Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - energy efficiency - enerji effektivliyi) enerji resurslarının səmərəli (rasional) istifadə. Genişliklə o, istehsal, məişət və elmi-texniki sahələrdə enerji ehtiyatlarından səmərəli istifadənin əhəmiyyətini artırmağa yönəlmiş təşkilati, iqtisadi və texnoloji tədbirlər kompleksini ehtiva edir. Bir bilik sahəsi olaraq isə enerji effektivliyi mühəndislik, iqtisadiyyat, hüquq və sosiologiyanın qovşağında yerləşir. O, əhali üçün kommunal xərclərin əhəmiyyətli dərəcədə azaldılması, ölkə üçün resurslara qənaət, məhsuldarlığın və rəqabətqabiliyyətinin artırılması, ekologiya üçün atmosferə atılmış istixana qazlarının məhdudlaşdırılması, enerji şirkətləri üçün yanacaq xərclərinin və tikinti üçün isə əsassız xərclərin azaldılması deməkdir. Enerji effektivliyini digər oxşar iqtisadi kateqoriyalar - enerji qənaətcilliyi və enerjitutumundan fərqləndirmək gərəklidir. Belə ki, enerji qənaətcilliyi enerjinin son istehlakçıya çatdırılması və həmçinin enerji resurslarının istifadəsi zamanı itkilərin maksimal dərəcədə azaldılması, enerjitutumluğu isə məhsul vahidinin istehsalına sərf olunan enerjinin miqdarının göstəricisidir. O, məhsulun (işin, xidmətin) və ya enerjinin çıxışının daxil olan enerjiyə nisbəti kimi təyinat tapır. Enerji effektivliyinin təminatı sahəsində ayrı-ayrı dövlətlər, Avropa İttifaqı, Beynəlxalq Enerji Agentliyinin - İEA, Enerji səmərəliliyi sahəsində beynəlxalq əməkdaşlıq üzrə beynəlxalq tərəfdaşlıq təşkilatı - IPEEC və digərləri beynəlxalq təşkilatlar məqsədli proqramlar hazırlayır və icra edir. Enerji effektivliyini tənzimləyən ISO 50001 adlı beynəlxalq standartı qəbul edilmişdir.