Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(yunanca - δύναμις - “güc”, ingiliscə - dynamite - dinamit) nitrogliserinə əsaslanan absorber və digər aşqarlar əlavə edilmiş yüksək partlayıcı qarışıq. İsveçli kimyaçı Alfred Nobel (1833-1896) tərəfindən 1866-cı ildə kəşf edilmişdir. Dağ-mədən sənayəsi və inşatda dağıntı işləri üçün istifadə olunur. Daha üstün xüsusiyyətlərə malik partlayıcıların dövriyyəyə çıxışı iilə istifadəsi azalmışdır. Üçölçü nitrogliserin, birölçü diatomit ve kiçik miqdarda sodiyum karbonatın qarışdırılması ilə əldə olunur. Saf şəklində nitrogliserin çox təhlükəli olduğundan istifadəsi əlverişsizdir. Buna görə də həmin güclü partlayıcı maddənin geniş tətbiqi üçün bərk absorbentlər tapılmış və onların nitrogliserinlə hopdurulması ilə onun saxlama və istifadəsi nisbətən etibarlı hala düşmüşdür. Absorbentlə yanaşı dinamitdə digər maddələr də mövcud ola bilər. Dinamitin hazırlanması üçün bütün kütlə sıxılaraq silindrik formaya salınır, kağız və ya plastik patron-qalmaşdırmada yerləşdirilir. Şarjın pozulması detonator kapsulunun köməyi ilə həyata keçirilir.