gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Lüğət

ŞİMAL-CƏNUB BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZİ

(ingiliscə - International transport corridor North South - NS - Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi) Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı birləşdirən, Finlandiya, Baltika ölkələri ilə Hindistanın Rusiya, Azərbaycan və İran vasitəsi ilə nəqliyyat əlaqəsini təmin edən beynəlxalq dəhliz. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmiş və 2005-ci ilin sentyabrında Azərbaycan Respublikası “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında” Sazişə qoşulmuşdur. Dəhliz üzrə marşrut Rusiyanın Sank-Peterburq şəhərindən Hindistanın Mumbay (Bombey) liman şəhərinə kimi 7,2 min km yolu əhatə edir. Yaxın illərdə bu marşrut Şimali Avropanı Hindistan və Fars körfəzi ölkələri əhatəsinə alaraq İran, Azərbaycan və Rusiyanın dəmir yollarını birləşdirəcəkdir. O, həmçinin Xəzər dənizi ətrafında dəmir yolu həlqəsinin çəkilməsi layihəsinin reallaşmasında da son vəzifələrdən biri olacaqdır. Dəhliz tam gücü ilə fəaliyyət göstərəcəyi halda Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionunun Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşməsinə şərait yaradaraq Avropa - Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını səmərəli təmin edəcəkdir.