Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - world market for arms and military equipment - dünya silah və hərbi texnika bazarı bazarı) - silah və hərbi texnika ticarəti üzrə dünya bazarı dünya silah və hərbi texnika bazarı dünya əmtəə bazarının tərkib hissəsi olaraq dünya əmtəə dövriyyəsində mühüm rol oynayır. Bu bazarda mühüm satıcılar (85%) qismində əsasən Böyük 7-lik ölkələri (G7) və Rusiya çıxış edirlər. Əsas alıcılar isə öz xalıqına qarşı repressiyalar həyata keçirən avtoritar və diktatura rejimləri olan ölkələrdirlər (Sudan, Birma, Konqo Respublikası, Kolumbiya, Filippin, və s.). Dünya silah bazarının lideri ABŞ hesab olunur. Bu ölkəyə mənsub “Boeing” korporasiyası (müasir qırıcı və bombardmanşı təyyarələr, peyk və peyk sistemləri, elektron sistemlər, hərbi hava qevvələrində müdafiə sistemləri) dünyada silah istehsalında ön mövqedə dayanır. Dünyanın mühüm silah istehsalçıları sırasında raket (Patriot) üzrə “Lockheed Martin” və aviadaşıyıcı gəmilər, submarina və hərbi gəmilər üzrə “Northrop Grumman” şirkətləri yer alırlar.