Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - Risk Service Contract (Agreement) - Risklərə Xidmət Müqaviləsi) zəruri kapitalın təqdimatı üzrə yatağın axtarışı və onun təkmilləşdirilməsi ilə əlaqədar podratçı ilə mülkiyyətçi arasında bağlanmış müqavilə. Minimal kompensasiya zəmanəti ilə müqavilə (risk müqaviləsi - xidmətlərin göstərilməsi haqqında müqavilə) kimi də adlandırılır. Riskli xidmət müqavilələri podratçıya heç bir məhsul təqdim etmir, lakin ona riskinə və ekspertizasına görə istehsaldan alınan pul vəsaitləri ödənilir. Risklərə xidmət müqavilələri, bir qayda olaraq, öhdəliklərə münasibətdə güzəştlər, müqavilə sahəsinin ölçüsü, öhdəliklərdən imtina və s. kimi müddəaları özündə ehtiva edir. Belə müqavilələrdə şirkətlərin hasilatdan beynəlxalq qiymətlərlə xam neftin müəyyən miqdarını almağa imkan verən müddəalar nəzərdə tutula bilər. Milli neft şirkəti müqavilə üzrə sahənin yeganə hüquqi sahibi kimi çıxış edir. Podratçı isə bütün zəruri vəsaitləri öz riski ilə təmin etmək üçün tam məsuliyyət daşıyır. Təcrübədə bu o deməkdir ki, neft kommersiya kəmiyyətlərində tapılmayana qədər podratçıya uğursuz neft axtarışı nəticəsində çəkilmiş xərclər ödənilməyəcək. Lakin, əgər neft tapılarsa, podratçı öz tapıntılarını hasilat üçün qoyur. Bundan sonra hökumət tərəfindən və ya bəzi hallarda podratçı tərəfindən istifadə edilə bilər. Aşkar edilmə anına qədər çəkilmiş xərclər milli neft şirkətinin hesabına silinməli olan kredit hesab edilir. Bu kredit faiz və risk haqqı ilə ödənilir.