Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(latınca - οικος - ev, təsərrüfat və λόγος - öyrənmək) - orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm. «Ekos» məfhumunu ilk dəfə ekologiya sözü kimi 1858-ci ildə amerikan mütəffəkri, filosofu və yazıçısı Henri Devid Toro (1817-1862) işlətmiş və klassik darvinizm nümayəndəsi Ernest Henrix Hekkel (1834-1919) tərəfindən 1866-cı ildə elmi dövriyyəyə buraxmışdır. Uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmiş və çox mübahisəli inkişaf yolu keçmişdir. Öncə bitkilərin, canlı orqanizmlərin həyat birliklərinin, ətraf mühit problemlərini tədqiqat predmeti seçən ekologiya, karbohidrogen erasının XX əsrdə yüksəliş tapan templəri və bu əsnada insanın təbiətə təsirinin artması fonunda ekosistemin və biosferin bütün qatlarını inhisara alan çağdaş bir elmə çevrilmişdir. 1970-ci illərində Avroatlantik məkanda sənaye yenidənqurması dövrü ərəfəsində ekologiya predmet spektrini genişləndirərək daha dolğun bəşəri və sosial mahiyyət kəsb etmişdir. Ekologiya bir sıra istiqamətlər üzrə təsnifatlandırılır. Mühitə görə suyun, torpağın və havanın ekologiyası. Sistematikaya görə mikroorqanizmin, göbələyin, bitkilərin və heyvanın ekologiyası. Canlının yaşama yerinə görə çayın, gölün, yeraltı suyun, dənizin, sahilin, tundranın, arktikanın, meşənin, səhranın, dağın, adanın, kəndin və şəhərin ekologiyası. Bundan başqa ekologiya qlobal, hidrosfer, litosfer, atmosfer, biosfer, kosmos və sosioloji təsnifatlandırmaya da məruz qalır. Ekoloji problemlərin artan təsir gücü əksər elmlərin, o cümlədən iqtisadiyyatında ekologizasiyasına gətirmişdir.