Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingilscə - “Star” Oil Refinery Plant - “Star” Neft Emali Zavodu) “Türkiyənin neft-kimya sektorunun ən iri istehsalçısı “Petkim”i əsas xammal - nafta ilə və ölkənin idxaldan asılı olan digər müvafiq məhsullarla təmin edən müəssisə, zavod. İllik istehsal gücu 10 milyon ton (240 min barel/gün) xam neft emalı. Müəssisədə “Urals”, “Azəri Layt” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Məhsulları 1,6 milyon ton nafta, 5 milyon ton dizel (Avro-5), 1,6 milyon ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək. Səhmləri 100% Azərbaycan dövlətinə məxsusdur (60% SOCAR, 40% Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi). Təməlinin qoyulması 2011-ci ildə, açılışı isə 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə olmuşdur. İnvestisiya dəyəri 6,3 milyard ABŞ dolları. “Star” Neft Emalı Zavodu Türkiyənin ən böyük enerji layihəsi olaraq Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində də ən böyük neft müəssisələrindən biridir. Zavodun ilk 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 850 milyon ABŞ dolları, növbəti 10 il ərzində isə hər il 600 milyon ABŞ dollarından çox gəlir gətirəcəyi nəzərdə tutulur. Türkiyənin İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində yerləşir.