gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / NEFT SEKTORUNDA YENİ KONTRAKT FORMALARININ TƏTBİQ EFFEKTIVLIYI

01.01.2012

ADİU, E.M.Hacızadə

Neft-qaz hasilatının köhnə istismar zonalarında son onilliklərdə sürətlənən enmə prosesi «domino prinsipi» ilə müşayiət olunaraq sahənin bütün strukturlarına nüfuz etmiş, hər bir bölmədə, mərhələdə, böhranlı vəziyyəti dərinləşdirmişdir. Ehtiyatların tükənməsi, layların enerji potensialının azalması, texnoloji gerilik şəraitində hasilatın sabitləşdirilməsini və istehsal artımının təminatını isə miqyaslı investisiyalarsız gerçəkləşdirmək mümkün deyildir. Daxili mənbələr yetərli olmadığı ilk zamanlarda bu strategiyada xarici kapitalın iştirakı ilə müştərək müəssisələrin yaradılmasına üstünlük verililmişdi. Yeni təşkil edilən bu müəssisələr konyunktura uyğun olaraq müəyyən qabacıl istehsal və menecment texnologiyaları tətbiq etməklə fəaliyyətlərində nəzərəçarpan keyfiyyət irəliləyişlərinə nail olmuşlar. Lakin müşahidələr göstərmişdir ki, bu sferadakı rəqabət mühitinin yetərli olmaması, məhdud sahəvi normativ-hüquqi baza həmin müəssisələrin yeni mütərəqqi iqtisadi müstəvidə transformasiyasını ləngitmişdir. Respublikada uğurla həyata keçirilən milli neft strategiyası nəticəsində isə ölkənin artan iqtisadi gücü, bu sferada da yeni liberal iqtisadi təsisatlandırmaların genişləndirilməsini şərtləndirir. Belə ki, elmi-innovasiya nailiyyətləri nəticəsində müvafiq istiqamətdə aparılan islahatlar dərinləşdikcə yeni idarəçilik metodlarının tətbiqinin genişləndirilməsi qaçılmaz xarakter alır və ölkənin neft sektorunda çevik bazar mexanizmlərində əks olunan mütərəqqi iqtisadi münasibətlərin formalaşmasını zəriri edir.
Dünya neft biznesində yataqların işlənilməsinin menecmentində forma müxtəlifliyi diapozonu genişdir. Bu sırada ənənəvi konsessiya, qeyri-konsessiya, modernləşdirilmiş və digər kontrakt üsulları sınaqdan çıxmış daha səmərəli metodlar kimi yer alır. Ölkədə intutisional təsisatlandırmaların, sahəvi normativ-hüquqi bazanın genişləndirilməsi ilə neft sektorunda belə kontrakt formalarının tətbiqi özünəməxsus effektivliyi ilə fərqlənəcək və aşağıdakı iqtisadi səmərəliliklərlə müşayiət olunacaqdır:
    müştərək müəssisələrin səhmdar cəmiyyətlərə transformasiyasını yeni keyfiyyət məzmunu alacaq;
    sahəvi liberallaşma və rəqabət mühiti genişlənəcək;
    rentabellik həddini itirməkdə olan neftqazçıxarma müəssisələrində kollektiv maraqları əks etdirən bazar yönümlü idarəetmə mexanizmlərinin tətbiqi reallaşacaq;
    marginal yataqların istismarına milli sahibkarların cəlb edilməsi prosesi sürətlənəcək;
Neft sektorunda tətbiq edilən yeni kontrakt formalarının iqtisadi effektivliyi iqtisadiyyatın digər sektorlarında da multiplikativ yaranışlarla müşayiət olunaraq lisenziyalaşma prosesinə yeni impulslar gətirəcək, liberal təsisatlandırmaları daha da genişləndirəcəkdir.


111.Neft sektorunda yeni kontrakt formalarının tətbiq effektivliyi. Yeni informasiya texnologiyalarının elmi-tədqiqat işlərinin təhlilində tətbiqi. Elmi-praktiki seminarın materialları. AMEA Rəyasət heyəti. Elmi-tədqiqat təcrübü konstruktur işlərinin və müdafiə olunmuş dissertasiyaların dövlət qeydiyyatı mərkəzi. Bakı. Elm. 2007. 0,1 ç.v.