Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - İnternational Oil Cartel - Beynәlxalq Neft Karteli) - xammal mənbələri və satış bazarlarının bölüşdürülməsi, maksimal gəlir əldə etmək üçün orada inhisar qiymətlərinin qoyulması məqsədi ilə 7 nəhəng beynəlxalq neft şirkətinin qeyri-rəsmi qapalı birliyi. Beynәlxalq Neft Karteli XX əsrin 20-30-cu illərində neftin satışı bazarında rəqabətin kəskinləşdiyi dövrdə yaranmışdır. 1954-cü ildə İran neftinin hasilatı üçün Beynәlxalq Neft Konsorsiumu təsis olunmuşdur. Bu karteldә də ABŞ-ın neft inһisarları һegemonluq etmişlәr. Lakin müstәqil inkişaf yoluna qәdәm qoymuş neft ixrac edәn ölkәlәr milli mәnafelәri üstün tutan yeni siyasәt yeridәrәk gәrgin mübarizә şәraitindә neft inһisarlarının fәaliyyәt dairәsini mәһdudlaşdırmağa nail oldular. Onların yaratdıqları Neft İxrac Edәn Ölkәlәr Tәşkilatı (1960) vә Neft İxrac Edәn Әrәb Ölkәlәri Tәşkilatı (1968) 1970-ci illәrin әvvәlindә neft inһisarlarına qarşı güclü qüvvәyә çevrildi. Sonrakı illәrdә Beynәlxalq Neft Kartelinin, demәk olar ki, bütün konsessiyaları millilәşdirildi.