Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / BEYNƏLXALQ MALIYYƏ VƏ QLOBALLAŞMA
ADİU, Magistr Hazırlığı Mərkəzi, i.e.d., E.M.Hacızadə
Qloballaşma dərin struktur təhlil obyektinə çevrildikdən sonra bir daha müəyyən edilmişdir ki, o quruluş kompozisiyasında əsaslı olaraq maliyyə tərkiblidir. Maliyyənin qloballaşmanın başlıca hərərkətverici qüvvələri sırasında artan güçü və müstəqilliyinin genişlənməsi nəticəsində isə əlahiddə bir proses olan maliyyə qloballaşması formalaşdırmışdır. Daim təsir effektivliyini yüksəldən maliyyə qloballaşması da öz növbəsində hər bir yeni iqtisadi fenomen kimi elmi əhəmiyyət daşıyır və konseptual tədqiqat araşdırmaları tələb edir. Bu tələb həm də ondan irəli gəlir ki, qloballaşmanın milli iqtisadiyyatların inkişafında rolu getdikcə genişlənir və yaşanan ümumdünya maliyyə böhranı da bu nufuzun nə qədər təsirli olduğuna bir daha yəqinlik gətirir.
Maliyyə qloballaşması qlobal iqtisadiyyatın tərkib hissəsi olaraq, beynəlxalq maliyyə, valyuta və kredit sisteminin formalaşması və funksionallığının xüsusi prosesi kimi çıxış edir. Maliyyə qloballaşmasının strukturu keyfiyyətcə dünya maliyyə bazarları subyektlərini və həmçinin qlobal maliyyə məhsullarını əhatə edir və proses müvafiq dünya bazarlarında yüksək kapital mobilliyi ilə müşayiət olunur.
Maliyyə qloballaşmasının spesifik cəhətlərini və xarakterik xüsusiyyətlərini aşağıdaki elementlər səciyyələndirir:
ölkələr və regionlar arasında, o cümlədən elektron şəbəkələr sferasında azad və effektivli kapital axınları;
beynəlxalq valyuta kredit və maliyyə bazarlarının fəaliyyəti;
milli iqtisadi sistemlərin dünya valyuta, kredit və maliyyə şəbəkələrinin üzərindən tənzimlənməsinin formalaşması;
transmilli korporasiyaların beynəlxalq valyuta, kredit və maliyyə münasibətlərində strateji iştirakı.
Maliyyə qloballaşdırılması subyektlər təsnifatına da malikdir və onun başlıca beynəlxalq institutları aşağdakilardır:
beynəlxalq və regional maliyyə təşkilatları (Beynəlxalq Valyuta Fondu, Beynəlxalq bank qrupu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Ümumdünya Ticarət Təşkilatı və s.).
transmilli korporasiyalar, institusional inverstorlar və sığorta kompaniyaları.
Bank infrastrukturunun və beynəlxalq kredit hesablaşma əməliyyatlarının genişlənən transmilli hərəkəti, bu sferada elektron kommunikasiya vasitələrinin və peyk rabitəsinin sürətli inkişafını stimullaşdırır və nəticədə ödəniş sistemləri daha mobil xarakter alır. Bu isə öz növbəsində, maliyyə qloballaşmasının daha da vüsətlənməsi ilə müşayiət edilir.
Maliyyə qloballaşması maliyyə bazarlarının qloballaşması ilə də əhəmiyyətli dərəcədə bağlıdır. O, bazar mexanizmlərinin inkişafı və genişlənməsi ilə daha yüksək sürət toplayır. Bunun nəticəsində isə inverstorlar valyuta kursları, faiz stavkalarına müqabil effektdə reaksiya verir, hökumətin inflyasiya siyasətinə, vergi intizamına və dövlət borclarının idarə edilməsinə əhəmiyyətli təsir göstərirlər.
Maliyyə bazarlarının qloballaşması, inkişaf etmiş və eyni zamanda inkişaf etməkdə olan ölkələrdə kapital axınında maneələrin məhdudlaşdırılması ilə mümkün olmuşdur. Məhz bu qrup ölkələrdə genişlənən açıq iqtisadiyyat maliyyə axınlarının sərbəstləşməsi istiqamətində keyfiyyət dəyişikliklərinə zəmin yaratmışdır. Bu gerçəklik də müvafiq bazar sistemində əsaslı unifikasiyaların aparılmasını labüd edir.
Qlobal maliyyə bazarlarına əməliyyatların beynəlxalq miqyasda aparılması xarekterikdir. Bu reallıq isə investisiya proseslərinin, kreditləşmənin, valyuta və qiymətli kağızlarla ticarətin sutka ərzində fasiləsiz hərəkəti, invenstorların və həmçinin borc alanların dünyanın istənilən nöqtəsində elektron şəbəkədən istifadə etməsi imkanlığı ilə təmin olunur. Göründüyü kimi, burada elektron innovasiyalar həlledici rol oynayaraq, sistem rasionallığını genişləndirirlər.
Beynəlxalq maliyyə bazarına təsir edən subyektlərin sayı artmaqdadır. Banklar və sığorta kompaniyaları yerli bazarlarda öz mövqelərini möhkəmləndirərək maneəsiz digər ölkələrin maliyyə bazarlarına müdaxilə etmək imkanları qazanırlar. Bu iş filialların və törəmə təşkilatların yaradılması ilə formalaşır. Bununla belə, vurğulanmalıdır ki, beynəlxalq maliyyə bazarlarında müvafiq situasiyaya təsir göstərən yeni maliyyə inistitutlarının yaradılması prosesi olduqca əmək tutumludur. Bunun üçün qeyri-standart nou-xaular və yaxud da, olduqca böyük həcmli inverstisiya resursları lazımdır.
Texniki innovasiyalar dünya iqtisadiyyatının artımına və dünya mailyyə bazarında maliyyə əməliyatlarının genişlənməsinə təsir göstərirlər. Maliyyə bazarının subyektlərinin kredit qabiliyətliliyini təmin edən qanuni möhkəmlənən normativlər isə beynəlxalq valyuta, kredit və maliyyə münasibətləri iştirakçılarına olan tələbi yüksəldir. Bu normativlər investisiya qoyuluşları riskləri və nizamnamə kapitalı ölçüləri arasında təyin olunmuş nisbətləri əks etdirir və nəticədə maliyyə subyektlərinin kəmiyyət artımı ilə yanaşı, onların keyfiyyət parametrləri də genişlənir.
Maliyyə qloballaşmasının perspektiv inkişafının parodoksal olan iki istiqaməti fərqləndirilir. Belə ki, innovasiyalı maliyyə alətlərindən istifadə etmə bir tərəfdən maliyyə qloballaşmasının maliyyə subyektlərini müəyyən dərəcədə gözlənilməz risklər, kəskin valyuta kursları və faiz stavkaları dəyişkənliyindən mühafizə edir və digər tərəfdən isə müvafiq tarazlıq mexanizmləri beynəlxalq valyuta, kredit və maliyyə qeyri-stabilliyi doğurur. Lakin buna baxmayaraq, ümumilikdə innovasiyalı maliyyə alətləri maliyyə qloballaşması prosesinin təkanvericisi qismində çıxış edir və onların təkmilləşməsi bu nisbətlərin azalması istiqamətdində tənzimlənmələri səmərələşdirir.
Beləliklə, bir daha müəyyən olunur ki, maliyyə qloballaşması qaçılmaz bir prosesdir və milli iqtisadiyyatların inteqrativ inkişaf strategiyaları da onun davraniş və sistem qanunauyğunluqlarından asılıdır. Bununla belə, dünya maliyyə bazarlarının və kapital mobilliyinin artımının məhdudlaşdırılması strategiyası da bir uzaqgörənlik kimi qəbul edilməməlidir. Belə ki, maliyyə qloballaşması amillərindən milli iqtisadiyyatların inkişaf konsepsiyalarında ağıllı və biçimli istifadə olunması dövlət və insanın rifahı naminə daha üstün sosial gərəkli və iqtisadi səmərəlidir.
ASEU, The Center of Preparation of Masters,
doctor of economic Elshan M. Hajizadeh
International finance and to globalise
SUMMARY
Clause is devoted research of the structural analysis financial globalization, as one of the major compound parts globalization. Here, analysed structural elements of essence, characteristic features of the financial globalization, is proved important the role of system electronic networks in international financial operations. Is once again determined, that financial globalization are inevitable process. From this point of view, strategy of integration development national economic strategists depends on its laws behaviour. Therefore, in strategy of development of national economy it is necessary to use reasonably and moderately factors financial globalization
136.Beynəlxalq maliyyə və qloballaşma. Dünya iqtisadiyyatının inkişaf mərhələləri: tarix və müasirlik mövsusunda beynəlxalq konfransın materialları. Azərbaycan Dövlət İqtisad Universiteti. Azərbaycan Tarix Qurumu. Bakı: 2009. 0.2 ç.v.