gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / QARABAĞ VƏ ŞƏRQI ZƏNGƏZUR IQTISADI RAYONLARINDA ENERJI SISTEMININ BƏRPASI VƏ YENIDƏN QURULMASI STRATEGIYASI

19.06.2022

Hacızadə Elşən Mahmud oğlu

İqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universiteti

“Enerji iqtisadiyyatı mərkəzi”nin rəhbəri.

E-mail: elshan@hajizada.com

ORCID ID: 0000-0001-5447-9676

 

İkinci Qarabağ müharibəsi ilə Azərbaycan ərazilərinin işğaldan azad olunması burada miqyaslı bərpa və yenidənqurma işlərinin aparılmasını şərtli etmişdir. Bu istiqamətdə prioritetlər müəyyən olunmuş, inteqrativ inkişafı təmin edəcək yeni təsnifatlandırma nəticəsində ərazidə Qarabağ və Şərqi Zəngəzur adlı yeni iqtisadi rayonlar yaradılmışdır. İşğaldan azad olunmuş ərazilərdə ilk fəaliyyətlər infrastruktur yenidənqurması və həmçinin onun mühüm tərkib hissəsi olan elektroenergetika, neft məhsulları və qaz təchizatı sahələri üzrə aparılmışdır. Regionun böyük yaşıl enerji potensialına malik olması isə burada əlahiddə “Yaşıl Enerji Zonası”nın yaradılmasına zəmin olmuşdur. Bütün bu işlərin strateji planda həyata keçirilməsi dövlət tədbirləri ilə yanaşı, həm də müvafiq elmi araşdırmaların aparılmasına da aktuallıq gətirmişdir. Bu aktuallıqdan irəli gələrək, məqalədə işğaldan azad olunmuş ərazilərin göstəricilər sistemi araşdırılmış, regionda enerji yenidənqurması sahəsində görülmüş işlərin stastistik analizi verilmişdir. Aparılan təhlil və qiymətləndirmələr göstərmişdir ki, bu iqtisadi rayonların enerji sektorunda səmərəliliyi ilə fərqlənən böyük həcmli bərpa və yenidənqurma tədbirləri həyata keçirilmişdir. İndi bu istiqamətdə görülən işlər yeni mərhələyə keçid etmişdir. Regionun enerji konsepsiyası demək olar ki, yaşıl iqtisadiyyatın parametrləri çevrəsində addımlayır. Bu işlərin daha böyük irəliləyişlərinin və uzunmüddətli perspektivlərinin təmin edilməsi isə onların müvafiq dövlət proqramı çərçivəsində aparılmasını şərtləndirmişdir.

 

223.Strategy for the restoration and reconstruction of the energy system in the economic regions of Karabakh and East Zangazur. (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında enerji sisteminin bərpası və yenidən qurulması strategiyası). Socioworld - Refereed & Reviewed Journal. Ukraine, Chernihiv: volume 07 issue 01. 2022. P. 40-44. pp 0,5 (Socioworld - Resenziyalı Jurnal. Ukrayna, Çerniqov: cild 07 № 01. 2022. S. 40-44, 0,5 ç.v.) - (ingilis dilində).