Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(latınca - praefixus - qarşısına qoyulmuş, bərkidilmiş) dilçilikdə kökün qarşısında duran, onun leksik və ya qrammatik mənasını dəyişdirən morfem (müəyyən məna verən ən kiçik dil vahidi), informatikada isə sıranın, xəttin başlanğıcı. İqtisadi terminlər çevrəsində də geniş yayılaraq ən çox söz önü və söz əlavəsi kimi işlədilən ingilisdilli perifikslərə aiddir:
A (a) kənarlaşma.
Anti (Anti), Kontur (Counter) əks.
De (De) çəkilmə, düzəldilmə, bərpa etmə, geri proses.
Demi (Demi), Hemi (Hemi), Semi (Semi) yarısı və ya, hissəsi hansısa çatışmamazlıq, yetərsizlik.
Dis(Dis) ayırma, məhrumiyyət, bölmə, tərkib hissələrinə səpilmə.
Eks (Ex) əvvəlki, keçmiş.
Ekstra (Extra) həddən ziyadə, əlavə keyfiyyətli, yüksək dərəcə.
En, Em (En, Em) etmək, müəyyən bir vəziyyətə girmək, əhatə etmək.
Endo (Endo) daxilində.
Ekzo (Eko) xaricində.
Enter (Enter) daxil etmək.
Hiper (Hyper) şişirtmək, üstələmək.
Hypo (Hypo) kiçiltmək, balacalaşdırmaq.
İm (İm), İn (İn), İl (İl) İr (İr) mənfi mənada.
İnter (İnter) nəyinsə arasında
İnfra (İnfra) nəyinsə aşağısında.
İntra (İntra) nəyinsə daxilidə.
Ko (Co) müştərək, kiminləsə bir yerdə.
Mini (Mini) kiçik, surətin kiçildilməsi
Mikro (Mikro) çox kiçik ğlçülü, adı gözlə, ç.ılpaq gözlə görünməyən.
Makro (Makro) böyük, artan.
Mono (Mono) tək, bölünməz.
Multi (Multi) çoxlu, çoxhədli, müxtəlif tərkibli.
Mis (Mis) düzgün olmayan, düz olmayan.
Non (Non) o olmadan, onsuz, yox.
Ove (Over) üstündə, daha çox üstündə.
Out (Out) kənarında, xaricində.
Pre (Pre) əvvəl olan, sələf.
Pro (Pro) qabaqa hərəkət, tərəqqi, nəyisə əvəz edən.
Poli (Poli) çox kəmiyyətli.
Post (Post) sonra olan, xələf (Pre-nin əksi).
Re (Re) yenidən, əks (reqres - proqres).
Retro (Retro) geriyə, arxaya.
Sub (Sub) kiminsə tabesində, altında (bəzən - demək olarki).
Super (Super) nədənsə üstün, normadan yuxarı.
Trans (Trans) bir vəziyyətdən digərinə keçid, dəyişdirilmə, ötürülmə.
Un (Un) inkar, çatışmazlıq, əkslik, hər hansı bir keyfiyyətin olmaması.
Ultra (Ultra) sərhədən kanar, üstündə.
Unde (Under) yetərsiz, kifatət edtməyən (Over-in əksi).