Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / AZƏRBAYCANDA TURIZM BIZNESI: INKIŞAF MEYİLLƏRI VƏ PERSPEKTIVLƏR
i.e.d. E.M.Hacızadə
Azərbaycanda turizmə iqtisadi inkişafın prioritet sahələrindən biri kimi yanaşılır. Bunu ölkədə turizm haqqında əlahiddə qanunun və koordinasiyanı reallaşdıran mərkəzi icraiyyə qurumunun mövcudluğu, müvafiq istiqamətdə büdcə təyinatları, sahibkarlığın stimullaşdırılması, elmi, ictimai və xüsusi nəşrlər, sahənin struktur genişliyini və inkişafını təcəssüm etdirən diğər özəl komponentlər əsaslandırır. Bununla belə, Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, turizm istiqamətində də inkişaf prosesləri güclənir və bu artan meyillər ölkəmizin turizm potensialının biznes cəlbediciliyi kontekstində marketinq tədqiqatlı strateji planlaşdırılmasını obyektiv zərurətə çevirir.
Müasir iqtisadi alətlər sistemində istənilən marketinq tədqiqatının əsas bazası güclü və zəif tərəfləri, imkanlar və təhlükələri komplektləşdirən SWOT analiz metodu ilə müəyyən olunur. Bu baxımdan tərəfimizdən aparılan SWOT analiz, Azərbaycanda 2007-2012-ci illəri əhatə edən turizmin inkişafının marketinq strategiyasının formalaşmasında aşağıdakı təyinatları şərtləndirir:
Azərbaycanda turizmin inkişafının 2007-2012-ci illərdə marketinq strategiyası
S Güclü tərəflər (üstünlüklər) |
Zəif tərəflət (çatışmamazlıqlar) W |
Geniş turizm potensiallı coğrafi məkan. |
Brend keyfiyyətlər məhdudluğu |
Siyasi stabillik, adekvat sosial ovqat |
Sahəvi biznesin tam liberallaşmaması |
Təkmilləşən normativ-hüquqi baza |
İmicin yetərli olmaması |
Modernləşən infrastruktur |
Məhdud rəqabətqabiliyyətli infrastruktur |
O İmkanlar (perspektivlər) |
Risklər (təhlükə) T |
Mədəni-tanınma |
Əsas rəqiblər: Qara dəniz, Antaliya |
Dəniz və çay kruizləri |
Münaqişəli vəziyyəti |
Rekreasion turizm |
|
Ekoloji turizm |
|
İntellektual turizm |
|
Aktiv təbiət turizmi (soft və ekstrim) |
|
SWOT təqdimatı göstərir ki, güclü tərəflərlə zəif tərəflər arasında münasibət kəskin xarakterli deyildir. Proqnozlaşdırılan müddət ərzində zəif tərəflərin neytrallaşması imkanları geniş, güclü tərəflərin daha da möhkəmləndirilməsi perspektivləri aydın və yetərlidir. Bunu daxili və xarici siyasətdə təyinatlılıq və ardıcıllıq, iqtisadiyyatın bazar prinsipləri, sahəvi dövlət inkişaf proqramları ilə irəliləyişi və tənzimlənməsi əsaslandırır.
Növbəti mərhələdə inkanlar və risklərin qarşılıqlı vəziyyəti, güclü və zəif tərəflərin imkanlar və risklərə münasibəti təhlil obyektinə çevrilir. Bu konfiqurasiyada rəqiblər amili biznes yarışının intensiv olmadığına rəğmən təsir gücünü azaldır. Lakin risk faktoru kimi Ermənistanla bağlı münaqişəli vəziyyətin biznesin mühitinə birbaşa və dolayısı təsiri qalmaqdadır. Dünya təcrübəsi göstərir ki, üzunmüddətli münağişəli vəziyyətlərlə üz-üzə qalan dövlərlərdə aparılan davamlı, qətiyyətli sülh siyasəti biznes fəaliyyətinin bütün istiqamətlərində, o cümlədən turizm sahəsində də irəliləyişlərlə müşayiət olunur.
Apardığımız SWOT analizin nəticələri göstərir ki, Azərbaycanda bu istiqamətdə risklərin olmasına baxmıyaraq, burada turizm üçün mühit faktorları, fəaliyyət resursları kafi və inkişafı təmin edən potensialdadır. Artıma nail olmaq üçün isə sahəvi normativ-hüquqi bazanın təkmilləşdirilməsi işi universal standartları uyğun səviyyəyə qaldırılmalı, turizmin inkişaf strategiyasının elmi əsasları və informasiya təminatı gücləndirilməsi, investisiyaların cəlb olunmasının mühit əlverişliliyi artırmalı, bölgələrdə «Turist ev»ləri, şəxsi hotellərin inşası və aqroturizm sferasının genişləndirilməsi fəaliyyətləti dəstəklənməli, yoların çəkilişi, regional aeroportların tikintisi intensivləşdirilməli, umumilikdə turizm infrastrukturunun mobilləşməsi prosesi hərtərəfli sürətləndirilməlidir. Regional turizmin inkişafında bələdiyyə islahatlarının dərinləşməsi də mühüm rol oynayacaqdır. Turizm biznesinə artan diqqət onların vergi bazasını genişləndirəcək, məşğuluq təminatını artıracaqdır.
Turizm biznesinin «Kolumbu» sayılan ingilis Tomas Kuk 1841-ci ildə ilk dəfə turizm agentliyi yaradanda inanırdı ki, turizm pis adətlərə qarşı mübarizədə effektli mexanizm rolunu alacaqdır. Bu təsisatdan sonra bir sıra fərasətli insanlar tez anladılar ki, onların yaşadığı ərazılərdə diqqətəlayiq baxmalı yerlər olmasa da, onu fikirləşmək, cəlbedici, xatiratlı şərait və mühit yaratmaq mümkündür. Azərbaycanda isə turizm biznesinin inkişaf meyilləri və perspektivlərini təhlil edərkən görürük ki, burada fikirləşməyə, turizm resursları yaratmağa virtual səylər gərəkli deyil. Burada turizm biznesini inkişaf etdirmək üçün bütün istiqamətlərdə zəmin və yetərli potensial mövcuddur.
119.Azərbaycanda turizm biznesi: inkişaf meylləri və perspektivlər. İslam Konfransı təşkilatına üzv ölkələrin iqtisadiyyatında turizmin rolu. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi. Beynəlxalq elmi-praktiki konfrans. (Elektron), Bakı. 2007. 0,1 ç.v.