Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - gas fuels used in cars - avtomobillərdə isifadə olunan qaz yanacaqları) avtomobillərdə iki növ qaz yanacağından - kombinə edilmiş sıxılmış qaz (sıxılmış qaz) və neftli və ya karbohidrogenli mayeləşdirilmiş qazdan (maye qaz) istifadə olunur. Sıxılmış qaz əsasən metandır və o, demək olar ki, istənilən temperaturda və təzyiq artımında qaz vəziyyətini saxlayır. O, həmçinin ucuz, nisbətən az yanğın təhlükəli və ekoloji cəhətdən daha təmizdir. Belə ki, metan propan-butan qarışığından daha yaxşı yanır. Bundan başqa, sıxılmış qazın yüksək dərəcəli seyrəkliyi onun mayeləşdirilmiş qazdan fərqli olaraq atmosfer təzyiqinin (qaz balonunda mayeləşdirilmiş qaz 16 atmosfer təzyiqi altında olur) 12-15 dəfə artmasını tələb edir. Buna görə sıxılmış qazın istifadəsi daha qalın divarlı, daha həcmli və daha ağır olan yanacaq saxlama çəni tələb edir. Digər tərəfdən sıxılmış qazla işləyən avtomobilin bir yanacaqdoldurmaqla yürüşü, maye qazla işləyəndən iki dəfə azdır. Maye qaz çox kalorilidir. Əsasən neft və təbii qaz hasilatı nəticəsində əldə edilən propan (C3H8) və butan qazı qarışığından (C4H10), həmçinin zavodlarda emalının müxtəlif mərhələlərində olan doymamış karbohidrogenlərdən (təxminən 1%) ibarətdir. Daha çox minik avtomobil sahibləri arasında populyardır. Avtomobili mayeləşdirilmiş qazla işləməyə çevirmək, sıxılmış qazla işləməyə çevirməkdən daha sadə və daha ucuzdur. Lakin o, havadan ağırdır və ona görə də bu yanacaq növü ilə təchiz olunmuş avtomobili qarajda saxlandıqda qaz sızması (sızma zamanı o, ancaq aşağıda yığılaraq yuxarı qalxmır və havalandırmaya məruz qalmır) baş verərsə problem yarana bilər. Belə ki, o, suxurları, hər cür zirzəmiləri sevir və onu oradan çıxarmaq asan deyildir. Bu isə potensial yanğın təhlükəsidir. Bundan başqa, onun saxlanması üçün qablar daha yığcam, yanacaq avadanlığı sadə və ucuzdur. Onlar üçün yanacaqdoldurma məntəqələri də daha çoxdur ki, bu da sıxılmış qazla müqayisədə onun xeyrinə olan arqumentdir. Həmin qaz yanacağının oktan göstəricisi 105 olmaqla da benzindən daha yüksəkdir. Bu isə o deməkdir ki, mayeləşdirilmiş qazın detonasiya müqaviməti hətta ən keyfiyyətli benzindən belə yüksəkdir. Qazın qoxusu olmadığından sızmasını təyin etmək üçün onun tərkibinə müəyyən nisbətdə xüsusi (texniki pis qoxulu) maddələr - merkaptanlar əlavə olunur. Yanacaq çənini qazla tamamilə doldurmaq da olmaz. Çünki ətraf mühitdə istiliyinin kiçicik yüksəlməsi çəndə təzyiqin əhəmiyyətli dərəcədə artmasına gətrirər. Buna görə də, yanacaq çənini 80% həcmində doldurmaq gərəklidir. Bu proses xüsusi cihazlarla tənzimlənmə imkanlıdır. Digər tərəfdən isti iqlim də qazla işləyən nəqliyyat vasitələri üçün yaxşı hal deyildir. Belə bir şəraitdə avtomobil park etməzdən əvvəl yanacaq çənindəki təzyiqi azaltmaq və onu bir az “qovmaq” gərəkdir. Havanın aşağı temperaturunda isə maye qazın insanın dərisinə düşməsi donmaya səbəb ola bilər. Eyni zamanda, qazla işləyən avtomobillərin hava filtrlərinin də tez-tez dəyişdirilməsinin vacibliyi qeyd edilməlidir. Belə avtomobillərin soyuq havalarda mühərrikinin işə salınmasında bəzən problemlər də yaşanır.