Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
DAXİLİ DƏNİZ SULARI
- (ingiliscə - internal waters - daxili sular) - dövlətin tam suverenliyi altında olan və onun ərazisinin bir hissəsini təşkil edən su məkanı. Dəniz hüququ üzrə BMT-nin konvensiyasına görə, daxili dəniz sularına - liman suları (ən qabağa çıxan daimi liman qurğularını birləşdirən xəttə qədər); eyni dövlətin quru ərazisi ilə tam əhatə olunmuş dəniz, habelə bütün sahili bir dövlətə məxsus olan dəniz; sahilləri eyni dövlətə məxsus olan və eni 24 dəniz milindən artıq olmayan buxtalar, liman və körfəzlər; tarixi körfəzlər daxildir. Daxili dəniz sularının hüquqi rejimi, əsas etibarilə, müvafiq dövlətin milli qanunvericiliyi ilə müəyyən olunur. Həmin sularda dövlətin icazəsi olmadan hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olmaq və tədqiqatlar aparmaq əcnəbilərə qadağandır. Hərbi gəmilər isə yalnız sahilyanı dövlətin qabaqcadan icazəsi və ya dəvəti ilə bu ərazilərə girə bilərlər.