Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / REGİONAL NƏQLİYYAT İNFRASTRUKTURUNUN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ BAKI-TBİLİSİ-QARS DƏMİR YOLU XƏTTİ LAYİHƏSİNİN ROLU
UOT 339.9:656.2 (4):(5)
REGİONAL NƏQLİYYAT İNFRASTRUKTURUNUN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ BAKI-TBİLİSİ-QARS DƏMİR YOLU XƏTTİ LAYİHƏSİNİN ROLU
Hacızadə Elşən Mahmud oğlu
i.e.d., prof. Azərbaycan Dövlət İqtisad Universiteti
Az 1001, İstiqlaliyyət küçəsi 6
elshan@hajizadeh.co
Xülasə
Tədqiqatın məqsədi: Avropa-Asiya ticarət əlaqələrinin genişləndirilməsində və “Böyük İpək yolu” marşrutu boyunca nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin mümkün potensial imkanlarını qiymətləndirmək, onun sosial-iqtisadi effektivlərini əsaslandırmaqdan ibarətdir.
Tədqiqatın metodologiyası: amilli və müqayisəli təhlil metodları.
Tədqiqatın nəticələri: Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin potensial imkanları qiymətləndirilərək, onun makroregional iqtisadi inteqrasiyanın dərinləşməsində mühüm logistik əhəmiyyətə malik olması və sosial-iqtisadi effektivliyi əsaslandırılmışdır.
Tədqiqatın məhdudiyyətləri: ayrı-ayrı ölkələrin bir-biri ilə iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində aparılan regional siyasət üzrə və beynəlxalq daşımalar sahəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi planları ilə bağlı məlumatların geniş informasiya dövriyyəsinə çıxarılmaması və ya onlara giriş imkanlığının məhdudluğu.
Tədqiqatın praktiki əhəmiyyəti: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa-Asiya regionunda daşınmalarda və marşrut seçimində iqtisadi səmərəsi və logistik gücü barədə informasiya təyinatlılığı, həmçinin yeni elmi-tədqiqatların aparılmasında müvafiq alternativ mənbə kimi istifadə imkanlığı.
Tədqiqatın orijinallığı və elmi yeniliyi: ilk dəfə olaraq elmi müstəvidə Avropa-Asiya arasındakı əsas marşrutlar çevrəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin daşınmalar üzrə potensial imkanları qiymətləndirilmiş, onun makroregional iqtisadi inteqrasiyanın dərinləşməsindəkı başlıca sosial-iqtisadi effektivləri əsaslandırılmışdır.
Açar sözlər: nəqliyyatın iqtisadiyyatı, iqtisadi inteqrasiya, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layıhəsi, TRACECA, logistika.