Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - conformity assessment - uyğunluq qiymətləndirilməsi) obyektə qoyulan tələblərə uyğunluğun birbaşa və ya dolayı yolla müəyyən edilməsi. Uyğunluğun qiymətləndirilməsinin nəticəsinə obyektin uyğun olduğunu və həmişə müəyyən edilmiş tələblərə cavab verəcəyinə dair ciddi sübut kimi baxılmamalıdır. Uyğunluğun nümayişi tələbatdan və imkanlardan asılı olaraq müxtəlif dərəcədə düzgün və inandırıcı şəkildə həyata keçirilə bilər. Uyğunluğun qiymətləndirilməsi üç funksiyanın ardıcıllığı kimi nəzərdən keçirilməlidir: “seçim” (selection), “təyinetmə” (determination) və “uyğunluğun yoxlanılması və təsdiq edilməsi” (review and attestation). Uyğunluğun qiymətləndirilməsi akkreditasiya yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası qanunvericiliyində uyğunluğun qiymətləndirilməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentin tələblərinə uyğunluğunun müəyyən edilməsi prosesi kimi şərhini tapır. Uyğunluğun qiymətləndirilməsi uyğunluq bəyannaməsi, uyğunluq sertifikatı və uyğunluq nişanı verilməsi ilə reallaşdırılır. Malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi müəyyən formalı sənəd uyğunluq bəyannaməsi, malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd uyğunluq sertifikatı və malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentdə müəyyən edilmiş tələblərə uyğunluğunu göstərən nişan uyğunluq nişanı əks etdirir.