gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / "DÜNYA IQTISADIYYATI" VƏ "DÜNYA TƏSƏRRÜFATI" ANLAYIŞLARI: EYNILIKLƏR VƏ FƏRQLƏR

30.07.2010

ADİU, i.e.d., prof.E.M.Hacızadə

 

 

«DÜNYA IQTISADIYYATI» VƏ «DÜNYA TƏSƏRRÜFATI»

ANLAYIŞLARI: EYNILIKLƏR VƏ FƏRQLƏR

 

“Dünya iqtisadiyyatı”müxtəlif dünya təsərrüfat əlaqə növləri ilə birləşən milli iqtisadiyyatlar məcmusu kimi anlaşılır. Bu təyinatı bir qədər də şaxələndirmək və ümumiləşdirmək olar. Xarici iqtisadi ədəbiyyatlarda, xüsusən də Rusiya Federasiyasında «dünya iqtisadiyyatı» anlayışı ilə yanaşı «dünya təsərrüfatı» anlayışından da istifadə olunur. Əslində bu və ya digər ədəbiyyatlarda həmin anlayışları kəskin fərqləndirən izahlara rast gəlinmir. Tədqiqatçılar onları istifadə sahəsi təyinatlığı baxımdan müəyyən aspektlərə nəzərən fərqləndirsələr də, ümumilikdə bu fərqliliyin sərhədlərı qəti təyin edilmir. Hər iki anlayış ingilis dilinə «world economy» kimi tərcümə olunur.

“Dünya təsərrüfatı”anlayışı daha çox istifadəsi rast gəlinən tədris profilli ədəbiyyatlarda “dünya ölkələrinin milli təsərrüfatlar sistemi olaraq beynəlxalq əmək bölgüsündə və müxtəlif qarşılıqlı iqtisadi əlaqələrdə birləşən qlobal miqyaslı təsərrüfat orqanizmi; beynəlxalq əmək bölgüsü əsasında yaranan bir-birilə qarşılıqlı asılılıqda olan dünya təsərrüfatı əlaqələrinin müxtəlif növlərinin məcmusu; bir-biri ilə qarşılıqlı iqtisadi ələqələrdə olan müxtəlif milli təsərrüfatların yaratdığı qlobal təsərrüfat mexanizmi” kimi interpretasiyalarda səciyyələndirilir. Burada dünya təsərrüfatına əlahiddə siyasi, iqtisadi və tarixi kateqoriya kimi yanaşılır və dünya təsərrüfatı tarixi bəşəriyyətin tarixi və eyni zamanda iqtisadi tarix olaraq göstərilir. Göründüyü kimi, bu təqdimatlarda “dünya təsərrüfatı” anlayışı ilə “dünya iqtisadiyyatı” anlayışı mahiyyətcə kəskin fərqləndirilmir.

Bir sıra tədqiqatçılar da vardır ki, onlar «dünya iqtisadiyyatı» ilə «dünya təsərrüfatı» anlayışlarının fərqləndirən cəhətlərini önə çəkməyə çalışmışlar. Bu tədqiqatlarda dünya iqtisadi sisteminin ticarət və maliyyə münasibətləri ilə yanaşı, həm də özündə kapital və işçi qüvvəsinin qeyri-bərabər bölgüsünü də ehtiva etdiyi göstərilir. Belə yanaşmada bir çox istiqamətlərdə beynəlxalq qarşılıqlı iqtisadi əlaqələri təyin edən istehsal amili diqqətdən yayınır. Marksist təmayüllüyü ilə fərqlənən digər bir konsepsiyada isə “dünya təsərrüfatı” milli təsərrüfatların bu və ya digər ölçüdə sıxışdığı iqtisadi sistem olaraq istehsal gücləri, istehsal münasibətləri və müəyyən quruluşüstü aspektləri 3 səviyyəli mexanizmdə ehtiva edir. Bu yanaşmada təsərrüfatın əsas tərkib hissələri material baza, mülkiyyətin müxtəlif formalarının reallaşması və təkraristehsal proseslərinin fəaliyyət qaydalığı özünü əks etdirir. Bununla da, “dünya təsərrüfatı” göstərilən aspektlər əhatəsində vahid tam sistem olaraq dəyərləndirilir. “Dünya iqtisadiyyatı”na isə çoxsaylı daxili elementləri, iyerarxiyalığı və strukturluğu olan daha mürəkkəb sistem kimi yanaşılır. Bu sistemin əsasında beynəlxalq və ayrı-ayrı ölkələrdə məhdud çərçivələrdə maddi və mənəvi nemətlərin milli istehsalı, onların bölgüsü, mübadiləsi və istehlakının dayandığı göstərilir. “Dünya iqtisadiyyatı” bir sistem olaraq müəyyən qaydalar istisnasında belə açıq beynəlxalq və özəl hüquq normalırına əsaslanmaqla uğurlu inkişaf edə bilər. Bu normaların təyinatı həm dövlətlər və həm də beynəlxalq hüquqa əsaslanaraq kollektiv nəzarət formasında qurula bilər. Bütün bunlara baxmayaraq, “dünya iqtisadiyyatı” və “dünya təsərrüfatı” anlayışları bir çox ədəbiyyat və dərsliklərdə eyniləşdirililir və təkrarçılığın aradan qaldırılması, oxunaqlığın səmərəliliyinin artırılması məqsədi ilə sinonim kimi istifadə edilir. Bununla belə, xüsusi olaraq vurğulanır ki, bir sıra digər terminologiyalarda “dünya iqtisadiyyatı” anlayısı “meqaiqtisadiyyat”, “interiqtisadiyat», “qlobal iqtisadiyyat”, “beynəlxalq iqtisadiyyat” və hətta “dünya bazarı” istilahları ilə də uzlaşma tapır.

 

 

188.«Dünya iqtisadiyyatı» və «Dünya təsərrüfatı» anlayışları: eyniliklər və fərqlər. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin büdcə təyinatlı elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi-praktiki konfransının tezisləri. Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı: 2014. 0,1 ç.v.