gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

HEYDƏR ƏLİYEV ADINA BAKI DƏRİN ÖZÜLLƏR ZAVODU

(ingilscə - Heydar Aliyev Baku Deep Water Jacket Factory - Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) neft və qaz yataqlarının işlənməsi üçün dərin özüllərin hazırlanması, quraşdırılması, “layihə nöqtəsinə” qoyulması, dayaqların bərkidilməsi və istismara buraxılmasını həyata keçirən iri istehsalat müəssisəsi. İnşasına 1978-ci ildə başlanmış və 1984-cü ildə istismara buraxılmışdır. 2014-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşayır. Zavodda tikinti üçün metalkonstruksiyalar - fermalar (ferma tipli çatmalar), sütunlar, kranaltı tirlər, riqellər, sütunlararası birləşdiricilər, bunkerlər, körpü konstruksiyaları, ixtiyari ölçülü ikitavr və qutu şəkilli tirlər, siloslar, 200 m-dək dərinlik üçün stasionar dəniz özülləri, həcmi 105 min kubmetrədək olan rezervuar (çən) konstruksiyaları, istənilən həcmli tutumlar, 100 atmosfer təzyiqli neft və qaz separatorları, 7018 və 6013 tipli qaynaq elektrodları, diametri 500 mm-dən 4500 mm-dək, qalınlığı 90 mm-dək olan metal borular istehsal olunur. Zavodda 650 tonadək yük qaldıran tırtıllı və 90 tonadək yük qaldıran körpülü kranlardan, 90 mm-dək qalınlıqlı metal vərəqələri əyən vərdənələrdən (valslar), flyus qatı altında avtomatik qaynaq və yarımavtomat qaynaq xətlətindən, əllə qövs qaynağından, metal qırma ilə təmizləmə kamerasından, qumla təmizləmə aparatlarından, ultrasəs və maqnit tozu ilə nəzarət cihazlarından, metalın termiki üsulla kəsilməsi xətlərindən istifadə olunur. Bakı şəhəri Qaradağ rayonu ərazisində (Salyan şossesi) yerləşir.