Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - voltage, electrical voltage - gərginlik, elektrik gərginliyi) A və B elektrik dövrəsinin və ya elektrik sahəsinin nöqtələri arasında A nöqtəsindən B nöqtəsinə vahid sınaq elektrik yükünün köçürülməsi zamanı yerinə yetirilən effektiv elektrik sahəsinin (kənar sahə daxil olmaqla) işinə bərabər olan skalyar fiziki kəmiyyət. Bu halda hesab edilir ki, sınaq yükünün köçürülməsi yükləmələrin sahənin mənbələrinə paylanmasını (sınaq yükünün təyini üzrə) dəyişmir. Elektrik gərginliyi həm də elektrik yükünün spesifik işgörmə qabiliyyətini əks etdirir. Təbii halda sürtünmə ilə elektrik yüklənməsində, şimşək çaxanda və ya redokseraksiyalarında yaranır. Texniki yolla isə əsasən generatorlarda elektromaqnit induksiyası və elektrokimya üsulu ilə əldə olunur. Gərginliyin işarəsi U-dur (latınca - urgere - sıxmaq, itələmək, əzmək sözünün baş hərfindən). Beynəlxalq Vahidlər - Sİ sitemində Volt (V) ilə ölçülür (sahənin iki nöqtəsi arasındakı potensiallar fərqi elektrometrlə elektrik dövrəsinin iki nöqtəsi arasındakı gərginlik düşgüsü voltmetrlə ölçülür) Ölçü vahidi italyan fiziki Alessandro Voltanın (1745-1827) şərəfinə 1V götürülür. 1V - elə iki nöqtə arasındakı potensiallar fərqidir ki bu nöqtələrin birindən digərinə 1Kl yük verilən zaman görülən iş 1Coul olsun.