Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Lüğət
(ingiliscə - Liquefied Natural Gas, LNG - mayeləşdirilmiş təbii qaz) tərkibi əsasın metandan (85-95%) və digər hissəsi etan, propan, butan və azotdan ibarət ibarət olan, saxlama və daşınmanı asanlaşdırmaq üçün süni şəkildə -160°C-ə qədər soyudularaq mayeləşdirilən təbii qaz. Bu vəziyyətdə qaz 600 dəfə həcmlə sıxılır və çəkisi qaz formalı vəziyyəti ilə müqayisədə iki dəfə azalır. Böyük həcmdə maye qaz ən çox limanlarda yerləşən xüsusi zavodlarda istehsal olunur. Terminallardan LNG qaz daşıyıcı gəmilərə vurularaq yola salınır. O, çatdırma nöqtəsində regasifikasiyaya məruz qalaraq (əks mayeləşdirmə prosesi) qazlı vəziyyətə çevrilir və boru kəmərlərinə vurulur. Zəhərli deyil, temperaturdan, təzyiqdən və daha yüksək alkanlardan asılı olaraq 0.41-0.5 kq/litr sıxlığı qoxusuz və rəngsiz mayedir. Saf halda LNG yanmaz, özünü alovlandırmaz və partlamaz. Açıq məkanda normal temperaturda qaz vəziyyətinə qayıdır və hava ilə sürətlə qarışır. Buxarlanma zamanı alov mənbəyi ilə təmas baş verərsə təbii qaz alışa bilər. LNG-yə Fransa, Belçika, İspaniya, Cənubi Koreya və ABŞ da daxil olmaqla bir sıra ölkələrə təbii qaz idxalı üçün prioritet və ya vacib texnologiya olaraq baxılır. Ən böyük istehlakçısı isə Yaponiyadır, burada qaz ehtiyacının təxminən 100%-i LNG idxalı ilə qarşılanır.