanır (4, 5).
Hesab edilir ki, müstəqil Azərbaycan tarixində YEK-in hərtərəfli inkişaf istiqamətlərini bir araya gətirən bu proqram sənədində qarşıya qoyulmuş vəzifələrin təsbit olunmuş vaxt ərzində və səmərəliliklə yerinə yetirilməsi kompleksdə başlanan islahat tədbirlərini daha geniş miqyaslı məcraya yönəldəcəkdir. Bununla belə müəlliflər vurğulayırlar ki, ərazisinin 70%-i neft-qaz resursları ilə zəngin olan ölkədə daha uzunmüddətli elmi-fundoamental miqyaslı yanacaq-enerji konsepsiyasının işlənməsinə zərurət vardır. Bunun üçün isə ölkədə qlobal arenada geniş institusional zəmində intişar tapmış, dolğun informatik təminatlı, aydın metodologiyalı və cəbri hesablanmış energetik strategiya paradiqmaları təcrübələndirilməlidir (6, 7).
Bu gün respublikada YEK iqtisadiyyatın digər sahələri ilə o dərəcədə sıx əlaqədardır ki, burada iqtisadi islahatları, onlardan forma və məzmunca təcrid edilmiş şəkildə aparmaq səmərəli olmazdı. Bu baxımdan, bütünlükdə iqtisadi islahatların ümumi xarakter daşıyan prinsipial istiqamətlərini müəyyən etmək və onların YEK-də xüsusiyyətlərini nəzərə almaqla tətbiqi vacib məsələdir.
* * *
Azərbaycan Respublikasında yanacaq-enerji resurslarının 2003-cü ildə həcmi 50 milyon ton şərti yanacağa ekvivalent hesablanır. Bu resursların 33,5%-ni ixrac, 2,7%-ni itkilər və qalan hissəsini isə daxili istehlak təşkil edir. İstehlak yanacağın 27,6%-i elektrik və istilik enerjisinin istehsalına, 33,7%-i xammal kimi, 38,7%-i isə digər ehtiyaclara sərf edilmişdir (8). Yaxın 10-15 il ərzində kontraktların əhatə etdiyi zonada hasilat gündəlik toplumda 1 milyon barrel neftə bərabər olacaqdır. Bu qədər potensial üçün adekvat ixrac kommunikasiyaları inşa edilsə də, artan daxili tələblər fonunda YEK-in özünün köhnə yataqları əhatə edən istismar zonasından, ümumi emal, təchizat, nəql və satış sferasına qədər modernizasiyası problemi kafi həllinə çatmamış qalır. Bu sırada iqtisadiyyatın və əhalinin enerji təminatı və təbii qaz təchizatının yaxşılaşdırılması problemi daha kəskinliyi ilə fərqlənir.
Azərbaycanda hazırda 5 milyard m3 təbii qaz, mövcud istilik və su elektrik stansiyalarında 5 min meqovattdan artıq elektrik enerjisi istehsal olunur. Ölkənin hidroenerji ehitiyatlarından dolğun istifadə edilmir. Hesablamalar göstərir ki, respublikada mövcud çayların hidroenerji ehtiyatı 5,5 milyon kvt/saat-a bərabərdir. Buraya termal mənbələrin, digər bərpaolunan enerji potensialını əlavə etdikdə intəhasız bir energetik toplum yaranır. Aşkarlanan və perspektiv yataqlarda mövcud karbohidrogen ehtiyatları və onların daha səmərəli istismarı kontekstində isə mövcud toplum daha da vüsətlənir. Davam edən investisiya qıtlığı, texnoloji gerilik səmərəsizlik müsətəvisində izafi enerji potensialına malik respublikanı hazırda idxal resurslarında istifadəyə məcbur edir. Buna görə də hər il ölkə xaricdən 1 milayrd kvt/saat elektrik enerjisi və 4-5 milyard m3 təbii qaz alır. Qaz kommunikasiya xəttləri və ötürücü qurğuların, elektrik stansiyaların 70-80%-inin fiziki və mənəvi köhnəlməsi amili isə ümumi enerji təchizatında fasilələrə gətirir. Prosesdə ən böyük səmərəsizliklərdən biri də itkilərlə bağlanılır. Belə ki, yanacaq-enerji sektorunda bu itkilər yüksək: elektrik enerjisi üzrə 18-20%, təbii qaz üzrə 10-14%/ olaraq qalır.
Aşağıda respublikada mövcud yanacaq-enerji növlərinin ehtiyatları və istehlakını əks etdirən cədvəl məlumatı verilmişdir (8):
Cədvəl
Azərbaycanda 1990-2003-cü illərdə elektrik enerjisinin,
təbii qazin ehtiyatlari və istehlaki
Göstəricilər |
1990 |
1995 |
2000 |
2001 |
2002 |
2003 |
|||||
Elektrik enerjisi (milyon. kvt/saat) |
|||||||||||
Ehtiyyatlar - cəmi |
24904 |
17943 |
19571 |
20612 |
21076 |
23722 |
|||||
Daxili istehsal |
18439 |
15001 |
16423 |
17086 |
16317 |
18407 |
|||||
İtkilər |
3109 |
2443 |
2770 |
2560 |
3834 |
4444 |
|||||
İxrac |
3356 |
499 |
378 |
966 |
925 |
871 |
|||||
Təbii qaz (milyon. m3) |
|||||||||||
Ehtiyyatlar - cəmi |
24847 |
9191 |
6356 |
9270 |
9408 |
9541 |
|||||
Hasilat |
9926 |
6644 |
5642 |
5535 |
5144 |
5128 |
|||||
İdxal |
13441 |
579 |
293 |
3337 |
3935 |
4079 |
|||||
Daxili istehlak |
16931 |
8151 |
5472 |
8319 |
8454 |
8725 |
|||||
İtkilər |
913 |
639 |
486 |
622 |
620 |
470 |
|||||
İxrac |
5424 |
- |
- |
- |
- |
- |
Cədvəl məlumatlarından aydın görünür ki, istehsal və istehlak tələblərinin dinamikası ilə itkilər proposiyası arasında qeyri-mütənasiblik mövcuddur. Bu disbalans təbii qaz sferasında mülayiləşməyə doğru getsə də elektrik enerjisi istehsalında dəyişməz olaraq qalır. Analoji vəziyyət neft hasilatı sferasında da özünü göstərir. İtkilər problemini isə heç də renovasiya prosesinin ləngiməsi ilə bağlamaq olmaz. Problemin ölkəmizdə genetik kökləri vardır. Belə ki, bol karbohidrogen təyinatlı enerji resursalarına malik əksər ölkələrdə olduğu kimi Azərbaycanda da qənaətli sərt istismar qaydaları tətbiq olunmamışdır. Bu isə təchizatda və istehlakda davamlı israfçılıq meyilləri ilə müayiət olunmuşdur. Hesab edirik ki, YEK-in modernizasiyası çərçivəsində qloballaşan ekoloji iqtisadiyyatın prinsiplərinə uyğun ölkəmizdə də ekosivil enerji normalarına trasformasiya bərqərar olacaqdır.
Respublikanın yaxın perspektiv üçün təbii qaza 12-14 milyard m3, elektrik enerjisinə olan tələbatı 8-10 min meqovatt hesablanır. Dövlət bu gücləri təmin etmək istiqamətində bir sıra silsiləvi tədbirlər görməkdədir. Belə ki, enerji kasadlığını mülayimləşdirmək üçün hazırda idxal qazının həcmi artırılmış, kiçik elektrik stansiyalarının tikilməsi işinə start verilmiş və bu məqsədlə 2005-2007-ci illərdə ümumi gücü 450-460 mvt olan $480 milyon dəyərində 52 stansiyanın alınması nəzərdə tutulmuşdur. Təbii qazla işləyərək hər biri 8,7 mvt gücündə olan bu stansiyalar Bakıda, Naxçıvanda, Astarada, Xaçmazda və Şəkidə quraşdırılacaqdır (4, 8). Bununla belə təhlili hesablamalara görə yaxın illərdə ölkə əhalisini və bütövlükdə iqtisadiyyatı təbii qaz və elektrik enerjisi ilə dolğun təmin etmək mümkün olmayacaqdır. Vəziyyətdən çıxış yolunda enerji istehsalında diversifikasiya proseslərinin aparılmasi, yeni alternativ energetik sistemlərin yaradılması prosesinin sürətləndirilməsi, postneft epoxası görüntüsündə isə növbəti strategiyanın işlənilməsi vacib hesab edilir. Bu istiqamətdə tərəfimizdən bərpaolunan enerji sistemləri: külək, günəş, energetik plantasiyaları və fermalarının yaradılması ilə yanaşı daha çox istilik-nüvə enerji kompleksli oriyentasiyaya keçidin perspektivliyi və məhsuldarlığı əsaslandırılır (6). Araşdırmalar göstərir ki, respublikada iqtisadi artım YEK-də yeni istehsal güclərinin buraxılışı və istehsal aparatının kardinal yeniləşməsi olmadan mümkün deyildir. Buna görə də bütün islahat tədbirləri paralel olaraq YEK-in artan tələblərə uyğun mütəmadi modifikasiyası və modernizasiyası proseslərinin reallaşması ilə müşayiət edilməlidir.
YEK-in modernizasiyası infrastrukturun təkmilləşməsini, hasilat sferasında axtarış-kəşfiyyat işlərinin genişləndirilməsini, innovasion nailiyyətlərin, mütərəqqi biznes texnologiyalarının tətbiqini, neft-qaz emalı sektorunda və nəql sistemində istehsal güclərinin optimallaşdırılmasını tələb edir. Modernizasiya işləri isə yüksək investisiyalar ehiyacındadır və sahənin özündə belə vəsaitlər hələ ki, məhduddur.
YEK-in modernizasiyası ilə bağlı investesiya prosesində iki ssenari nəzərdən keçirilə bilər. Birincisi artan neft-qaz hasilatı hesabına əldə olunan gəlirlərin mühüm hissəsinin YEK-də revinvestisiyalaşdırılması. İkincisi kompleksdə liberal islahatlar çevrəsini, səhmləşmə prosesini genişləndirməklə xarici və daxili özəl portfel investisiyalara yol açılması. Bununla belə vurğulanmalıdır ki, hər iki ssenaridə məhsuldar nəticəlilik institusional islahatların dərinləşməsi və sahəvi normativ-hüquqi bazanın universal standartlar adaptasiyasından asılı olacaqdır.
YEK-in səmərəliliyinin artırılması ölkə iqtisadiyyatının sürətli inkişafına şərait yaradan amildir. Lakin bu prosesdə də şəffaflığın və sosial ədalətin təmin olunması vacib əsaslıdır. Ona görə də kompleksdə mövcud tariflərə sosial-iqtisadi durum meyarlığına istinadən yenidən baxılmalı, dolayısı tətbiq olunan subsidiya strategiyasının ünvanlı formada kvotalaşmasna keçid edilməlidir.
* * *
YEK-in modernizasiyası problemlərini tədqiq edərək alınan nəticələr ümumiləşdirilərək aşağıdakı prioritetlər silsiləsində təqdim olunur:
sistemli olaraq enerji təminatını ayrı-ayrı energetik resurslar üzrə hazırlanmış uzunmüddətli istehsal və istehlak balanslarının əsasında reallaşdırılması;
YEK-də antiinhisar siyasətinin gücləndirilməsi, istehsal və xidmət diversifikasiyasının genişləndirilməsi, normativ-hüquqi bazanın və uçot sisteminin universal standartlara oriyentasiya olunan şəbəkədə qurulması;
bazar prinsiplərinə uyğun məqsədli struktur yenidənqurmasının aparılması və daha çevik infrastrukturun formalaşdırılması;
YEK-də bütün təsərrüfat xərclərini unifikasiya edən səmərəli maliyyə menecmentinin tətbiqi, idarəetmə sisteminin innovasion nailiyyətlər və əməyin elmi təşkili prinsipləri üzərində bərqərar olunması;
Neft Fondunun resurslarını aktiv olaraq çevik rentabelli təkrar istehsala yönəltmək, enerji resurslarının fiziki ehtiyatlar fondunun yaradılması;
YEK-in ətraf mühitə neqativ təsirini məhdudlaşdırmaq, az enerji tutumlu sistemlərə keçidi reallaşdırmaq, qeyri-ənənəvi enerji istehsalının genişləndirilməsi.
ƏDƏBİYYAT SİYAHISI
1.Мирзаджанзаде А.Х. О пути в XXI век. Баку-ИПП «ОСКАР»-2001. 570 с.
2.Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində. Bakı, 2000. 257 s.
5.Azərbaycan Respublikasinin Yanacaq-Enerji Kompleksinin inkişafi /2005-2015-ci illər/ üzrə Dövlət Proqrammı 2005-02-14 Azərbaycan Respublikası Prezidentinin 2005-ci il «14» fevral tarixli sərəncamı ilə təsdiq edilmişdir. «Azərbaycan» qəzeti 15 fevral 2005-ci il.
6.Hacızadə E.M. Milli energetika strategiyası və onun formalaşması aspektləri. Neft Təsərrüfatı. Bakı. №7. 2003.
7.http://www.energystrategy.ru
8.Azərbaycanın statistik göstəriciləri 2004. Bakı. Səda. 2004. 804 s.
103.Yanaсaq-Energetika Kompleksinin modernizasiyası problemləri Azərbaycan neft təsərrüfatı. (V.M.Cavadovla müştərək) Bakı. №6. 2006. 0.5 ç.v.
Şəkil və diaqramları açmaq üçün məqaləni yükləyin: