gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

DAİRƏVİ İQTİSADİYYAT

(ingilcə - circular economy - dairəvi iqtisadiyyat, cyclic economy - tsiklik iqtisadiyyat, closed-loop economy - qapalı dövrə iqtisadiyyatı) bərpaolunan resurslara, mənbələrin yeniləşməsinə əsaslanan, ənənəvi xətti iqtisadiyyata alternativ olan iqtisadiyyat. Fövqündə təbiət və insan dayanır. Dairəvi iqtisadiyyat regenerativ ekoloji təmiz istehsala, enerji qənaətinə, dövriyyə və istehlaka yönəlmiş iqtisadi fəaliyyətdir. O, iqtisadiyyat, resurslar və ətraf mühit arasında tarazlıq yaratmaqla iqtisadiyyatın ənənəvi modelini əvəzləyən bir təməldir. Dairəvi iqtisadiyyatda mənbələrdən mümkün qədər uzun müddət istifadə olunur, istifadə zamanı onlardan maksimum dəyər çıxarılır. Dairəvi iqtisadiyyatda məhsulun, material və resursursların dəyəri mümkün qədər uzunmüddətli saxlanılır, tullantıların yaranışı minimuma endirilir, onlardan (məhsul və resurslar) dairə üzrə istifadə olunur.