Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / QARABAĞ VƏ ŞƏRQI ZƏNGƏZUR IQTISADI RAYONLARINDA ENERJI SISTEMININ BƏRPASI VƏ YENIDƏN QURULMASI STRATEGIYASI
Hacızadə Elşən Mahmud oğlu
İqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universiteti
“Enerji iqtisadiyyatı mərkəzi”nin rəhbəri.
E-mail: elshan@hajizada.com
ORCID ID: 0000-0001-5447-9676
Xülasə
İkinci Qarabağ müharibəsi ilə Azərbaycan ərazilərinin işğaldan azad olunması burada miqyaslı bərpa və yenidənqurma işlərinin aparılmasını şərtli etmişdir. Bu istiqamətdə prioritetlər müəyyən olunmuş, inteqrativ inkişafı təmin edəcək yeni təsnifatlandırma nəticəsində ərazidə Qarabağ və Şərqi Zəngəzur adlı yeni iqtisadi rayonlar yaradılmışdır. İşğaldan azad olunmuş ərazilərdə ilk fəaliyyətlər infrastruktur yenidənqurması və həmçinin onun mühüm tərkib hissəsi olan elektroenergetika, neft məhsulları və qaz təchizatı sahələri üzrə aparılmışdır. Regionun böyük yaşıl enerji potensialına malik olması isə burada əlahiddə “Yaşıl Enerji Zonası”nın yaradılmasına zəmin olmuşdur. Bütün bu işlərin strateji planda həyata keçirilməsi dövlət tədbirləri ilə yanaşı, həm də müvafiq elmi araşdırmaların aparılmasına da aktuallıq gətirmişdir. Bu aktuallıqdan irəli gələrək, məqalədə işğaldan azad olunmuş ərazilərin göstəricilər sistemi araşdırılmış, regionda enerji yenidənqurması sahəsində görülmüş işlərin stastistik analizi verilmişdir. Aparılan təhlil və qiymətləndirmələr göstərmişdir ki, bu iqtisadi rayonların enerji sektorunda səmərəliliyi ilə fərqlənən böyük həcmli bərpa və yenidənqurma tədbirləri həyata keçirilmişdir. İndi bu istiqamətdə görülən işlər yeni mərhələyə keçid etmişdir. Regionun enerji konsepsiyası demək olar ki, yaşıl iqtisadiyyatın parametrləri çevrəsində addımlayır. Bu işlərin daha böyük irəliləyişlərinin və uzunmüddətli perspektivlərinin təmin edilməsi isə onların müvafiq dövlət proqramı çərçivəsində aparılmasını şərtləndirmişdir.
Açar sözlər: Qarabağ iqtisadi rayonu, Şərqi Zəngəzur iqtisadi rayonu, enerji sistemi, neft məhsulları, qaz təchizatı
JEL: L94, L95, O4, R11
222.Strategy for the restoration and reconstruction of the energy system in the economic regions of Karabakh and East Zangazur. (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında enerji sisteminin bərpası və yenidən qurulması strategiyası). The Third International Scientific-Practical Virtual Conference “In Modern Economy and Business: Global Challenges and Environmental Protection”. Azerbaijan State University of Economic. Energy Economics Center (Baku, Azerbaijan), LTD The Southern Caucasus International Academy of Modern Sciences. (UK London), MTÜ. The International Center for Research Education & Training. (Estonia Tallinn). Baku: 2021. P. 19. pp. 0,1. (Üçüncü beynəlxalq elmi-praktik virtual konfrans “Müasir iqtisadiyyat və biznes: qlobal çağırışlar və ətraf mühitin mühafizəsi”. Azərbaycan Dövlət İqtisad Universiteti. Enerji İqtisadiyyatı Mərkəzi (Bakı, Azərbaycan), LTD Cənubi Qafqaz Beynəlxalq Müasir Elmlər Akademiyası. (İngiltərə London), MTÜ. Beynəlxalq Tədqiqat Təhsil və Təlim Mərkəzi. (Estoniya Tallinn). Bakı: 2021. S. 19. 0,1 ç.v.)