Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - World Trade Organization, WTO - Dünya Ticarət Təşkilatı) - 1995-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişin varisi kimi yaradılmış, millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən beynəlxalq təşkilat. DTT-nin əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etmək, məqsədi isə üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır. Bu, qismən üzv ölkələr arasında qayda və müqavilələrin işlənib hazırlanması və qurulması və qismən də mal və xidmətlər ticarətinin gələcəkdə liberallaşdırılmasına yönəldilmiş danışıqlar əsasında əldə olunur. DTT mal və xidmətlərin beynəlxalq ticarəti sahəsində gələcək danışıqlar üçün əsas yaradır. Onun hüquq norma və müddəalarını əks etdirən nizamnaməsi yoxdur. DTT-nin hüquqi əsasınnı Tariflər və Ticarət üzrə Baş Saziş - TTBS-ın 1994-cü il redaksiyası (TTBS-1994), buraya daxil olan bir sıra yeni müqavilə, saziş və qərarlar, həmçinin xidmətlər ticarəti üzrə baş saziş və əqli mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə saziş təşkil edir. DTT-nin dünya ticarətinin 97%-dən artığını əhatə edən 153 üzvü vardır. Üzvlük barədə danışıqlar isə 30-a yaxın ölkə ilə davam etdirilir. DTT-nin ən yüksək qərar qəbuledici orqanı ən azı iki ildə bir dəfə yığışan Nazirlər Konfransıdır. Qərarlar, adətən, bütün üzvlərin razılığı ilə konsensus əsasında qəbul olunur. Qərarlar bütün üzv ölkələrdə ölkə parlamentləri tərəfindən ratifikasiya olunur. DTT üzvlərinin dörddə üç hissəsindən çoxu inkişaf etməkdə olan və ya zəif inkişaf etmiş ölkələrdir. Təşkilatın Katibliyi İsveçrənin paytaxtı Cenevrə şəhərində yerləşir.