Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - locational factors - yerləşmə amilləri) konkret istehsal sahələrinin yerini və təkmilləşdirilməsini irəlicədən müəyyən edən şərait və şərtlər məcmusu. Yerləşmə amilləri kimi təsərrüfat obyektinin, obyektlər qrupunun, sahələrin və ya ölkə və regionun təsərrüfatının konkret ərazi təşkili strukturunun daha səmərəli seçimdə yerləşməsi şərtlərinin məsmusu olaraq qəbul edilir. “Yerləşmə amilləri” anlayışını elmi dövriyyəyə alman iqtisadşısı Alfred Veber (1868-1958) 1909-cu ildə yazdığı “Sənayenin yerləşməsi nəzəriyyəsi” adlı klassik tədqiqat işi ilə buraxmışdır. Yerləşmə amillərində prinsipiallığı onun bölgüsü təşkil edir. Öz-özlüyündə yerləşmə amilləri təbii və ictimai olmaqla iki qismə bölünür. Təbii amillər (bütün təbii resursları əhatə edir) mövcud coğrafiyada təbii ehtiyatları və təbii şəraiti şərtləndirilir. İctimai amillər (əmək və informasiya resursları, maddiləşmiş kapital, elmi-texniki nailiyyətlər və s.) isə əsasən ictimai inkişafın qanunları üçün əhəmiyyət daşıyır.