Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / XƏZƏR HÖVZƏSİ REGİONUNUN İQTİSADİ POTENSİALI VƏ İXRAC İNFRASTRUKTURU
Hacızadə Elşən Mahmud oğlu
i.e.d., prof. Azərbaycan Dövlət İqtisad Universiteti
Az 1001, İstiqlaliyyət küçəsi 6
Xülasə
Tədqiqatın məqsədi: Xəzər hövzəsi regionunun iqtisadi potensialının və ixrac infrastrukturunun yeni geoiqtisadi reallıqlar baxımından təhlili və qiymətləndirilməsi və bu arealda müvafiq təkmilləşdirmələri şərtləndirən perspektivlərin müəyyən olunmasıdır.
Tədqiqatın metodologiyası: amilli və müqayisəli təhlil metodları.
Tədqiqatın nəticələri: Xəzər hövzəsi regionunun iqtisadi potensialının və ixrac infrastrukturunun müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi üzrə müvafiq ümumiləşdirmələr aparılmış, Xəzərin beynəlxalq hüquqi statusunun müəyyən edilməsinin məqbul ssenariləri əsaslandırılmışdır.
Tədqiqatın məhdudiyyətləri: Xəzərin yeni beynəlxalq hüquqi statusunun formalaşması ilə bağlı fikir ayrılıqları və Xəzər hövzəsi regionunun karbohidrogen resurslarının dəqiq həcminin müəyyən olunması üzrə dinamik meyillərin və konfidensiallığın mövcudluğu.
Tədqiqatın praktiki əhəmiyyəti: Xəzər hövzəsi regionunun iqtisadi potensialı və ixrac infrastrukturu üzrə məlumatlandırmada alternativ informasiya təminatlılığı və habelə Xəzərin beynəlxalq hüquqi statusunun müəyyən edilməsi istiqamətində tədqiqatlarda istifadə imkanlığı.
Tədqiqatın orijinallığı və elmi yeniliyi: yeni geoiqtisadi reallıqlar baxımından Xəzər hövzəsi regionunun təbii sərvətləri və ixrac potensialı üzrə müvafiq təhlili ümumiləşdirmələrin aparılması və bu kontekstdə Xəzərin beynəlxalq hüquqi statusunun müəyyən edilməsində gözləntilərin qiymətləndirilməsi.
Açar sözlər: Xəzər hövzəsi regionu, Xəzərin beynəlxalq hüquqi statusu, karbohidrogen resursları, ixrac potensialı, nəqliyyat və logistika sistemi