gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / MİLLİ NEFT-QAZ SEKTORUNDA BİZNES FƏALİYYƏTİNIN GENİŞLƏNDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

27.12.2011

E.M.Hacızadə

Bazar iqtisadiyyatının tərəqqisində biznes işi və sahibkarlığın möhkəmləndirilməsi təcrübəli biznesmenlərin, kommersantların yetişməsi, bu xüsusda müəyyən əxlaqi dəyərlərin, müvafiq etikanın formalaşması, müasir idarəetmə bacarığının, biliyinin, mükəmməl təhsilin əldə olunması, liberal məzmunlu iqtisadi islahatların davam etdirilməsi ilə mümkündür. Hazırda ölkəmizdə biznes fəaliyyətinin inkişafı üçün gerçəkləşdirilən tədbirlərin kəmiyyət və keyfiyyəti artmaqdadır. Yeni tənzimləyici təsisatlarının yaradılması, mütərəqqi qanunların qəbulu, ictimai təşkilatların fəaliyyəti, vergi rejiminin təkmilləşməsi milli iqtisadiyyatda biznesin inkişafı üçün ilkin möhtəşəm zəmin yaradır. Ümummilli lider Heydər Əliyev tərəfindən biznes işinə göstərilən qayğı və əməli işlər bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən genişlənən instutusional aspektdə, yeni artım çevrəsində uğurla davam etdirilir. Bununla belə, ölkədə biznes işinin, sahibkarlığın inkişaf etlirilməsi üçün hələ də bir çox işlərin görülməsi vacib məsələ kimi qarşıda durur. Əlbəttə, keçid dövrünün özəllikləri fonunda artan problemlərin tezliklə aradan qaldırılması, qısa müddət ərzində sahibkarlığın dayanıqlı inkişaf zoloğına istiqamətləndirilməsi sadəlövhlük olardı. Hətta bütün resursların bolluğu, səylərin səfərbərliyi şəraitində belə məsələnin inkişaf etmiş ölkələrdəki səviyyəyə yüksəldilməsi zaman faktorunun təbii aşırımlarından keçmədən mümkün deyldir.
Neft dünyada ən möhtəşəm və geniş yayılmış biznes növlərindən sayılır. Azərbaycanda da neft biznesinin təşəkkülü və inkişafı üçün ənənəvi əlverişli təbii şərait mövcuddur. Elə bu səbəbdəndir ki, XIX əsrin ortalarında neftin sənaye erası start götürəndə bir çox azərbaycanlılar bu yeni biznes növünü mükəmməl əxz etmiş, bu sahədə ən yüksək zirvələrə qalxmışlar. Yeni geopolitik vəziyyətdə Xəzərin zəngin karbohidrogen yataqlarının işlənməsi prosesi isə respublikada neft biznesinin inkişafı üçün daha bir real şərait yaratmışdır. Bu əsasda ölkədə neft strategiyası formalaşdırılmış və onun mühüm elementləri sırasında müvafiq sektorunda səhmdar əməkdaşlığın inkişaf etdirilməsi, geniş özəlləşdirmə prosesinin gerçəkləşdirilməsi, yerli sahibkarların servis işinə cəlb edilməsi kimi prioritetlər dayanmışdır. Köhnə yataqlarda, habelə qaz sənayesi və təhcizatı sistemində fəaliyyət göstərən istehsalat komplekslərinə məxsus bir sıra xidmət-servis təşkilatlarının, yardımçı istehsal qurumlarının özəlləşdirməyə açıq elan edilməsi bu istiqamətdə səylərin gerçəkləşdiyini səciyyələndirir. Lakin görülən işlər kifayətinə qəti varmaq da lazım deyildir. Bu gün neft-qaz sektorunda biznes fəaliyyətinin genişləndirilərək bir sıra istehsal və xidmət obyektlərinin milli sahibkarların sərəncamına verilməsi istiqamətində çeşidli imkanları hələ də qalmaqdadır. Buna görə də müasir mərhələdə müvafiq sektorda daha geniş özəl arealın formalaşdırılması strateji istiqamətli məsələlər sferasının prioritetləri sırasına qatılmalıdır.
*     *     *
Müasir Azərbaycan iqtisadiyyatında Yanacaq-Enerji Kompleksi sistem yaradan funksiya rolunu ifa edir. O, büdcənin mədaxilinin əsas hissəsini, sənaye istehsalının həcmini, ixracat potensialını və valyuta daxilolmalarının mühüm hissəsini özündə cəmləşdirir, ölkə iqtisadiyyatını maye-yanacaqla tam təmin edir. Bu gerçəklik isə neftlə bağlı istehsalın bütün həlqələrdə sistem unifikasiyasını önə çıxarır, daha mükəmməl nəzarət mexanizmlərinin və menecment texnologiyalarının tətbiqinin genişləndirilməsini əsaslandırır. Xəzərdə aşkarlanan yeni nəhəng neft ehtiyatları faktoru isə bu əsaslandırmaya daha kamil təməl konturları gətirir.
Yeni geosiyasi vəziyyət fonunda cərəyan edən reallıqlar obyektiv olaraq ölkəni dünya neft bazarının iştirakçısına çevirmişdir. Böyük biznesdə səriştə və vərdişləri mükəmməl olmayan respublikaya dünya neft arenasına çıxışda, ilk partiyalarda iri neft kontraktlarındakı əsas tərəfdaşları yardımçı olmuşlar. Lakin yetişən mərhələdə inteqrasiyanın dərinləşməsi, bu geniş bazarda eksklüziv iştirak məqamını daha yaxın etmişdir. Böyük neft biznesinə daxil olmaqda mühüm bir cəhəti nəzərə almağı unutmamalıyıq ki, bizim iqtisadiyyatımızın yüksəlişi formalaşmış bu qaydalardan asılı olacaqdır. Buna görə də, qoşulduğumuz dövriyyəni dəyərləndirərək milli rifah naminə ümumi reallıqdan optimal səmərəli faydalanmağa səfərbər olunmalıyıq.
Qloballaşan dünyanın müasir statistik mənzərəsi bazar sisteminə daxil olan ölkələrdə kiçik və orta sahibkarlığın getdikcə daha geniş yayılmasına üstünlük verməni canlandırır. Çağdaş zamanda iqtisadiyyatın ən çevik və mobil hissəsi olaraq kiçik biznes renessans dövrünü yaşayır. Burada məhsulun differensiasiyası və tez yeniləşməsi baş verir. Kiçik biznesin inkişafını şərtləndirən mühüm cəhətlərdən biri onunla bağlıdır ki, heç bir dövlətdə iri istehsalçılar kiçik biznesə rəqib kəsilmirlər. O, çox asanlıqla yeni şəraitə adaptasiya olunur, müasir texnologiyaları mənimsəyir və risk etməkdən çəkinməyərək yeni istehsal sahələri yaradaraq innovasiya işlənmələrinin fövqündə dayanır. Kiçik biznes müvafiq funksionallıqla neft-qaz industriyasında da eyni missiyanı yerinə yetirir. Bol neft ölkəsi olan Azərbaycanda da bu baxımdan təşəkkül tapmış neft biznesinin fəaliyyət dairəsinin genişləndirilməsində kiçik biznesə önəm verilməsi mühüm strateji əhəmiyyət daşıyır. Hesab olunur ki, yeni epoxial mərhələdə ölkə neft sektorunda biznes yükünün bir hissəsini kiçik və qismən də orta bizneslə paylaşılacaq, milli sahibkar kapitalına əsaslanan biznes formaları inkişaf tapacaqdır. Binəqədi NQÇİ-yə mənsub neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında imzalanan 24-cü neft müqaviləsi bu istiqamətdə açıq irəliləyişlərin baş verdiyinə aydınlıq gətirir. Belə ki, bu müqavilədə Azərbaycana mənsub «Azpetrol» şirkəti də payçı qismində iştirak edir. Təqdirəlayiq halı qiymətləndirərək vurğulanmalıdır ki, ölkədə lizensiya əsaslı kontrakt formasının da tətbiq zamanı yaxınlaşmış və bu zərurət labüdlük fazasına daxil olmuşdur.
İstehsal artımının təmin edilməsi, səmərəliliyin artırılması sahədə bazar seqmentli müasir kontrakt formalarının tətbiqini, qanunvericilik şəbəkəsinin təkmilləşməsini və vergi konsensusları tələb edir. Bununla belə, azdebitli quyuların və ehtiyatları tükənmə həddində olan yataqların istismarında milli sahibkarlara müəyyən texnoloji-iqtisadi imkanlar yaradılmalıdır. Ölkə neft sektorunda istehsal artımı, reanimasiya prosesinin gücləndirilməsi üçün geniş həcmli vəsaitlər tələb edilməyən sahələr yetərincədir.
Biznes amplitudasına görə tükənən və daha çox əmək və kapital tutumu tələb edən yataqlarda qalıq neftinin çıxarılması əsasən iri şirkətlərin kommersiya maraqları xaricində olur. Biznes praktikasında adətən, ehtiyatları tükənmə mərhələsinə yetişən yataqlar kiçik şirkətlər və yaxud da yerli kapital hesabına investisiyalaşdırılır. Azərbaycan neft kompleksinin köhnə yataqlar şəbəkəsinə mənsub hissəsində lisenziya əsasında milli sahibkarlara, neftçi kollektivlərə müəyyən vergi, kredit və digər iqtisadi güzəştlər verməklə fəaliyyəti çətinləşmiş quyuların və müvafiq yataqların yeni işlənməsini və bərpasını gerçəkləşdirmək mümkündür.
Müasir mərhələdə respublikada sahibkarlıq və biznes işinin səmərəli təşkili, inkişaf etdirilməsinin bir sıra obyektiv spesifik xüsusiyyətləri vardır. İnkişaf etmiş ölkələrdə biznesmeni xalis sahibkarlıq xarakterli məsələlər - idarəetmə, mənfəət, pul dövriyyəsi, yeni texnologiyaların tətbiqi, biznes artımının davamiyyəti düşündürdüyü halda bizim gerçəklikdə isə qanunvericiliyin normalaşdırılması, zəif antiinhisar mühitinün mövcudluğu, bank sisteminin qeyri-təkmilliyi, vergi siyasəti, kapitala giriş çətinliyi, bürokratiya, məmur proteksionizmi fikirlərə hakim kəsilir. Bütün bu problematik məsələlərin həll mexanizmlərinin tapıntısı daimi dövlət qayğısı çevrəsində geniş elmi təhlil prosesinin gerçəkləşdirilməsi, ölkədə aparılan iqtisadi islahatların dərinləşməsi və ardıcıl təkmilləşdirilməsi ilə üzvi surətdə bağlıdır. Belə ki, sahibkarlığın inkişafına hərtərəfli yardım, orta sinfin formalaşması nizami addımlar sferasında investesiya təminatlarında bulunaraq ümummilli məsələ kimi, dövlətin strateji iqtisadi proqramlarının leytmotivini təşkil etməlidir.
Hər hansı bir iqtisadi cəmiyyət biznesmen istəyinə heç də tamlıqla köklənmir. Sosial məsuliyyətin dərki ayrı-ayrı intellektuallar, vətənsevər insanların xidmətləri də dövlət proqramlarının reallaşmasının mühüm bazis elementlərini təşkil edir.
Çağdaş zamanda neftqazçıxarma kompleksində ilk növbədə birbaşa hasilatla məşğul olan müəssisələrdə iqtisadi münasibətlərin, xüsusən də mülkiyyət aspektində dəyişdirilməsi zərurəti yaranmışdır. Özəlləşmədə qazanılmış təcrübəyə uyğun olaraq heç şübhəsiz ki, paritet əsaslara söykənən səhmləşmə daha çox əhəmiyyətli ola bilər. Öncə qapalı səhmdar cəmiyyəti yaratmaqla neftçi kollektivlərini müəssisələrin müvafiq pay iştirakçısına çevirmək olar. Bu sonrakı transformasiya mərhələsində, açıq tipli cəmiyyət formasına və tam özəlləşməyə keçid üçün zəmin yaradar. Səhmləşmə dividend xüsuslu olduğundan o, iqtisadi maraqları daha dolğun əks etdirə bilər. Səhmləşmə özü-özlüyündə dividend siyasətinin formalaşdırılmasını stimullaşdıracaqdır. Aktivlərinin reinvestisiyası üçün mənfəətin optimal strateji bölgüsü kimi bu siyasət əmək haqqının dividend şəklində verilməsi istiqamətində yeni iqtisadi ödəniş modelinə çevriləcəkdir.
Milli neft sektorunda xarici sərmayədarların iştirakı ilə çoxsaylı müştərək müəssisə formatlı biznes fəaliyyəti reallaşmışdır. Burada təzadlı bir cəhət olaraq xarici sərmayadarlara verilən imtiyazların yerli sahibkarlara münasibətdə izafi yüksəkliyi ilə fərqliliyi nəzərə çarpır. Bu fərqliliyi ilkin istismar sahələrində fəaliyyət göstərən ənənəvi neftqazçıxarma müəssisələri ilə müqayisədə müəyyən diskriminasiya kimi də qiymətləndirmək olar. Fikrimizcə, xarici kapitallı müştərək müəssisələrə verilən imtiyazlar çərçivəsində milli neftqazçıxarma müəssisələrini bütövlükdə və ya yaxud da mədən və yataq çərçivəsində yenidən təşkil edərək səhmdar əməkdaşlıq formatlı kollektiv idarəçiliyinə verilməsinin nəzərdən keçirilməsi və reallaşdırılması daha məqsədəuyğun olardı.
Milli neft-qaz industriyasında lisensiya sistemi yalnız hasilat sferasını əhatə etməməlidir. Burada hasilat məhsulunun xarici bazarlara çıxışı, normativdən artıq neftin bir hisəssinin emal zavodlarına payçısı qismində iştirakını şərtləndirən tollinq sövdələşmələri əsasında verilməsi kimi effektli təminatlar və biznes fəaliyyətnin stimullaşdırılmasında dövlətin əlində olan digər texnoloji-iqtisadi vasitələr gənclik çağını yaşayan milli sahibkar təbəqədən əsirgənməməlidir. Belə olan təqdirdə Azərbaycanın neft sektorunda mükəmməl rəqabət əsaslı, diversifikasiya olunmuş neft biznesi intişar tapacaq və kompleksin daha məhsuldar və səmərəli fəaliyyəti təmin ediləcəkdir.
*     *     *
Azərbaycan Respublikasında da kiçik və orta biznesin inkişafı sahəsində mütərəqqi adımlar atılır və onun inkişaf strategiyası dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bununla belə, sahibkarlıq və biznes sahəsində innovasion biliklərin nisbi məhdudluğu və müvafiq biznes infrastrukturunun müasirlik baxımından yetərli olmayan təkmilliyi bu sferada irəliləyişləri bir qədər ləngidir. Bu baxımdan respublikamızda da kiçik və orta biznesin normal inkişafı üçün müvafiq infrastrukturun və sahibkar biliyinin təkmilləşməsi zərurətləri artır. Kiçik və orta biznesin mühüm inkişaf trayektoriyasında isə neft sektoru dayanır və burada biznes fəaliyyətinin diversifikasiyası mühüm şərt kimi çıxış edir. Respublikamızda da neft sektorunda lisensiya əsaslı biznesin inkişaf etdirilməsi üçün ilkin obyekt olaraq qurudakı köhnə istismar sahələrini əhatə edən strukturlar daha müvafiqdir. Burada sabitliyin və istehsal artımının təmin edilməsi üçün biznes fəaliyyətinə geniş imkan açılmalıdır. Bu prosesdə isə milli neft-qaz sektorunda neft biznesinin genişləndirilməsinin əsas istiqamətləri aşağıdakıları əhate edir:
    lisenziya sistemini şərtləndirən qanunvericilik bazasının təkmilləşdirilməsi:
    reabilitasiya prosesində tam formatlı xarici investisiya strategiyasının məhdudlaşdırılması;
    müştərək müəssisələrdə, neftqazçıxarma təşkilatlarında səhmdar formalı cəmiyyətlərin təşkili;
    rentabellik həddini itirməkdə olan neftqazçıxarma müəssisələrində kollektiv maraqları əks etdirən bazar yönümlü idarəetmə mexanizmlərinin tətbiqi;
    marginal yataqlara milli sahibkarları cəlb etməklə konsensiya, lisenziya françayzinq formalı kontrakt üsullarının tətbiqinin genişləndirilməsi.
Bilindiyi kimi, bazar iqtisadiyyatı şəxsi maraqların daha çox hakim kəsildiyi məkanda inkişaf tapır. Bu sistemdə hərəkət şübhəsiz ki, iki qollu olmalıdır. Dövlət və bazar qollarının birgə optimal və mobil fəaliyyəti müvəffəq iqtisadi dirçəlişi, sosial rifahı təmin etməyə qadirdir. Ölkə iqtisadiyyatında, xüsusi olaraq əlverişli investisiya mühiti neft-qaz sektorunda biznes fəaliyyətinin səmərəli təşkili, daha çox iqtisadi modelin formalaşması, dövlətin bazar yönümlü iqtisadi strategiyasından asılıdır.

ƏDƏBİYYAT

1.Девид Г. Бэнгз. Руководство по составлению бизнес-плана. М.: «Финпресс». 1998. с. 256.

2.Мирзаджанзаде А.Х., Султанов Ч.А. Этюды нефтяной концепции Азербайджана. Баку. Элм. 1994. 100 с.

3.Спор о СРП. /Под ред. А.А.Арбатова и А.А.Конопляника/. М.: Олита, 2003. 228 с.

4.Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı-Elm. 2002. 472 s.

5.Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiyası. Bakı Elm. 2003. 512 s.

6.Пономарёв С.А., Марков А.В. «Обоснование планов за правопользование недрами учитывающей добычи нефти из нерентабельных месторождений». М.: Нефтяное хозяйство. 2000г, № 2. стр. 15.

7.http://www.Ilham-Aliev.com.

8.http://www.socar.gov.az.

9.http://www.neftegaz.ru.


Азербайджанский Государственный Экономический Университет.
Эльшан Махмуд оглы Гаджизаде

Направления расширения бизнес деятельности
в национальном нефтегазовом секторе

РЕЗЮМЕ

Статья, в которой выдвинуты на передний план исследовательские и эмпирические аспекты коммерческой деятельности посвящена проблемам расширение бизнеса в национальном нефтегазовом секторе. Исследованы значения, роль и место предпринимательства в обеспечении экономического возрождения республики, приоритетные направления государственного регулирования бизнеса, черты, обуславливающие бизнес деятельность.
Предметом исследования стало также на ряду со сферой сервисных услуг на старых площадях привлечение национальных предпринимателей к основному производственному процессу, исследованы экономические факторы основ бизнес деятельности в нефтегазовом секторе и получены определенные соответствующие результаты.


Azerbaican State Economic University.
Hacizadeh Elshan Mahmud

DIRECTION EXPANSION BUSINESS ACTIVITY IN NATIONAL OIL AND GAS SECTOR

Article in which are put forward on the foreground research and practical aspects of commercial activity is devoted to problems expansion of business in national oil-and-gas sector. Values, a role and a place of business in maintenance of economic revival of republic, priority directions of state regulation of business, feature causing business activity, models of economic development in real the market the countries are investigated.
Obcect of research became also on a number with sphere of service services on the old areas attraction of national businessmen to the basic production, economic forces of bases business of activity in oil and gas sector are investigated and the certain corresponding results are received.

116.Milli neft-qaz sektorunda biznes fəaliyyətinin genişləndirilməsi istiqamətləri. Milli iqtisadiyyatın problemləri /məqalələr toplusu I buraxılış/. АMEА İqtisadiyyat İnstitutu. Bakı. Elm. 2007. Bakı. 2007. 0,5 ç.v.