Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - International economic organizations - Beynəlxalq iqtisadi təşkilatr) - dünya iqtisadiyyatının subyektləri olub, beynəlxalq iqtisadi münasibətlər sferasında birgə qərarların hazırlanması, tənzimləmə və unifikasiya məqsədlərindən irəli gələrək beynəlxalq müqavilələr əsasında yaradılmış təsisatlardır. Beynəlxalq iqtisadi təşkilatlar çoxtərəfli dövlətlərarası əlaqələr institutu kimi iştirakçılarının koordinasiya etdikləri məqsədlərə, səlahiyyətlərə və digər “spesifik” siyasi-təşkilati normaları ehtiva edirlər. Dünya ticarətinin azad inkişafı və tənzimlənməsi aləti kimi, həmçinin onun iştirakçılarının qarşılıqlı əlaqəsini və onlar arasında münaqişələrin vaxtında xəbərdar edilməsini təmin edəcək beynəlxalq iqtisadi təşkilatın yaradılması ideyası II Dünya müharibəsi başa çatdıqdan sonra meydana çıxmışdır. İstiqamətlərindən asılı olaraq universal və ixtisaslaşmış beynəlxalq təşkilatlar mövcuddur. Buraya aiddir: BMT İqtisadi və Sosial Şurası; Dünya Ticarət Təşkilatı; İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı; Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı; Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası; BMT-nin Avropa İqtisadi Komissiyası; Beynəlxalq Ticarət Palatası; BMT-nin Sənaye İnkişafı üzrə Təşkilatı; Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı. İxtisaslaşmış beynəlxalq iqtisadi təşkilatların fəaliyyət sferasına iqtisadi münasibətlərin müəyyən, daha dar dairəsi daxil olan təşkilatlar aiddir: İntellektual Mülkiyyət üzrə Ümumdünya Təşkilatı; Beynəlxalq İnvestisiyalar üzrə Məsləhət Xidməti; BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası; Hava Nəqliyyatı Beynəlxalq Assosiasiyası; Beynəlxalq Dəniz Təşkilatı; Ümumdünya Gömrük Təşkilatı; Ümumdünya Turist Təşkilatı; Beynəlxalq Avtonəqliyyat İttifaqı; Beynəlxalq Qaz İttifaqı; Beynəlxalq Dəmiryol İttifaqı; Neft İxrac edən Ölkələr Təşkilatı; BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı; Beynəlxalq Statistika İnstitutu. Beynəlxalq iqtisadi təşkilatların xüsusi qrupuna aşağıdakı beynəlxalq maliyyə təşkilatları aid edilir: Beynəlxalq Vayuta Fondu; Dünya Bankı Qrupu; Beynəlxalq Hesablaşmalar Bankı; Avropa Yenidənqurma və İnkişaf Bankı; Avropa İnvestisiya Bankı Asiya İnkişaf Bankı Afrika İnkişaf Bankı Ərəb Valyuta Fondu İslam İnkişaf Bankı Amerikaarası İnkişaf Bankı Qara dəniz Ticarət və İnkişaf Bankı Avrasiya İnkişaf Bankı; Bank Nəzarəti üzrə Bazel Komitəsi.