Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / NOBEL İQTİSADİYYATI
Bakı: Elm, 2020. 368 s.
İSBN: 978-9952-523-20-1, ISBN: 978-9949-01-594-8 (hard copy),
ISBN: 978-9949-01-595-5 (soft copy),
UOT 33:330.8:(479.24),
DOI PREFIX: 10.36962/EHNOBECO,
ORCID ID 0000-0001-5447-9676,
JEL Classification Codes: A10, B50, C1, D00, E02, F01, G00, H1, H21, İ00, J30, J8, L2, L50, M2, N00, O1, P00, Q18, R4, Z13.
Çapa imzalanmışdır. 24.01.2020. Formatı 60 x 90 1/16. Həcmi 23,0 ç.v. Sayı 500.
Azәrbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Enerji İqtisadiyyatı Mərkəzinin Elmi Şuralarının 18 yanvar 2020-ci il tarixli birgə qərarları (Protokol №1) əsasında nəşr olunur
Elmi məsləhətçi: Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
akademik Z.Ə.Səmədzadə.
Rəyçilər: iqtisad elmləri doktoru, professor M.A.Əhmədov
iqtisad elmləri doktoru, professor V.T.Novruzov
iqtisadiyyat üzrə fəlsəfə doktoru dosent E.Z.Səmədzadə
Monoqrafiya müəllifin ömür-gün yoldaşı Hacızadə Simuzər Akif qızına ittihaf olunmuşdur.
İqtisadiyyat üzrə Nobel mükafatının təsis edilməsi və onun laureatlarının ötən 50 il ərzindəki yaradıcı fəaliyyətləri, ümumilikdə, iqtisad elmində yeni bir mərhələnin formalaşdırılması üçün zəmin olmuşdur. Monoqrafiyada predmetli təhlil və konseptual əsaslandırmalarla postkeyns dövrünün tədqiqatçılarının nailiyyətlərinin, Nobel mükafatı laureatlarının iqtisad elminin nəzəriyyələrinin məzmununu təkmilləşdirdiyi, onun yeni axın və istiqamətlərinin formalaşdırdığı fəaliyyət nəticələri ilə uzlaşdırılan mərhələsinin “Nobel iqtisadiyyatı” adlandırılması şərtləndirilmişdir. Bundan başqa, tədqiqat işində “İqtisadiyyat üzrə Nobel mükafatı laureatları” ifadəsi, ilk dəfə lakonik olaraq, “nobelçi iqtisadçılar” termini ilə əvəzləndirilməsi məqsədəuyğun hesab edilmişdir.
Monoqrafiyada həmçinin Nobellər nəslinin şəcərəsi, onların Azərbaycandakı fəaliyyəti yeni araşdırmalar çevrəsində təqdim olunmuş, Bakı neftinin və neftçilərinin əməyinin Nobel mükafatı fondunun formalaşmasının əsas qaynaq elementi kimi çıxış etməsi faktı bir daha əsaslandırılmışdır. Bundan başqa, burada Nobel mükafatının özәlliklәri neqativlər və pozitivlər aspektində xarakterizә olunaraq bu sferada tarixi gerçəkliyə çevrilən kuryoz və odioz hadisələr işıqlandırılmış, nobelçi iqtisadçıların keçdiyi həyat yolu təhlil olunmuş, onların elmi kəşfləri və tədqiqat motivasiyası ilə iqtisad elminin tərəqqisini və modernləşdirilməsini, həyat keyfiyyətinin artımını, bilik iqtisadiyyatına keçidi sürətləndirən xidmətləri əlahiddə və qruplaşdırılmış halda sistemləşdirilərək geniş elmi təqdimatda verilmişdir.
İqtisadiyyat sahəsi üzrə tədqiqatçıların, tәlәbә və doktorantların, hәmçinin geniş oxucu kütləsinin istifadəsi üçün nәzәrdә tutulur. Monoqrafiyanın Nobel mükafatı, Nobel iqtisadiyyatı və nobelçi iqtisadçılar haqqında biliklərin ensiklopedik əsasda aydınlaşdırmasına və bu barədə peşəkar və ixtisaslı rəy yaradılmasına kömək edəcəyi də hədəflənmişdir.