Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - SOCAR Carbamide Plant - SOCAR Karbamid Zavodu) təbii qaz xammalına əsaslanan ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrini əhatə edən müəssisə. İllik gücü 650-660 min ton, istehsal üçün illik qaz sərfiyyatı 430-450 milyon m3 (gündəlik 1.32 milyon m3). Zavodda gündəlik 1200 metrik ton ammonyak və 2000 metrik ton karbamid (azot gübrəsi) istehsal ediləcəkdir. İstehsal edilən azot gübrələri daxili tələbatı tam ödəməklə yanaşı, həm də Türkiyəyə və Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunur. Təməli 2011-ci ildə qoyulmuş və 2019-cu ildə istismara buraxılmışdır. Müəssisə Sumqayıt şəhərində yerləşir.