Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / İQTİSADİYYATIN ENERJİTUTUMLU SEKTORLARINDA VƏ ELEKTROENERGETİKA KOMPLEKSİNDƏ BENÇMARKİNG VƏ ONUN TƏTBİQİNİN EFFEKTİVLİKLƏRİ
UOT 338:620.9 (479.24)
Hacızadə Elşən Mahmud oğlu
İqtisad elmləri doktoru, professor
Azərbaycan Dövlət İqtisad Universiteti “Enerji iqtisadiyyatı mərkəzi”nin rəhbəri.
ORCID ID: 0000-0001-5447-9676
Xülasə
Məqalədə bençmarking metodologiyasının əhəmiyyəti, onun ayrı-ayrı ölkələrin, o cümlədən milli iqtisadiyyatın enerjitutumlu sektorlarında və elektroenergetikasında tətbiq effektivlikləri araşdırılır və təhlil edilir. Burada əsas diqqət bençmarkinglə iri istehsallarda etalon göstəricilərin müəyyənləşdirilməsinə yönəldilir ki, onların da təhlili əsasında inkişafın yeni templəri təmin olunur. Bençmarking vasitəsi ilə bu müəssisələrdə maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyi daha optimal təyin edilir və daha geniş uğur gətirəcək islahatlara və institusional dəyişikliklərə zəmin yaradan fəaliyyət strategiyaları qurulur. Bu baxımdan da bençmarkingin milli iqtisadiyyatın enerji tutumlu sahələrində, xüsusən də elektrik stansiyalarında, metallurgiya kompleksi müəssisələrində və digər bu kimi istehsal və biznes sahələrində istifadəsinin əhəmiyyətli və səmərəliliyi əsaslandırılır.
Açar sözlər: bençmarking, sənaye, yanacaq-enerji kompleksi, elektroenergetika, effektivlik.
JEL Classification Codes: D61, F61, F62, L5, L94
221.İqtisadiyyatın enerjitutumlu sektorlarında və elektroenergetika kompleksində bençmarking və onun tətbiqinin effektivlikləri. Müasir iqtisadiyyat üzrə İkinci Beynəlxalq Elmi-Praktiki virtual konfrans “Enerji İqtisadiyyatı və biznes: qlobal çağırışlar və ətraf mühitin mühafizəsi”. Azərbaycan Dövlət İqtisad Universiteti. Enerji İqtisadiyyatı Mərkəzi (Bakı, Azərbaycan), LTD Cənubi Qafqaz Beynəlxalq Müasir Elmlər Akademiyası. (İngiltərə London), MTÜ. Beynəlxalq Tədqiqat Təhsil və Təlim Mərkəzi. (Estoniya Tallinn). ENECO Jurnalı. Bakı: № 4 (8) 2021. 0,6 ç.v. S 19-25.