gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

MOBİL İD

(ingiliscə - ID Mobile - mobil məlumat) mobil telefondan istifadə əsasında istifadəçinin müəyyən edilməsi, eyniləşdirilməsinin aparılması (identifikasiyası) vasitəsi, Mobil-İD şəxsiyyəttin rəqəmsal vəsiqəsidir. O, elektron xidmətlərdən istifadədə insanı mobil telefonla tanımağına və ondan elektron sənəd dövriyyəsi sistemində elektron-rəqəmsal imza kimi istifadə etməyə imkan verir. Fiziki olaraq, bu istifadəçinin şəxsi açarı olan SİM kartdakı xüsusi bir çipdir. Onu kopyalamaq və ya başqa bir şəkildə almaq mümkün deyil. İstifadə etmək üçün telefonda yalnız sahibinin tanıdığı bir PİN kodu daxil edilir. Texnologiyanın geniş yayıldığı Qərbi Avropa ölkələrində, Mobile-ID-nin köməyi ilə elektron müqavilələr imzalanır, maliyyə hesabatları təqdim olunur, dövlət qurumlarının, bankların və sığorta şirkətlərinin xidmətlərindən onlayn istifadə edilir. Bundan başqa, ondan səlahiyyət (avtorizasiya) tələb edən saytlarda, onlayn-mağazalardakı şəxsi kabinetlərdə, klinikalarda və digər xidmətlərin alınmasında giriş (loqin) və şifrə (parol) əvəzinə istifadə oluna bilər. Azərbaycan Respublikasında Mobil-İD “Asan İmza” formatında tətbiq olunur. “Asan İmza” (Mobil elektron imza) - mobil elektron şəxsiyyət vəsiqəsi olub, elektron xidmətlərdən istifadə və rəqəmsal imzanın təsdiqlənməsi zamanı tətbiq oluna bilər. “Asan İmza” mobil elektron imza vətəndaşlara mobil telefondan gücləndirilmiş rəqəmsal elektron imza kimi istifadə etmək, dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni əldə etmək, həmçinin müxtəlif elektron sənədləri imzalamaq imkanı verir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən “Asan İmza” əl imzasına bərabərdir. “Asan İmza” xidmətində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları xidmət istifadəçilərinə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi - ASXM tərəfindən təqdim edilir.