Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingilcə - United Nations Framework Convention on Climate Change, UNFCCC - BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyası) iqlim dəyişikliyi problemi üzrə ölkələrin ümumi fəaliyyət prinsiplərini ifadə edən beynəlxalq təbiəti mühafizə müqaviləsi. BMT-nin tәşәbbüsü ilә 9 may 1992-ci ildə Braziliyanın paytaxtı Rio-de-Janeyroda әtraf mühitә zәrәr vermәdәn iqtisadiyyatın irәlilәyişinә, kasıb vә varlı ölkәlәr arasında fәrqin azaldılması ilә bütün sferalarda partnyorluq münasibәtlәrinin genişlәnmәsinә nailolmanı hәdәf seçәn “Yer problemlәri üzrә yüksәk sәviyyәli görüş” adlı keçirilmiş beynәlxalq konfransda qəbul olunmuş və 21 mart 1994-cü ildə kifayət qədər ölkə (hazırda 180) onu ratifikasiya etməsindən sonra qüvvəyə minmişdir. UNFCCC məqsədi atmosferdə istixana qazı konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen təsirlərin imkan verməyəcək səviyyədə sabitləşdirməkdir. Bu çərçivələr ayrı-ayrı ölkələr üçün istixana qazlarının emissiyasına məcburi olmayan məhdudiyyətlər müəyyənləşdirir və eyni zamanda özündə heç bir məcburiyyət mexanizmlərini ehtiva etmir. Konvensiyanın iştirakçıları iqlim dəyişikliyi sahəsində irəliləyişləri qiymətləndirmək üçün 1995-ci ildən etibarən illik toplantılar keçirirlər. 1997-ci ildə Kioto protokolu bağlanmış və 2008-2012-ci illərdə UNFCCC inkişaf etmiş ölkələrin istixana qazlarının Lakin bu protokolu imzalayan bir qism ölkәlәr müәyyәn mülahizәlәrlә müvafiq öhdәliklәrin yerinә yetirilmәsini tәmin etmәmişlәr. Sonradan “Kioto protokolu” (UNFCC) üzrә bir sıra konfranslar keçirilmiş vә müvafiq qәrarlar qәbul edilmişdir. Bu istiqamәtdә 192 ölkәnin iştirakı ilә 2009-cu ildә Danimarkanın paytaxtı Kopenhagendә keçirilәn beynәlxalq iqlim dәyişikliklәri konfransı “Kioto protokolu”nun yenilәşmәsi, konkret sәnәd qәbulu ilә deyil, ayrı-ayrı ölkәlәrin bәyanatları ilә başa çatmışdır. 2015-ci ildə isə Paris konfransında bu hədəfin 1,5 °C-ə endirilməsi üzrə saziş qəbul edilmişdir. İqlim dәyişmәlәri ilә bağlı fikrlәr müxtәlifdir. Bu dәyişmәlәrin, hәqiqәtәn dә, baş verdiyini iddia edәn alimlәrin fikrinә әsasәn, problemin kökündә Yer kürәsinin karbon-dioksid (CO2) vә digәr istilik effekti yaradan qazların udulması potensialı durur. Atmosferә CO2 müxtәlif mәnbәlәrdәn - kәnd tәsәrrüfatı, landşaftdan istifadәdә olan dәyişikliklәr, sәnaye, tullantılar, energetika vә s.-dәn daxil olur.