Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - carbon dioxide - karbon qazı) havadan ağır, rəngsiz, iysiz qaz, karbon (IV) oksid, karbonun, baş oksidi karbon dioksid - CO2. Yanmır və yanmaya kömək etmir, yanmanın qarşısını alır. Zəhərli deyil, lakin havada normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur. Sıxlığı 0,0019 q/sm3-dir, -56,6°C-də mayeləşir, - 78,5 ºC-də mayeləşmədən birbaşa bərk hala keçərək qaraoxşar ağ kütləyə - “quru buz”a çevrilir. 2000°C-dən yuxarı temperaturda dissosiasiya olunaraq, karbon 2-oksidlə və oksigenə ayrılır. Havanın həcmcə 0,03%-i SO2-dir. Hidrosferdə miqdarı 1,4-1014 tondur. Bitkilər-fotosintez prosesində havadan CO2 alır. İnsan və heyvan orqanizmində CO2 tənəffüs və qan dövranının tənzimlənməsində iştirak edir. Tərkibində 1,5-3% CO2 olan hava ilə bir neçə gün nəfəs aldıqda qusma və başgicəllənmə, 6%-dən çox olduqda isə ürəyin fəaliyyətini zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaradır. Hidrogenlə Mis 2-oksidin vasitəsilə reaksiyaya girib metana çevrilir. Közərdilmiş kömürlə reaksiyadan (CO2 + C = 2CO) metallurgiyada geniş istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur. Karbon qazı pivə, şəkər, soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur.