Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / ÖLKƏLƏRİN İQTISADİ İNKİŞAF GÖSTƏRİCİLƏRİ VƏ AZƏRBAYCANIN QLOBAL REYTİNQLƏRDƏKİ MÖVQEYİ
Xülasə
Məqalə ölkələrin iqtisadi inkişaf göstəriciləri üzrə aparıcı qlobal reytinq təyinetmə təşkilatları tərəfindən hazırlanan müvafiq hesabatların mahiyyəti, metodologiyası və mexanizmlərinə, həmçinin bu hesabatlarda Azərbaycan Respublikasının tutduğu mövqe ilə bağlı araşdırmalara həsr olunmuşdur. Qarşıya qoyulan məqsədə nail olmaq üçün məqalənin mətni - ölkələrin iqtisadi inkişaf göstəricilərinin xarakteristikası, onların qlobal reytinqlər üzrə dəyərləndirilməsi və müvafiq qlobal indekslər kontekstində Azərbaycanın dünya dövlətləri təsnifatında yeri kimi tədqiqat istiqamətlərini əhatə edir. Azərbaycanda sürətli inkişaf dinamizmini təcəssüm etdirən həmin reytinqlərdə onun bir çox sosial-iqtisadi göstəriciləri ilə dünya dövlətləri sırasında mötədil mövqedə dayanması və həyata keçirilən inkişaf strategiyası ilə isə yaxın və orta perspektivdə ən güclü 45-35 ölkə sırasında qərar tutması imkanları əsaslandırılır.
Açar sözlər: Azərbaycan iqtisadiyyatı, ölkənin iqtisadi inkişafı, beynəlxalq reytinqlər.